BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                 

Mansur yavaşladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? - GƏLİŞMƏ
Tarix: 28-01-2023, 10:59 | Çap et
Mansur yavaşladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu?
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini bəyan edib. Ankarada parkın təməlatma mərasiminə Kılıçdaroğlu ilə birlikdə qatılan Yavaşın dediyi sözlər gündəm olub. O, Kamal Kılıçdaroğlunu işarə edərək onun namizədliyini dəstəkləyib: “İnşallah, buranın açılışını da hamımız birlikdə edərik. Arzumuz odur ki, bura Prezident olaraq gələsiniz”.

Yavaşın bu sözləri müzakirələrə səbəb olub. Adı namizədlikdə hallanan Mansur Yavaşın Kamal Kılıçdaroğlunun lehinə bu iddiasından vaz keçdiyi iddia olunur. Üstəlik Yavaşın “Kılıçdaroğlu mənə görə çox mübarizə apardığı üçün qətiyyən onun önünə keçməyəcəyəm” dediyi bildirilir.

Bütün bunların fonunda Mansur Yavaşın seçkilərdə CHP sədrinin namizədliyini dəstəkləməsi gözlənilir. Hansı ki, Mansur Yavaş Türkiyə müxalifətinin ən şanslı iki namizədindən biri hesab olunurdu.

Türkiyə ictimaiyyətini düşündürən əsas sual da budur: Türkiyə müxalifətinin, “Altılı Masa”nın prezidentliyə vahid namizədi kim olacaq?

DİA.AZ bildirir ki, Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu AYNA-ya müsahibəsində bu və digər mövzular ətrafında danışıb.

- Türkiyə müxalifətinin ən şanslı namizədlərindən sayılan Mansur Yavaş Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkildi. Hamını düşündürən sual budur: “Altılı Masa”nın prezidentliyə vahid namizədi kim olacaq?

- Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri kritik xarakter almaqdadır. Həm Türkiyənin beynəlxalq siyasətdə rolu baxımından, həm də daxili siyasi müstəvidən analiz etdikdə bu qənaətə gəlmək olar. Türkiyədə keçirilən sosioloji rəy sorğularının nəticələrinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın şansı daha yüksəkdir. Müxtəlif reytinq sorğularına Ərdoğan liderlik edir.

O ki qaldı, “Altılı Masa”nın şanslarına, ötən dövrlə müqayisədə onların şansı xeyli azalıb. Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu “Altılı Masa”nın qalib gələcəyi təqdirdə, ölkənin altı siyasi partiyanın rəyi əsasında idarə olunacağını bəyan etdi. Bu açıqlama ictimaiyyət arasında ciddi etirazla qarşlandı. Türkiyə xalqının iradəsini ifadə etməli olan hakimiyyətin altı siyasi partiyanın rəyi əsasında fəaliyyət göstərməsi ilə bağlı iddialar indidən ictimai rəyin diqqətə alınmadığının göstəricisi kimi qiymətləndirilir.

Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın “FOX” telekanalında yayımlanan “Çalar Saat” proqramında qonaq olarkən söylədiyi fikirlər də ciddi qınaq hədəfinə tuş gəlib. Onun “Bayraktar”ı hədəfə alaraq, kəskin tənqidlər səsləndirməsi, Türkiyə hərbi sənayesinin parlaq brendi olan şirkəti gözdən salmaq niyyəti də etirazlara səbəb oldu.

Digər yandan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu namizəd olmaqda israrlı olduğunu nümayiş etdirir və heç kimin xeyrinə geri çəkilməyəcəyi müşahidə olunur. Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın dolayı yolla olsa da, Kılıcdaroğlunu dəstəklədiyini bəyan etməsi bunun bariz nümunəsidir. Öz növbəsində “Altılı Masa”ya daxil olan İYİ Partiyanın sədri Meral Akşener Kılıcdaroğlunun namizəd olacağı təqdirdə, müxalifətin məğlub olacağını açıqlayıb. Onun namizədliyi ilə bağlı “Altılı Masa”da fikir ayrılıqları mövcuddur .

- Əkrəm İmamoğlunun da şansları yüksək qiymətləndirilir. İddialara görə, Ərdoğan İmamoğlunun vahid namizəd olduğunu bilir və məhz bu səbəbdən onun seçkilərdə iştirakına maneçilik törədirlər?

- Əkrəm İmamoğlu da daxil olmaqla, “Altılı Masa” tərəfindən irəli sürüləcək heç bir namizədin Rəcəb Tayyib Ərdoğana qalib gələcəyi qənaətində deyiləm. Çünki Ərdoğanın Türkiyənin daxilində ciddi sosial elektoratı var. O, qlobal miqyasda düşünməyi bacaran və Türkiyəni diplomatik miqyasda uğura aparan bir liderdir. Ərdoğanın peşəkar idarəçiliyinin nəticəsidir ki, həssas geosiyasi şəraitdə Türkiyə öz müstəqilliyini və milli maraqlarını qorumağı bacardı. Onu rəqib namizədlərin oxşar siyasət yürüdə biləcəyinə Türkiyə ictimaiyyətində böyük şübhələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, Türkiyə seçiciləri qarşıdakı seçkilərdə də Ərdoğana və “Cümhur İtifaqı”na etimad göstərəcəklər. Mövcud Türkiyə iqtidarı İslam dünyası ilə, Türk dünyası ilə yüksək münasibətlər qurmaqla yanaşı, beynəlxalq aləmdə də mühüm nailiyyətlər əldə edib.

Öz növbəsində Əkrəm İmamoğlunun bələdiyyə rəhbərliyi dövründə isə İstanbul çox ciddi problemlər yaşayıb. Bunu görmək və etiraf etmək lazımdır. Seçkilərə qatılarkən ondan böyük gözləntilər olsa da, bu, özünü doğrultmadı. İstanbul sel və daşqın fəlakəti ilə üzləşdiyi zaman İmamoğlu tətildə idi. Bu, çox pis bir presedentdir. Məhz elə bunun nəticəsidir ki, İmamoğlu reytinq sorğularında Ərdoğana uduzur. Hesab edirəm ki, Əkrəm İmamoğlu “Altılı Masa”nın vahid namizədi olmayacaq. Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıcdaroğlu olacaq. Hadisələrin gedişatı belə bir qərarın veriləcəyini söyləməyə əsas verir.

- Seçkilər may ayında keçiriləcək. Seçkilərin bir ay ertələnməsi “Cümhur İtifaqı”nın tələbələrin regionlarda səsverməsinə mane olmaq cəhdi kimi qiymətləndirilir...

- Bu iddialar tamamilə absurd və əsassızdır. Əksinə, Ərdoğan həm bundan öncəki seçkilərdə, həm də qarşıdakı seçkilərdə tələbələrin, gənclərin fəal şəkildə seçkilərdə iştirakına çalışır. Türkiyə siyasətində ən çox gənclərlə görüşən, onlara diqqət ayıran lider Rəcəb Tayyib Ərdoğandır. Prezident və gələcək namizəd olaraq AKP-nin sıralarına daha çox gənclərin cəlb edilməsinə, seçkilərdə dəstək olmasına çalışır. Bu, onun hüququdur və heç kim buna müdaxilə edə bilməz.

Təbii ki, seçkilər yaxınlaşdıqca müxtəlif əsassız ittihamlar səsləndirilir ki, bu ittiham da onlardan biridir. Kifayət qədər qüsurlu, mənasız və uydurma bir iddiadır. Etiraf etmək lazımdır ki, gənclər arasında ən çox dəstək qazanan namizəd də Ərdoğan və “Cümhur İtifaqı”dır. Bu mənada onun gənclərin seçkilərdə iştirakından ehtiyat etdiyini yox, bunda maraqlı olduğunu söyləmək olar.

- Region kifayət qədər həssas mərhələyə qədəm qoyur. May ayından sonra Türkiyənin siyasi həyatında hansı dəyişikliklərin şahidi olacağıq? Azərbaycana münasibət necə olacaq?

- Türkiyə xalqı uzagörən xalqdır, ölkə, millət, region maraqlarını hər zaman ön planda tutub. Bu mənada türkiyəli seçicilərin bu dəfə də ədalətdən yana olacaqları qənqətindəyəm. Ehtimallar daha çox Ərdoğanın üzərində olduğu üçün, ilk növbədə onunla bağlı mövqeyimi bildirmək istəyirəm. Ərdoğan qalib gəlsə, onun tərəfindən yürüdülən daxili və xarici siyasət davam edəcək. Dünya miqyasında Türkiyənin rolu daha da artacaq, qardaş ölkəyə qarşı təzyiqlər nisbətən səngiyəcək. Çünki xalq yenidən Ərdoğana etimad göstərərsə, məkrli dairələr artıq bu təzyiqlərin mənasız olduğunu dərk edəcək və Türkiyə ilə daha çox hesablaşmaq məcburiyyətində qalacaqlar. İslam dünyası, türk dünyası, ələxsus da Azərbaycanla münasibətlər inkişaf edəcək. 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər zamanı yanımızda olan Türkiyə bu dəstəyi davam etdirəcək. Yəni, Ərdoğanın hakimiyyətdə qalması Türkiyə üçün də, Azərbaycan üçün də labüddür. O ki qaldı müxalifətin iqtidara gəlməsi ehtimalına, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanla münasibətləri davam etdirəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru