Filialın sabiq və hazırki müdiri olan dayı-bacı oğludan şikayət var: - "Borcumu 63000 manata çatdırıblar"
Tarix: 23-05-2016, 09:35 | Çap et
Ağdaş rayonu, H.Əliyev prospekti 14/5 ünvanında yaşayan Rəna Məcnun qızı Quliyeva müxtəlif dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. "Reytinq"ə də göndərilən şikayət məktubunda bildirilir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Ağ-daş filialının sabiqəmüdiri Mahir Lətif oğlu Mahmudov (hazırda Bakı şəhərində yüksək vəzifədə işləyir) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona böyük maddi zərər vurub. Şikayətçi iddia edir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün 16 Oktyabr 2009-cu il tarixdə Beynəlxalq Bankın Ağdaş filialından 47.000 manat kreditin götürülməsinə imza atsa da, ona 37.000 manat verilib: "O vaxtkı müdir Mahir Mahmudov əvvəlcədən mənə bildirdi ki, 10.000 manatı əskik verəcəm. Mən, bundan sonra krediti müəyyən qədər ödədim. Sonradan ödəmələrdə gecikmələrim olurdu. Filialın mü-diri Mahir Mahmudov məni çağırıb, təklif elədi ki, gəl, yaxın qohumlarının adına kreditlər yazaq, bununla da həmin pulları götürüb, əvvəlkiə47.000 manat kredit borcunun silinməsinə yönəldək. Razılaşdım. Ancaq sonradan məlum oldu ki, Mahir Mahmudov öz vəzifə səlahiyyətlərindən,əmənim düşdüyüm və-ziyyətdən və savadsızlığımdan sui-istifadə edərək, məni daha böyük bəlaya salıb. Belə ki, o, qızım İlahə Eyvaz qızı Baxışovanın adına 3000 manat, digər qızım Jalə Eyvaz qızı Quliyevanın adına 3000 manat, həyat yoldaşım Eyvaz Zaməddin oğlu Quliyevin adına 3000 manat, qohumum Humay Fikrət qızı Məmmədovanın adına 3000 manat, qardaşım Mahir Məcnun oğlu Məmmədovun, kürəkənim İlkin Elburus oğlu Baxışovun, qohumum Aysel Elburus qızı Kərimovanın da adlarına eyni qaydada 3000 manat kredit yazaraq, hər birindən 500 manat rüşvət götürməklə bəribaşdan böyük qazanc əldə edib. Bununla kifayətlənməyən filial müdiri sən demə, elə bankdaca nəğdləşdirilən vəsaitləri də əvvəlki 47 min manatın silinməsinə yönəltməyib. Bütün bunları təsdiq edən şahidlərim, sənədlərim var". Şikayətçi iddia edir ki, Beynəlxalq Bankın Ağdaş filialının müdiri Mahir Mahmudov ona və qohumlarına həmin kiçik kreditləri guya sahibkarlıq məqsədiylə ayırıb. Halbuki, onun qohumları sahibkarlıq fəaliyyə-tiylə məşğul olmayıblar: "Bir daha qeyd edim ki, həmin kreditlər əvvəl aldığım və sonradan ödəmələrində çətinlik çəkdiyim 47 min manatın bağlanması üçün saxta yolla tərtib edilib. Başqa yolum olmadığından filial müdirinin "əks halda evinizi əlinizdən alacayıq",- təhdidiylə buna məcbur edildik. Beləcə, məni aldadıb bütün qohumlarımın adına saxtakarlıqla kredit yazıb, həmin pulları da mənimsəyiblər. Ən dəhşətlisi isə odur ki, bu saxtakarlıqla mənim borcumu şişirdib 63000 manata çatdırıblar". R.Quliyeva yazır ki, hazırda sahibkarlıq fəaliyyəti tam dayandığından müflis olub. Mahir Mahmudov isə hazırda Bakı şəhərində hansısa yüksək vəzifədə işləyir. Bakı şəhərinə başqa bir yüksək vəzifəyə gedəndən sonra bacısı oğlu Qəhrəman Günəşovu öz yerinə - "Beynəlxalq Bank"ın Ağdaş filialına müdir təyin etdirib: "Qəhraman Günəşov isə dayısı Mahir Mahmudovun mənə və qohumlarıma "yüklədiyi" kreditləri məndən almaq üçün üstümə dəfələrlə qışqırıb. Mahir Mahmudov isə hazırda Ağdaş rayonunda özünə 3-cü villanı inşa etdirir. Ancaq biz onun əməllərinin nəticəsində çıxılmaz vəziyyətə düşmüşük". Sonda şikayətçi qadın bütün sənəd və faktları prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına təqdim edəcəyini bildirir və aidiyyatı qurumlardan kömək gözlədiyini qeyd edir. Məsələyə bankdan münasibət öyrənmək mümkün olmadı. Redaksiya qarşı tərəfi də dinləməyə və problemə aydınlıq gətirməyə hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|