Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Tarix: 29-11-2024, 12:35 |
Çap et
“Xəstəxanada deyiləm”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış qoşanağara ifaçısı, Xalq artisti Sadıq Zərbəliyev deyib.
O, hazırda xəstəxanada olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatın doğru olmadığını bildirib:
“Yazırlar ki, xəstəxanadayam. Mən evdəyəm, xəstəxanada yox. Bir müddət əvvəl səhhətimdə problemlər oldu, müalicə olundum, sağaldım, indi yaxşıyam”.