Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                 

“ABŞ sona qədər Ukraynaya dəstək verəcək və Rusiyaya heç bir güzəşt olmayacaq” - Ekspert danışır
Tarix: 21-02-2023, 14:58 | Çap et
“ABŞ sona qədər Ukraynaya dəstək verəcək və Rusiyaya heç bir güzəşt olmayacaq”
2014-cü ildən davam edən Rusiyanın Ukraynaya qarşı təcavüzkar həmlələri ötən ilin fevral ayının 2d-dən aktiv fazaya qədəm qoyub. Bu tarixdən etibarən Rusiya Ukraynanı işğal etməyə başlayıb. Putin administrasiyası ehtimal edirdi ki, qısa müddət ərzində paytaxt Kiyevi tutacaq və bununla da Ukraynaya nəzarət təmin olunacaq.

Hətta keçmiş Prezident Viktor Yanukoviçin yenidən iqtidara gətirilməsi də öncədən hazırlanmış ssenarinin tərkib hissəsi idi. Lakin Moskva öz istəyinə nail olmadı. ABŞ, Böyük Britaniya və Avropa ölkələri Ukraynaya dəstək göstərdi, Rusiyaya qarşı isə tarixdə görünməmiş səviyyədə embarqolar tətbiq edildi.

Müharibənin başlamasının ildönümü ərəfəsində ABŞ Prezidenti Co Bayden gözlənilmədən Kiyevə gəlib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevin Mixaylovsk kilsəsində görüşən Amerika lideri ölkədəki vəziyyətlə yaxından tanış olub.

ABŞ-da yaşayan azərbaycanlı siyasi şərhçi Azər Aslanlı AYNA-ya müsahibəsində mövzuya dair fikirlərini bölüşüb. DİA.AZ həmin müsahibəni təqdime dir:

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Bayden Kiyevə qəfil səfər etdi. Sizcə, Amerika liderinin bu gözlənilməz səfəri nə ilə bağlıdır və hansı nəticələrə səbəb olacaq?

- Bir neçə gün öncə Ağ Evin Ukraynaya davamlı dəstəyi ilə bağlı ABŞ-da sosioloji sorğu keçirildi. Soğruda iştirak edən respondentlərin çoxu Bayden administrasiyasının Ukraynaya dəstəyini təqdir etdi. Düzdür, ötən aylarla müqayisədə bu dəfə Ukraynaya dəstəkdən yana olanların sayı nisbətən az idi. Lakin çoxluq hələ də ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəstəkləyir. Məlumdur ki, gələn ilin payızında ABŞ-da növbəti Prezident seçkiləri keçiriləcək.

Sabiq Prezident Donald Tramp xələfinin Ukrayna siyasətini kəskin tənqid edir. Hətta iddialar da mövcuddur ki, Tramp seçkilərdə yenidən qələbə qazansaydı, bu müharibə olmayacaqdı. Çünki Amerika Rusiyanın istəklərini yerinə yetirəcəkdi. Bayden inaqurasiya mərasimi zamanı elan etdi ki, ölkəsi demokratiyaya dəstəyini davam etdirəcək. ABŞ-ın xarici siyasət kursunu da gücləndirəcəyinə dair vədlər verdi. Belə bir xüsusda Baydenin Kiyevə qəfil səfəri gözlənilən idi. Bundan öncə digər dövlətlərin başçıları da Kiyevə səfərlər ediblər.

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson müharibənin ən qaynar vaxtlarında bir neçə dəfə Kiyevə səfər edib. Baydenin səfərinin əsas məqsədi Vaşinqtonun sona qədər Ukraynaya dəstək verəcəyini dünyaya nümayiş etdirməkdir. Eyni zamanda Rusiyaya heç bir güzəştin olmayacağı xatırlatmaqdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin də ABŞ-a səfəri okeanın o tayında böyük coşqu ilə qarşılandı. Hesab edirəm ki, bu cür səfərlər davam edəcək və Ukraynanın beynəlxalq reputasiyası daha da güclənəcək.

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından bir il ötür. Müharibənin yekunları ilə bağlı birmənalı proqnoz mövcud deyil. Bəzi ekspertlər Rusiyanın məğlub olmayacağını, digərləri isə Ukraynanın qalib gələcəyini söyləyirlər?

- Bütün müharibələr, konfliktlər yekunda danışıqlar masası ətrafında başa çatır. Şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü də nə zamansa danışıqlar masasında bitəcək. Ancaq bunun tezliklə baş verəcəyi qənaətində deyiləm. Əgər Prezident Putin əmin olsaydı ki, hadisələr bu şəkildə davam edəcək, bu müharibəyə başlamazdı. İndiki halda isə onun geri çəkilmək variantı yoxdur. Geri addım atması Putinin devrilməsi, Qərbin orada hakimiyyəti ələ keçirməsi ilə nəticələnə bilər. Bütün avtoritar liderlər kimi, Putin də öz hakimiyyətini qorumağın hayındadır və bunun baş verməməsi üçün nə qədər qan lazım olsa, axıdacaq.

