Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı – Moldova və Polşadan təslimiyyət mesajları
Tarix: 29-10-2021, 11:48 | Çap et
Daha qış soyuqları başlamamış Rusiya Şərqi Avropa ölkələrinə qarşı apardığı qaz müharibəsində ilkin qələbəsini qazanmış görünür. İlk təslimiyyətçi mesajlar isə Moldova və Polşadan gəlib. Ovqat.com-un məlumata görə, Moldovanın Qərbyönümlü prezidenti Mayya Sandu dünən ölkənin Ali Təhlükəsizlik Şurasında etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Onun fikrincə, bu görüşün baş tutması üçün ilk növbədə müzakirə olunacaq məsələlər təsdiq edilməli, ölkədəki enerji böhranı və “Qazprom”la yeni müqavilə üzrə danışıqlar da gündəm mövzuları arasına salınmalıdır. Çıxışında Kişinyovla Moskva arasında münasibətlərin “fəal inkişaf etdirilməsinin” vacibliyinə toxunan Sandu xanım vurğulayıb ki, son vaxtlar Moldovada qaz böhranı ilə bağlı Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə çoxsaylı telefon danışıqları olub. Amma Moldova Prezidenti danışıqlarda konkret hansı razılıqların əldə olunduğuna dair heç bir fikir bildirməyib.
“Gələcəkdə biz ikitərəfli münasibətlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə Sandu Rusiya ilə yaxınlaşmaq mesajı verib. Xatırladaq ki, Mayya Sandu ötən il 16 oktyabrında Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlmişdi. O dövrdən bu günədək 1 ildən çox zaman keçir. Moldova Prezidenti isə bu müddət ərzində dünyanın bir sıra ölkələrində rəsmi səfərlərdə olsa da, hələ ki Moskvaya getməyib. Bu da, təbii ki, onun siyasi oriyentasiyasından qaynaqlanır. Mayya Sandunun Moskva ilə münasibətləri normallaşdırmağa və bunun üçün Putinlə görüşməyə hazır olduğunu bildirməsinin zamanlaması da diqqətçəkicidir. Məlum olduğu kimi, “Qazprom”un Moldova ilə bağladığı qaz müqaviləsi sentyabr ayında bitib. Rusiya şirkəti yenidən müqavilə bağlamaq üçün 2 şərt irəli sürüb: əvvəla, yeni müqavilə hazırkı bazar qiymətlərinə uyğun bağlanacaq, ikincisi Kişinyov bu zamanadək “Qazprom”a borcunu qaytaracaq. Borc isə az deyil. Rus şirkətinin hesablamasına görə, Moldova ona 709 milyon dollar ödəməlidir. Qazın yeni qiymətlərinə gəlincə, hazırda Avropa bazarınındakı qiymətlərdən 15% güzəştlə Moldovaya qaz satacağını bildirən “Qazprom”un yeni tarifinə görə, Kişinyov min kubmetr qaz üçün 790 dollar ödəməlidir. Moldovanın illik qaz istehlakı isə təxminən 3 milyard kubmetrdir. Bu da hardasa bir illik qaz istehlakı üçün Kişinyovun 2 milyard 370 milyon dolları gözdən çıxarması deməkdir. Halbuki, bu zamanadək Moldova Rusiyadan qazın min kubmetrini 180 dollara alırdı - hardasa 4 dəfə ucuz qiymətə. Di gəl ki, bu məbləği belə, ödəyə bilmirdi. İndiyədək ABŞ-ın LNG qazına və Norveçin “Baltic Pipe” boru kəmərinə ümid bağlayıb Rusiya ilə münasibətlərini gərginləşdirən, ən əsası isə Moskva ilə yollarını ayırmağa çalışan Şərqi Avropa və Balkan ölkələrinə “ağsaqqallıq” edən Polşa da xəyal qırıqlığına uğramış durumdadır. Məlumata görə, dünən Polşanın dövlət enerji şirkəti PGNiG “Qazprom”a müraciət edərək qazın qiymətini aşağı salmağı xahiş edib. “Bu yaxınlarda biz Avropanın topdansatış bazarında təbii qazın qiymətində görünməmiş artımın şahidi olduq. Bu fövqəladə vəziyyət Yamal müqaviləsi çərçivəsində qaz aldığımız qiymət şərtlərinə yenidən baxılmasına şərtləndirir. Fikrimizcə, PGNiG-yə verilən qazın qiymətini azaltmaq imkanları var”, - deyə PGNiG-nin prezidenti Pavel Mayevski rus şirkətinə yazdığı məktubda bildirib.
