Rusiya SSRİ-nin səhvlərini təkrarlayır: - Sonu da eyni cür olacaqmı?
Tarix: 30-08-2021, 07:53 | Çap et
Rusiya SSRİ-nin etdiyi səhvləri təkrarlayır. Əlbəttə ki, bu, bir paradoksdur, amma Kreml, Rusiya Prezidenti Vladimir Putinə görə, “keçən əsrin ən böyük geosiyasi fəlakəti”nə səbəb olan hadisənin səbəblərdən heç bir dərs çıxarmadı. Bunun tamamilə açıq və təkzibedilməz bir ifadəsinə bəzi sübutlar verəcəyəm.
Beləliklə, 2021-ci ilin iyul ayında Rusiya əhalisi qiymət artımından aktiv şəkildə narahat olmağa və daha qabarıq hiss etməyə başladı. Levada Mərkəzinin (Rusiya Federasiyası Ədliyyə Nazirliyinin qərarı ilə QHT-lərin reyestrinə daxil edilib və xarici agent kimi tanınıb) apardığı bir araşdırmaya görə, son altı ayda rusların 39%-i pul çatışmazlığı səbəbindən ərzaq almaqdan imtina etmək məcburiyyətində qalıb. Əhalinin 52%-i paltar və ayaqqabıdan, 71%-i ev üçün iri alışlardan imtina etməli olub.
Maddi gəliri az olan ruslar arasında (yeməyə güclə çatan), demək olar ki, 90%-i ev üçün lazım olan böyük alışları almaqdan imtina edib. Hətta nisbətən yüksək istehlak səviyyəsinə malik olan insanlar arasında (dayanıqlı mal ala bilənlər) 16%-i əsas qidalardan, 28%-i paltar və ayaqqabı almaqdan, 53%-i isə ev üçün lazım olan əşya almaqdan imtina edib.
2021-ci il iyulun 22-dən 28-dək 50 bölgənin 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1619 nəfər arasında aparılmış sorğunun məlumatları Mərkəzi Bankın sosioloji araşdırmaları ilə üst-üstə düşür. Mərkəzi Bankın məlumatına görə, rusların 35%-i bütün gəlirlərini ərzağa xərcləyir (11%-i yeməyə güclə çatır, 24%-i isə yeməkdən başqa heç nə ala bilmir). Və bu, Rusiyada həyat səviyyəsinin ildən-ilə pisləşdiyini və daha kədərli olduğunu göstərir.
Eyni zamanda, müxtəlif vaxtlarda rəyi soruşulan rusların əksəriyyətinə görə, dövlət tərəfindən təyin olunan və ölkədə yoxsulluğun səviyyəsini qiymətləndirmək üçün istifadə olunan yaşayış minimumu reallıqdan çox fərqlidir. Bir insanın minimum bir ay yaşamasını təmin etmək üçün lazım olan məbləğ, Levada Mərkəzinin keçirdiyi bir araşdırmaya görə, 24,6 min rubl təşkil edir.
Subyektiv yaşayış minimumu Əmək Nazirliyi tərəfindən 11 653 rubl olaraq təyin olunan rəsmi minimumdan iki dəfə çoxdur. 2019-cu ildən bəri bu məbləğ 3,6 min rubl və ya 17% artıb, rəsmi minimum isə yalnız 500 rubl və ya 4,4% artırılıb. Beləliklə, Rusiyada əhalinin demək olar ki, 50%-i real yoxsulluq həddinin altına düşüb.
Rəsmi yoxsulların sayı 12,8% və ya 18,8 milyon adam elan olunsa belə, bu rərəqmin özü də kifayət qədər böyük və ciddi siqnaldır. Yaşayış səviyyəsinin pisləşməsi ilə yanaşı, Rusiyada kiçik şəhərlər, qəsəbələr, kəndlər yox olur və ya “ölür”. Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin məlumatına görə, 1990-cı ildən bəri ölkədə 23 min yaşayış məntəqəsi yoxa çıxıb, bunun 20 mini kənd və qəsəbələrdir.
Və bütün bunların fonunda Rusiya bölgələrinin inkişafına deyil, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə deyil, başqa istiqamətlərə sərmayə qoymağa davam edir. Böyük vəsaitlər təbliğata, yəni bir çox ölkəyə qarşı yalan və nifrətin yayımlanmasına və hərbi sənaye kompleksinə xərclənir. O kompleksə ki, silah bazarında artıq istehsal olunan hər şeydən geridə qalan şok bir tempi nümayiş etdirməyə davam edir.
Buna görə də, həddən artıq təriflənən “İsgəndər” yalnız Rusiyanın daxili auditoriyasında qürur hissi yarada bilər. Azərbaycan, Ukrayna və bir sıra digər ölkələr fəal şəkildə Türkiyə və İsrail hərbi sənaye kompleksindən məhsul alır. Rusiya isə köhnə, lazımsız zir-zibilini Ermənistana - Cənubi Qafqazdakı forpostuna ötürməli olur. “Sputnik” xəbər agentliyi və Rusiya federal telekanallarındakı boğazyırtanlar Türkiyə və İsrail silahlarını gözdən salmaq üçün nə qədər çalışsalar da, heç bir kampaniya kömək etməyəcək. Dünyanın hər yerindən olan hərbi mütəxəssislər hər silahın əsl dəyərini çoxdan bilirlər.
Dünyanın müxtəlif ölkələrindən olan siyasətçilər və politoloqlar qonşu ölkələrə qarşı qəzəb və nifrəti tirajlamaqla Rusiyanın SSRİ yolu ilə getdiyini qəbul edirlər. O zaman SSRİ telekanallarında da səhərdən axşama qədər "Vremya" proqramında və ya “Beynəlxalq Panorama”da "Qərb ölkələrində işçilərin gündəlik acınacaqlı həyatı" haqqında danışaraq, Sovetlər Birliyində guya ki, yaxşı bir həyat illüziyası yaratmağa çalışdılar. SSRİ-də sovet mağazalarının boş rəfləri, əbədi defisit və həyati vacib olan hər şeyi "əldə etmək" ehtiyacı "qardaş Əfqanıstanda beynəlminəl missiya"nın yerinə yetirilməsi, silahlanma yarışı ilə qoşa qddımlayırdı.
İndi Krımın ilhaqına və Donbasdakı separatizmə və terrora dəstəyinə görə sanksiyalar altında olan Rusiya eyni dırmıq üzərində addım atır. Bu, SSRİ-nin dağılması kimi, Rusiyanın da parçalanmasına gətirib çıxaracaqmı? Çətin. Ancaq Rusiyanın ağılsızca zaman və milyardlarla dollarlarını daxili problemlərini həll etmək üçün deyil, həmvətənlərinin həyat səviyyəsini yüksəltmək üçün deyil, Sovet İttifaqının səhvlərini təkrarlamasına xərcləməsi təkzibolunmaz bir faktdır. //AYNA.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
|