Ukrayna da geri çəkilən deyil. Kifayət qədər qurbanlar verib, ölkə xarabalığa çevrilib. Son aylar isə hərbi üstünlük əldə edir. Belə bir şəraitdə Kiyevin də geri addım atacağı inandırıcı deyil. Həm Rusiya, həm də Ukrayna sona qədər dirəniş göstərəcək.

Hesab edirəm ki, bu müharibənin yekununda Ukrayna qələbə qazanacaq. O səbəbdən ki, Rusiyanın resursları tükənmək üzrədir. Bir müddət sonra hərbi texnikası, canlı qüvvəsi də tükənəcək. Digər yandan, ABŞ və Qərbin çoxsaylı sanksiyaları daxildə sosial-iqtisadi böhranı qaçılmaz edəcək. Düzdür, bu gün Putin administrasiyası daxili və inzibati resurslar hesabına bu böhranı önləməyə çalışır. Lakin uzun müddət buna nail ola bilməyəcəklər.

Ukrayna isə beynəlxalq dəstək əldə etməkdə davam edir. Tükətdiyi resursları xarici dəstək hesabına bərpa edir. Bu dəstək müharibə başa çatana qədər davam edəcək. Təbii ki, daxili iqtisadi böhran bir müddət sonra Rusiyanın daxilində kütləvi etirazlara yol açacaq. Nəticədə ya Rusiya parçalanacaq, suverenliyini itirəcək, ya da Putinin yola salınması ilə demokratik idarəçiliyə keçid edəcək. Bu etirazların başlaması nəticəsində Kremlin başı özünə qarışacaq və Ukraynaya qarşı işğalçılıq siyasətindən imtina etməyə məcbur olacaq.

- Belə iddialar da mövcuddur ki, Rusiya-Ukrayna müharibəsini qızışdıran ABŞ-dır. Bu iddianın tərəfdarları hesab edirlər ki, yekunda Rusiya və Ukrayna yox, Amerika bu müharibədən qalib çıxacaq…

- Mən bu iddialarla razı deyiləm. Əksinə, hesab edirəm ki, ABŞ və Qərb Rusiyanın işğalçılıq siyasətinə uzun müddət təmkin nümayiş etdirib. Məhz bunun nəticəsidir ki, Rusiya işğal arealını genişləndirib. Moskva 2014-cü ildə Ukrayna ərazilərinə, eləcə də Gürcüstan ərazilərinə soxulan zaman Qərb buna sərt reaksiya versəydi, mövcud vəziyyət yaranmayacaqdı. Qərbin mənəvi məsuliyəti var və bu, Ukraynanı qızışdırmaq yox, ona gec dəstək verməsi ilə bağlıdır. ABŞ, Böyük Britaniya və Avropa bir az da geciksəydi, Rusiya Finlandiya, İsveç və digər Avropa ölkələrinə qarşı hücumlara başlaya bilərdi. Nəhayət, onlar başa düşdülər ki, Rusiyaya qarşı təmkin nümayiş etdirdikcə, onun iddiaları böyüyür və bəşəriyyətə real təhdid yaradır. Qərbi Ukraynaya dəstək verdiyinə görə qınamaq yolverilməzdir. Onlar nə etməliydilər? Bir dövlətin digər dövləti işğal etməsinə, əhalisini soyqırımına məruz qoymasına tamaşa etməli idilər?!

- Rusiyanın Ukraynaya qarşı təcavüzünün Üçüncü Dünya müharibəsinə yol açacağı, nüvə toqquşmasına gətirib çıxaracağı iddiaları da tirajlanır. Doğrudanmı, dünya nüvə fəlakəti astanasındadır?

- Üçüncü Dünya müharibəsi artıq başlayıb. Beynəlxalq münasibətlər sistemi gərgindir. Dünyanın müxtəlif ərazilərində silahlar danışır. Birinci və İkinci Dünya müharibələrindən fərqli olaraq, Üçüncü Dünya müharibəsi dünyanın sonunu gətirə bilər. Çünki müharibə şiddətlənərsə, nüvə silahından istifadə edilə bilər. Bunun doğuracağı nəticələri təsəvvür etmək çətin deyil. Bu gün dünyanın bir çox ölkələrində nüvə silahı var və bu silahdan əsasən psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Çünki hər kəs məsuliyyətini anlayır. Putin nüvə silahına əl atarsa, sonunu gətirəcək. Görsə ki, onsuz da sonudur, yenə buna getməyəcək. Çünki belə bir ağır müharibəni başlatmaq nəinki onun özünü, ətrafını, doğmalarını da təhlükəyə atacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru