Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bu dövlət qurumunun keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanesyanı, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı, keçmiş vitse-spiker Eduard Şarmazanovun mətbuat katibi Ara Saakyanı saxlayıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, Sarukyan baş nazir Nikola Paşinyana istefası tələbi ilə keçirilən mitinqin əvvəlində, Şarmazanov və Vanesyan isə mitinqdən sonra saxlanılıb.
Qeyd edək ki, Vanesyan bir sıra cinayət əməllərinin törədilməsində şübhəli bilinir.