Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar – ABŞ Rusiya ilə cəbhə xəttini Qara dənizə çəkir?
Tarix: 6-11-2021, 09:26 | Çap et
Amerikanın respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner noyabrın 5-də ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və döyüş gəmilərini Qara dənizə göndərməyə çağırıblar. Ovqat.com-un məlumatına görə, konqresmenlər ABŞ prezidentinə yazdıqları məktubla bu tələblərini irəli sürüblər. ABŞ-ın həftəlik “Defense News” nəşrində dərc olunan məktubda bildirilir: "Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədində cəmləşməsi ilə əlaqədar biz sizin administrasiyanı kəşfiyyat və silah sahəsində Ukraynaya dəstək vermək üçün dərhal və təcili tədbirlər görməyə çağırırıq". Məktubda bildirilir ki, Bayden Administrasiyası Rusiyanın beynəlxalq hüquq və ərazi suverenliyinə davam etməkdə olan təcavüzünü göz ardı edə bilməz: "Bundan əlavə, biz təcili olaraq ABŞ-ın regionda lazımi hərbi mövcudluğu və mövqeyi məsələsini nəzərdən keçirməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün ABŞ-Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi üzrə müvafiq tədbirlərə başlamağa çağırırıq".
Məktub Ukrayna Müdafiə Nazirliyinin çərşənbə günü Rusiya qoşunlarının sərhədə qoşun yığması ilə bağlı yaydığı bəyanatından sonra yazılıb. Nəzərə alsaq ki, müəlliflər - Rocers və Turner müvafiq olaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin və Strateji Qüvvələr üzrə Alt Komitənin yüksək vəzifəli üzvləridir, onların altına imza atdıqları məktubun dəyəri daha artır. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin məlum bəyanatında Rusiyanın Donbass sərhədinə 90 mindən çox hərbçi və minlərlə hərbi texnika topladığı bildirilirdi. Məlumata zirehli döyüş texnikalarının, tankların və özüyeriyən artilleriyanın qurğularının peyk şəkilləri də əlavə olunmuşdu. "Rusiya regionda gərginliyi davam etdirmək və qonşu ölkələrə siyasi təzyiq göstərmək üçün vaxtaşırı hərbi təhdidlərini genişləndirib və genişləndirməyə davam edir", - deyə nazirliyin məlumatında bildirilirdi. Müəlliflər xatırladırlar ki, ötən həftə Ukrayna və Rumıniya rəsmiləri də Qərb tərəfdaşlarını Rusiyanın bölgədəki militarizasiya siyasətinə qarşı durmaq üçün Qara dənizdə hərbi iştirakını gücləndirməyə çağırmışdılar. Ukrayna Vaşinqtonu Baltik dənizində olduğu kimi Qara dənizdə də NATO qüvvələrini yerləşdirməyə və region dövlətlərini dəstəkləməyə səsləmiş, bu batalyonun çoxmillətli döyüş qruplarından təşəkkül tapacaq miqyasda olmasını istəmişdi. ABŞ konqresmenlərinin Co Baydenə məktubları bu çağırışdan sonra qələmə alınıb.
Rocers və Turner məktubda vurğulayırlar ki, Rusiya təcavüzkar davranışını və ritorikasını gücləndirib, həm öz hərbi modernləşdirilməsini, həm də Ukraynanın NATO-ya daxil olmaq iddialarını tənqid edir. "Rusiyanın niyyətləri qeyri-müəyyən olsa da, onun 1-ci elit qvardiyasının tank birliklərini Ukrayna sərhədlərinə toplaması bu ölkəyə əlavə hərbi müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlara əsas verir", - deyə Rocers və Turner bildirirlər. Məktubda həmçinin qeyd olunur ki, Bayden Administrasiyası keçən yay hərbi yardıma 60 milyon dollar ayırandan sonra Rusiyanın bölgədəki hərbi fəallığı artıb. Konqresmenlər Bayden administrasiyanı "Rusiyanın yeni işğalının qarşısının alınması və təcavüzünün dəf olunması" üçün Ukraynaya hərbi yardımı artırmağa çağırıblar. Ötən ay ABŞ müdafiə naziri Lloyd Ostinin Qara dəniz ölkələrinə səfəri çərçivəsində Ukrayna və Gürcüstana səfər etdiyi vurğulanan məktubun sonunda təəssüflə bildirilir: “Brüsseldə NATO-nun baş qərargahında başa çatan səfər zamanı nə Austin, nə də NATO-nun baş katibi Yens Stoltenberq Qara dənizdə hər hansı qüvvənin artırılması planlarını açıqlamadılar”.
Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi də Pentaqonun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəaliyyətini diqqətlə izlədiyini bildirmişdi. Nümayəndələr Palatası üzvlərinin ABŞ-ı israrlı şəkildə Qara dənizə hərbi gəmilərini göndərməsini və Ukraynaya dəstək verilməsini tələb etmələri fonunda Ukrayna ətrafında baş verən hadisələrə nəzər salanda əslində Ağ evdən tələb olunan proseslərin artıq başladığını görə bilərik. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın Donbassdakı separatçı qüvvələrə “nəbz yoxlaması” xarakterli zərbələr endirməsindən sonra Kiyevlə Moskva arasında ziddiyyətlər böyümüşdü. Moskvanın etiraz bəyanatlarından sonra ABŞ-ın 6-cı donanmasının flaqman gəmisi qərargahı ilə birlikdə Qara dənizə daxil olmuşdu. Donanmanın bu addımın səbəbi ilə bağlı yaydığı bəyanat xeyli təhdidkar ruhda idi. Bəyanatda açıq şəkildə vurğulanırdı ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi bildirilirdi: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”. Bəyanatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsinin də Qara dənizə göndərildiyini açıqlanır və regiondakı tərəfdaşlarla birgə əməliyyatlara hazırlaşmaqdan bəhs olunurdu: "USS Porter NATO müttəfiqləri və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - deyə vurğulanırdı. Göründüyü kimi, ABŞ Hərbi Dəniz Komandanlığının 6-cı Donanmasının bu bəyanatı Pentaqonun Rusiya ilə cəbhə xəttini Aralıqdan Qara dənizə çəkmək niyyəti ortaya çıxır. ABŞ Hava Qüvvələrinin xeyli sayda təyyarələrini və digər hərbi texnikalarını Yunanıstan, Bolqarıstan və Rumıniyadakı hərbi bazalarına yerləşdirməsi də bu ehtimalı gücləndirir. Konqresmenlərin Co Baydenə yazdıqları məktubda da Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi qüvvələr göndərilməsi tələb olunur. Məsələlərə bu kontekstdə nəzər salanda belə bir nəticə hasil olur: ABŞ cəbhə xəttini Qara dənizə “sürüşdürmək” planına hüquqi zəmin hazırlamaq üçün konqresmenlərin gücündən istifadə etməyə çalışır. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|