Ankara Kabil aeroportunu niyə istəyir? - Ərdoğanın Əfqanıstan planı
Tarix: 31-08-2021, 08:27 | Çap et
“Taliban” deyib ki, Türkiyənin Kabil aeroportunu mühafizə etməsinə isti baxır. “Yeni Müsavat”ın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda oynaya biləcəyi hər hansı rolla bağlı “Taliban”la danışıqlar aparmağa hazır olduqlarını söyləyib. Ərdoğan bildirib ki, Türkiyə həmçinin Kabil hava limanında təhlükəsizliyi təmin etməkdə maraqlıdır. Bəzi ekspertlər iddia edir ki, “Taliban” istəsə Türkiyə hava limanını mühafizə edər, lakin NATO və ABŞ “Taliban”ın nəzarət etdiyi Əfqanıstanda bu cür hərbi mövcudluğa dəstək verməz.
“İnsanların nəzərdən qaçırdığı bir şey var ki, ilkin razılığa əsasən Ankara ”Taliban"a qarşı döyüşməyəcək" - Xarici Siyasət Araşdırmaları İnstitutunun tədqiqat direktoru Aaron Stein “Amerikanın Səsi”nə bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Əfqanıstandakı vəziyyətlə bağlı BMT Kabildə fərqli ölkələrdən ibarət hərbi qüvvə yarada bilər, amma bu, asandırmı? M.Çavuşoğlu deyib ki, Kabil Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmini üçün Fransa tərəfindən irəli sürülən təklif ilk baxışdan xoş təəssürat yaradır: “Amma BMT-nin Kabil Beynəlxalq Hava Limanı ətrafında sülhməramlı qüvvələrinin olması məsələsi mümkündürmü? Buna baxmalıyıq. Beynəlxalq təşkilatlar arasında NATO-dan güclü qüvvə yoxdur. NATO-nun isə missiyası Əfqanıstanda başa çatdı. Bu ölkələr ora dəstək verəcəkmi? Əfqanıstan buna icazə verəcəkmi? Əfqanıstandakı tərəflərlə bunun danışılması lazımdır”.
M.Çavuşoğlu bildirib ki, “İŞİD Xorasan” terror təşkilatı, eləcə də digər terror təşkilatlarının orada təhlükə yaratmaq məsələsi var: “G5 ölkələrinin bu məsələdə mövqeyi nədir. Məsələn, Rusiya və Çin nə düşünür? Bütün bunlar bilinməlidir. Amma bizim üçün ən əsas məsələ əfqan xalqının fikridir”. Bəs Ankaranın Kabildə varlığını təmin etmək istəyi nədən qaynaqlanır? Nə üçün Ərdoğan Əfqanıstanda aeroportu türk sülhməramlılarının qorumasında bu dərəcədə həvəsli və maraqlıdır?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyənin Əfqanıstanda strateji maraqları ola bilər: “Çünki Pakistana yaxın ölkədir və ”Taliban"ın İslamabadla əlaqələrini də nəzərə alsaq, Ankaranın planlarında məntiq tapa bilərik. Artıq Kabildə, ya da Qətər paytaxtı Dohada müxtəlif təmaslar qurulur. Eyni zamanda Çin, Rusiya, Fransa kifayət qədər fəallıq göstərirlər və “Taliban”la diplomatik əlaqə quracaqları barədə siqnallar verirlər. Belə olan şəraitdə Türkiyənin bu məsələlərə maraq göstərməsini təbii qarşılamaq lazımdır".
Q.Hüseynlinin fikrincə, “Taliban” özü dəfələrlə Kabil aeroportunun istifadəsində Türkiyənin iştirakında maraqlı olduğunu dilə gətirib: “Taliblər ya Qətəri, ya Türkiyəni Kabil hava limanının işlədilməsinə dəvət edə bilərlər. Amma üstünlük Ankaraya verilir. Həmçinin Türkiyənin Orta Asiyadakı türk birliyinin yaradılması ilə bağlı strateji marağı var. Bu ideyaların reallaşdırılması üçün ”Taliban" üzərində müəyyən təsir rıçaqlarına malik olmaq Türkiyənin planlarına uyğun addım olardı. Ona görə Türkiyə hələ ki tələsmədən Əfqanıstan hadisələrini təhlil edərək bu bölgədə iştirakla bağlı mövqeyini bildirə bilər. Onu da nəzərə almalıyıq ki, Türkiyə Yaxın və Orta Şərqdə, müsəlman dünyasında qəbul olunur, o baxımdan bölgədə strateji maraqlarını reallaşdırmağa hazırlaşır".
Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun müşaviri Yelena Suponinan deyib ki, Əfqanıstanda sentyabrda yeni böyük teraktların olması mümkündür. Onun sözlərinə görə, bu teraktlar Əhməd Şah Məsudun qətlinin və ya 11 sentyabr hadisələrinin 20 illiyi ilə bağlı ola bilər:
“Kabildəki terakt son olmayacaq, çünki Əfqanıstandakı vəziyyətin destabilizasiya olmasında çox qüvvələr maraqlıdır. Elə ”Taliban" da Əfqanıstanda nizam yarada bilməyəcək. Bu ölkədə vətəndaş müharibəsi onillərlə davam edəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
|