Əsas Səhifə > Hadisə, Manşet > Filialın sabiq və hazırki müdiri olan dayı-bacı oğludan şikayət var:

Filialın sabiq və hazırki müdiri olan dayı-bacı oğludan şikayət var:


23-05-2016, 09:35
Filialın sabiq və hazırki müdiri olan dayı-bacı oğludan şikayət var:
Ağdaş rayonu, H.Əliyev prospekti 14/5 ünvanında yaşayan Rəna Məcnun qızı Quliyeva müxtəlif dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb.
"Reytinq"ə də göndərilən şikayət məktubunda bildirilir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Ağ-daş filialının sabiqəmüdiri Mahir Lətif oğlu Mahmudov (hazırda Bakı şəhərində yüksək vəzifədə işləyir) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona böyük maddi zərər vurub.
Şikayətçi iddia edir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün 16 Oktyabr 2009-cu il tarixdə Beynəlxalq Bankın Ağdaş filialından 47.000 manat kreditin götürülməsinə imza atsa da, ona 37.000 manat verilib:
"O vaxtkı müdir Mahir Mahmudov əvvəlcədən mənə bildirdi ki, 10.000 manatı əskik verəcəm. Mən, bundan sonra krediti müəyyən qədər ödədim. Sonradan ödəmələrdə gecikmələrim olurdu. Filialın mü-diri Mahir Mahmudov məni çağırıb, təklif elədi ki, gəl, yaxın qohumlarının adına kreditlər yazaq, bununla da həmin pulları götürüb, əvvəlkiə47.000 manat kredit borcunun silinməsinə yönəldək. Razılaşdım. Ancaq sonradan məlum oldu ki, Mahir Mahmudov öz vəzifə səlahiyyətlərindən,əmənim düşdüyüm və-ziyyətdən və savadsızlığımdan sui-istifadə edərək, məni daha böyük bəlaya salıb.
Belə ki, o, qızım İlahə Eyvaz qızı Baxışovanın adına 3000 manat, digər qızım Jalə Eyvaz qızı Quliyevanın adına 3000 manat, həyat yoldaşım Eyvaz Zaməddin oğlu Quliyevin adına 3000 manat, qohumum Humay Fikrət qızı Məmmədovanın adına 3000 manat, qardaşım Mahir Məcnun oğlu Məmmədovun, kürəkənim İlkin Elburus oğlu Baxışovun, qohumum Aysel Elburus qızı Kərimovanın da adlarına eyni qaydada 3000 manat kredit yazaraq, hər birindən 500 manat rüşvət götürməklə bəribaşdan böyük qazanc əldə edib. Bununla kifayətlənməyən filial müdiri sən demə, elə bankdaca nəğdləşdirilən vəsaitləri də əvvəlki 47 min manatın silinməsinə yönəltməyib. Bütün bunları təsdiq edən şahidlərim, sənədlərim var".
Şikayətçi iddia edir ki, Beynəlxalq Bankın Ağdaş filialının müdiri Mahir Mahmudov ona və qohumlarına həmin kiçik kreditləri guya sahibkarlıq məqsədiylə ayırıb. Halbuki, onun qohumları sahibkarlıq fəaliyyə-tiylə məşğul olmayıblar:
"Bir daha qeyd edim ki, həmin kreditlər əvvəl aldığım və sonradan ödəmələrində çətinlik çəkdiyim 47 min manatın bağlanması üçün saxta yolla tərtib edilib. Başqa yolum olmadığından filial müdirinin "əks halda evinizi əlinizdən alacayıq",- təhdidiylə buna məcbur edildik. Beləcə, məni aldadıb bütün qohumlarımın adına saxtakarlıqla kredit yazıb, həmin pulları da mənimsəyiblər. Ən dəhşətlisi isə odur ki, bu saxtakarlıqla mənim borcumu şişirdib 63000 manata çatdırıblar".
R.Quliyeva yazır ki, hazırda sahibkarlıq fəaliyyəti tam dayandığından müflis olub. Mahir Mahmudov isə hazırda Bakı şəhərində hansısa yüksək vəzifədə işləyir. Bakı şəhərinə başqa bir yüksək vəzifəyə gedəndən sonra bacısı oğlu Qəhrəman Günəşovu öz yerinə - "Beynəlxalq Bank"ın Ağdaş filialına müdir təyin etdirib: "Qəhraman Günəşov isə dayısı Mahir Mahmudovun mənə və qohumlarıma "yüklədiyi" kreditləri məndən almaq üçün üstümə dəfələrlə qışqırıb.
Mahir Mahmudov isə hazırda Ağdaş rayonunda özünə 3-cü villanı inşa etdirir. Ancaq biz onun əməllərinin nəticəsində çıxılmaz vəziyyətə düşmüşük".
Sonda şikayətçi qadın bütün sənəd və faktları prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına təqdim edəcəyini bildirir və aidiyyatı qurumlardan kömək gözlədiyini qeyd edir.
Məsələyə bankdan münasibət öyrənmək mümkün olmadı. Redaksiya qarşı tərəfi də dinləməyə və problemə aydınlıq gətirməyə hazırdır.

Geri qayıt