Suriyada 1 gündə 200-ə yaxın vəhabi qətlə yetirilib
Tarix: 27-03-2014, 10:08 |
Çap et
Suriyada qarşıdurmalar ötən gün də səngiməyib.
SalamNews–un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, dünənki qarşıdurmalarda minimum 190 nəfər, o cümlədən ən azı 30 nəfər mülki vətəndaş həyatını itirib. Ölənlərin sayının artacağı istisna edilmir.
Mənbə üçü zabit olmaqla, ümumilikdə 55 ordu üzvünün həlak olduğunu bildirib.
Ölkənin Dirəzzur və Həsəkə əyalətlərində iki əsas radikal təkfirçi qruplaşma - "ən-Nusra" və "İraq və Şamda İslam Dövləti" (DAİŞ) arasında şiddətli döyüşlər baş verib.
Bildirək ki, Suriyada hazırda ən şiddətli və həlledici qarşıdurmalar Türkiyə ilə sərhəddə yerləşən Laziqiyyə əyalətində gedir. Əyalətin Xərbət-Sulas, Kəsəb, Nəbin əs-Səmra və digər bölgələri qızğın döyüşlərin şahididir.