Rusiya Avropanın enerji xəritəsini dəyişdirir – Polşa bundan sonra qazı Almaniyadan alacaq
Tarix: 3-11-2021, 09:48 | Çap et
Havalar soyuduqca, Rusiyanın Avropa İttifaqına qarşı qaz basqıları da artıb. Ovqat.com-un məlumatına görə, Rusiyadan Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axını tamamilə dayandırılıb. Bundan əlavə, “Qazprom” Ukrayna üzərindən Avropaya nəql etdiyi qaz axışını da yarıbayarı azaldıb. Məlumata görə, “Qazprom” 2022-ci ilin birinci rübündən üçüncü rübünədək Ukraynanın qaz nəqli sistemi ilə əlavə tranzit imkanları bron etməyib. Halbuki, Ukraynanın GTS operatoru hərracda Sudja stansiyası ilə gündə 9,8 milyon kubmetrə qədər və Soxranovka stansiyasından gündə 5,2 milyon kubmetrə qədər əlavə qaz nəql etmək üçün tranzit imkanlarını təklif etmişdi. Yəni, ümumilikdə, gündə 15 milyon kubmetrədək əlavə həcmdən söhbət gedirdi. Görünən budur ki, Ukraynanın bu təklif qəbul olunmayıb. “Qazprom”-un Polşadan və Ukraynadan keçən kəmərlərlə bağlı qərarından sonra Avropada qazın qiyməti 15%-dən çox artıb. Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 880 dollara yüksəlib. Bir çox Qərb analitikləri, o cümlədən “Bloomberg” nəşrinin enerji mütəxəssisləri “Qazprom”un bu addımlarını davam edən enerji böhranı fonunda Rusiyanı Avropada vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər söz vermişdi ki, “Qazprom” Avropanın ehtiyacı olan bütün qazı tədarük etməyə hazırdır. “Qazprom”un hərraclarda iştirakdan imtinasından sonra Ukraynanın GTS operatorunun rəhbəri Sergey Makoqon həyəcan təbili çalın: Rusiya qazının Ukrayna ərazisindən tranziti oktyabrın 1-i ilə müqayisədə noyabrın 1-dən sutkada 57 milyon kubmetrə qədər azalıb. Nəzərə alsaq ki, bu zamanadək Ukraynadan Avropaya qaz nəqli sutkada 86 milyon kubmetr idi, bu nəqlin 1\3-nin azalması anlamına gəlir. Üstəlik, Ukrayna ilə “Qazprom” arasında bağlanmış müqaviləyə əsasən, rus şirkəti bu boru xəttinə sutkada 109 milyon kubmetr qaz vurmalıdır. Belə çıxır ki, tranzit müqavilədə nəzərdə tutulandan iki dəfə çox azalıb. Bu minvalla “Qazprom” may ayının sonuna qədər Aİ-yə təxminən 5 milyard kubmetr qaz tədarük etməyəcək. Ötən şənbə günündən etibarən Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqlinin dayandırılmasını da hesaba qatsaq, bu rəqəm xeyli böyüyür.
“Qazprom” isə Avropanın enerji analitiklərinin şərhləri ilə razılaşmır. Şirkətin fikrincə, Ukrayna tranzitinin azalması və Polşa üzərindən isə tamamilə dayandırılması qanunidir və Avropa İttifaqına qaz nəqlinin kəsintisi anlamına gəlmir. Bu kəsintilər onunla izah oluna bilərdi ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Təbii olaraq, Ukrayna vəziyyətin bu cür dönüşündən çox narazı qalıb, hətta “Qazprom”la Macarıstan arasında razılaşmanın Avropanın enerji qanunvericiliyinə nə dərəcədə uyğun olub-olmadığına hüquqi qiymət vermək üçün Avropa Komissiyasına müraciət edib. Polşa üzərindən qaz nəqlinə gəlincə, Almaniyanın təbii qaz kəməri operatoru “Gascade” şirkəti də etiraf edib ki, 30 oktyabr 2021-ci il şənbə günündən etibarən “Qazprom” tərəfindən idarə olunan Yamal-Avropa boru kəmərindən qaz almaq mümkün deyil. Açıqlamaya görə, boru kəmərinin Almaniyaya giriş nöqtəsi olan Mallnovaya qaz axını dayanıb. Qaz indi Polşadan Almaniyaya yox, tam əksinə, Almaniyadan Polşaya axacaq. Rusiyanın Avropaya qaz nəqli xəritəsini yenidən cızması iki səbəblə izah olunur. İlk səbəb, sözsüz ki, Moskvanın “üzünə ağ olan” keçmiş müttəfiqlərini “xəyanətlərinə” görə cəzalandırmaq cəhdidir. Moskvanın məqsədi öz ətrafındakı Rusiya əleyhdarı hakimiyyətləri sarsıtmaq, ya özündən asılı vəziyyətə gətirməklə əvvəlki istehşamını bərpa etmək, ya da onları devirib Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Məqsəd Şərqi Avropa ölkələrini Qərbdən uzaqlaşdırmaq olduğundan “Qazprom” vasitəsilə həyata keçirilən bu tədbirlər iqtisadi yox, siyasi xarakter daşıyır və Avropa İttifaqı qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu səbəbdən də qurumun müvafiq orqanlarının ciddi reaksiyası ilə üzləşə bilər. Digər bir səbəbdən isə, Rusiyanın Avropanı qaz böhranı faktı qarşısında qoyaraq, özünün “Şimal axını-2” layihəsini ona qəbul etdirmək ola bilər. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Layihənin fəaliyyətə başlaması üçün “Qazprom” Almaniya Federal Şəbəkə Agentliyinin sertifikatını gözləyir. Bundan əlavə, Aİ də qaz direktivinə uyğun olaraq xətti təsdiq etməlidir. Rusiyanın qaz ixtisarları da Aİ-yə təzyiq etmək istəyi ilə əlaqələndirilir. “Qazprom” isə Avropaya qaz nəqlini azaltmasını tamamilə hüquqi prosedurlarla izah edir. Şirkətin iddiasına görə, Yamal - Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Varşava Avropa rəsmiləri tərəfindən təklif olunan hərraclarda tranzit imkanlarının bron edilməsi sxeminə keçib. Buna görə də, Polşadan keçən boruya qaz vurulmur. Ukrayna ilə bağlanan müqavilənin bitməsinə isə hələ 2 il var. Buna baxmayaraq, “Qazprom” Ukraynanın tələb etdiyi həcmdə qaz verməyə borclu deyil, 2022-ci ildə müqavilənin yenilənməsinə də həmçinin. Qiymətlərin bahalaşmasının əsl günahkarına gəlincə, Moskvanın fikrincə, bu, digər tədarükçülər arasında axtarılmalıdır. Çünki Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır. Bir sözlə, Rusiyanın ABŞ-la qaz müharibəsinin acılarını Avropa çəkir. Xüsusilə qış aylarında Avropanı soyuqla imtahana çəkilmək gözləyir. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|