Analitiklər isə Pavel Mayevski qədər nikbin deyillər. Onların fikrincə, ötən il Stokholm arbitraj məhkəməsinə “Qazprom”u şikayət edən PGNiG indi öz “çoxbilmişliyi”nin bədəlini ödəyəcək. Zira həmin məhkəmənin qərarına əsasən, PGNiG 2014-cü ildə “Qazprom”la bağladığı müqavilədə göstərilən şərtlərlə deyil, bazardakı mövcud qiymətlərə görə qaz almalıdır. 2014-cü ildən ötən ilə qədər bazar qiymətləri ilə iki şirkət arasındakı müqavilənin şərtləri arasındakı fərq 1.5 milyard dollar idi və “Qazprom” həmin fərqi geri qaytarmışdı. MəntiqləŞ PGNiG-nin indi “Qazprom”dan imtiyazlı yanaşma gözləməyə haqqı yoxdur. Ona ediləcək ən böyük güzəşt Moldova kimi qazı uzağı 15% ucuz qiymətə almaq ola bilər. Polşanın “Qazprom”dan aldığı qaz isə Moldova ilə müqayisədə daha çoxdur. Statistik məlumatlara görə, Polşa “Qazprom”dan 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər 5 milyard kubmetr qaz idxal edib. Bu il də qışı sağ-salamat çıxarmaq üçün, yəqin ki, eyni miqdarda qaz alacaq. Yeni tariflə hesablasaq, bu, 7 ay ərzində Polşanın qaz ehtiyacı üçün “Qazprom”a 3 milyard 950 milyon dollar ödəməsi mənasına gəlir: 5 milyard / 1000 X 790 = 3.950 milyard. Əvvəlki müqavilə ilə Polşa “Qazprom”dan min kubmetr qazı 280 dollara alırdı. Ölkənin qış dövrü üçün qaz ehtiyacını köhnə tariflə hesablasaq, bu, 1 milyard 400 milyon dollar edər. İki tarif arasındakı fərq: 3.950 milyard – 1.400 = 2.55 milyard dollar. Belə çıxır ki, Varşava 7 illik “çoxbilmişliyi”nin bədəlini qarşıdakı 7 ayda artıqlaması ilə geri ödəməli olacaq. Ukrayna və Baltik ölkələri də Rusiyanın qaz müharibələrinin növbəti qurbanları olmaq taleyi ilə üz-üzədirlər. Kiyev bu böhrandan çıxmaq üçün Rusiya ilə müharibəyə girməyi belə, gözə alıb. Təbii ki, bu niyyətin baş tutması üçün enerji böhranından təsirlənəcək digər ölkələr, eyni zamanda ABŞ və İngiltərə də həmin daşın altına əl qoymalıdırlar. Ukraynanın yaxın qonşuları ümidsiz şəkildə Rusiya ilə münasibətləri yoluna qoymaq barədə düşünürlər. ABŞ və İngiltərənin isə Kiyevə real dəstək verəcəkləri hələlik xeyli müəmmalı görünür. Şərqi Avropa ölkələrinin bu qədər ağır vəziyyətə düşməsinin əsas səbəbi Qərb ölkələrinin onlara umduqları dəstəyi verməmələridir. Avropa İttifaqının genişlənmə proqramı çərçivəsində Qərbə üz tutan bu ölkələr daha sonra böyük dövlətlərin maraqlarının haçalanması, xüsusilə Rusiyaya münasibətlərinin dəyişilməsi nəticəsində indiki xaotik durumla üz-üzə qalıblar. Fransa və Almaniya Şimali Atlantika ittifaqı çərçivəsində ABŞ hegemonluğuna qarşı çıxır və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. ABŞ isə Avropa ölkələrinin bu xəyanətini bağışlamaq istəmir və onlara rus təhlükəsinin nədən ibarət olduğunu xatırlatmaq üçün müxtəlif addımlarla enerji qiymətləri ilə oynayır. Rusiya rəsmilərinin iddialarına inansaq, Avropada qaz qiymətlərinin bahalaşması da Moskvadan qaynaqlanmır. Belə ki, “Qazprom” indiyədək hər zamankı kvotası çərçivəsində, hətta ondan daha artıq Avropaya qaz ixrac edib. Bazardakı qıtlıqdan yaranan bahalaşmanın əsl günahkarları digər tədarükçülərdir. Belə anlaşılır ki, ABŞ və ona bağlı digər tədarükçülər Avropaya qaz nəqlini azaltdığından enerji bazarında bu cür acınacaqlı vəziyyət yaranıb. Həqiqətən də ABŞ-ın yeni prezidenti Co Baydenin son zamanlar öz sələfi Trampdan tamamilə fərqli siyasət yürütdüyü hiss olunur. Bəzən elə təəssürat yaranır ki, Bayden bu zamanadək formalaşmış qlobal düzənini pozaraq, dünyanı xoasa sürükləyir. İstər Əfqanıstanda, istər Yaxın Şərqdə, istərsə də Avropada baş verən son proseslər bunun bariz nümunələridir. Mümkündür ki, Vaşinqton öz iradəsinə tabe olmamağın necə ağır nəticələnəcəyini keçmiş müttəfiqlərinə göstərir və onları özünə daha sıx bağlamağa ümid edir. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
|