AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                     DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı .....                     “Azər-Türk Bank” yenə də narazılıq yaradır... .....                     `Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                 

“Böyük Rusiya” arzusu “Böyük Serbiya” aqibəti yaşaya bilərmi... - İNCƏLƏMƏ...
Tarix: 3-03-2022, 08:48 | Çap et
“Böyük Rusiya” arzusu “Böyük Serbiya” aqibəti yaşaya bilərmi...
Rusiya lideri Vladimir Putinin addımları, xüsusilə də Ukraynaya hərbi müdaxiləsi Slobodan Miloşeviçin 1991-cildə start verdiyi “Böyük Serbiya” yaratmaq cəhdlərinə çox bənzəyir. DİA.AZ “Yeni Müsavat”a istinadla yada salır ki, Yuqoslaviya müharibələri bu keçmiş dövlətin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən savaşlardan ibarət idi. Serb millətçi ritorikasını oyadan və bir dövlət olaraq birləşməsi üçün “Yuqoslav” məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviç fiaskoya uğradı. Nəticədə slovenləri, xorvatları, Kosova albanlarını, bosniyalıları və etnik makedoniyalıları itirməyə başladı. Bu gün Putin də onun kimi böyüklük azarına tutulub, Böyük Rusiya avantürasını həyata keçirmək istəyir.

Miloşeviç Yuqoslaviya dağılandan sonra müharibələrdə soyqırımı və insaniyyətə qarşı cinayətlərdə ittiham olunurdu. Haaqa tribunalının bildirdiyinə görə, o, bütün əlamətlərə görə öz əcəli ilə ölüb. Deyəsən, Qərbin əsas hədəfi də Putini tribunalda müttəhimlər kürsüsündə müdafiə nitqi söyləyən yerdə görmək arzusudur. Putin Haaqa Tribunalında mühakimə oluna, ağır cəzaya məhkum edilə bilərmi? Yeri gəlmişkən, həmin münaqişə Avropada İkinci Dünya müharibəsindən bəri ən zorakı və amansız qətliamlarla müşayiət olunmuşdu. Onlardan biri kimi, Srebrenitsada minlərlə müsəlman kişi və oğlan uşaqlarının genosidi göstərilir. Lakin Miloşeviç etnik təmizləmədə əli olduğu barədə iddiaları rədd edirdi.

Hazırda Ukraynada neonasistlərin olduğunu iddia edən və ölkənin şərqindəki rus əhalisini “qorumaq məqsədi” ilə hücuma keçən Rusiya ordusu eyni cinayətləri törətməkdədir. Müdafiə naziri Sergey Şoyqu mülki əhalini hədəfə almadıqlarını açıqlasa da, başdan-ayağa ağ yalan olduğu göz qabağındadır. Xüsusən Belarusda keçirilən görüşün nəticəsiz yekunlaşmasından sonra rus ordusu daha aqressivdir və daha çox mülki məntəqələri bombalayır. Artıq bir həftədən çoxdur ki, Kiyev, Xerson, Xarkov kimi şəhərlər raket atəşinə məruz qalır, yaşayış binaları vurulur, mülki obyektlərə zərbələr endirilir, əhali sığınacaqlar, zirzəmilərdə gizlənir, qida əldə etmək çətinliyi yaranmaqdadır. Mülki əhalini vurmadığını söyləyən Rusiya tərəfi azı 16 uşağın həyatına son qoyduğunu bilməmiş deyil. O halda bu müharibə cinayətlərinə görə Putin Haaqa Tribunalında mühakimə oluna bilərmi? DİA.AZ-ın məlumatına görə, sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov “Yeni Müsavat”a qeyd etdi ki, indiki mərhələdə bu suala cavab vermək çətindir: “Lakin Rusiyada hakimiyyətin dəyişməsi prosesini real görürəm. Hələ müharibə başlayanda yazdım ki, Putin epoxasının sonudur. Hazırda hadisələr də bu istiqamətdə gedir. Onun barəsində müxtəlif fikirlər ola bilər və hamı başa düşürdü ki, Rusiya müharibədə heç vaxt qalib ola bilməz. Təbii ki, bir şəhəri işğal etmək, postlar qurmaq mümkündür, amma ölkəni tamamilə ilhaq etmək ola bilməz. İndi bu suallar qarşıda dayanır - Rusiya vəziyyətdən necə çıxa bilər? Putin vəziyyətdən çıxa biləcəkmi?”

T.Zülfüqarov hesab edir ki, Rusiya elitasında fikirlər fərqlidir: “Hər kəs özünə sual verir ki, bu səhv necə oldu? Qərb sona qədər gedəcək və Rusiyanı iqtisadi cəhətdən çökdürəcək, nəticədə insanlar narazılıq edəcəklər. Artıq Putinin ətrafında oliqarxlar narazıdırlar, böyük pullar itiriblər. Sadəcə, hakimiyyət iki formada dəyişir - xalq tərəfdən, ya da elita daxilində parçalanma olur, yeni rəhbərlik seçilir. Mən ikinci hissəyə üstünlük verirəm. Hətta Putinin Uralda iclaslar keçirdiyi xəbərləri var, Moskvada deyil, elitaya çağırış edir ki, buna da dözəcəyik. Amma elitanın üzünə baxanda optimist deyillər. Zənnimcə, bundan sonra əsas proseslər Rusiyada gedəcək və hakimiyyətin dəyişməsi real görünür”.

Politoloqun fikrincə, müharibənin davamı Rusiyaya heç nə qazandıra bilməz: “Böhran şəxs üzərindədir, Putinə yönəlikdir. Ona görə prosesi normallaşdırmaq Putinlə bağlı olmalıdır. Hətta belə xəbərlər gəlir ki, xalqa bəyanatlar hazırlanır. Bəli, fevralın 24-dək siyasi və taktiki üstünlük Rusiyada idi. Putin təcrübəli siyasətçidir. Biz təsəvvürlərimizi dilə gətiririk, amma Putində daha dəqiq məlumatlar var və heç kim bu səhvi gözləmirdi. Heç kəs inanmırdı ki, belə səhvə yol veriləcək. O baxımdan, istisna etmirəm ki, bu proseslərdə Qərbin məqsədi Rusiyada hakimiyyəti dəyişməkdir. Eyni zamanda söhbət təkcə hakimiyyətin transformasiyasından getmir, ideoloji mübarizəni götürsək, baş verənlər SSRİ ideyasının iflasa uğramasına da gətirib çıxaracaq. Müxtəlif fikirlər səslənirdi, Rusiya prezidenti özü də bu haqda danışmışdı ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Məncə, bu ideologiya dağıldı”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru