Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Tarix: 29-11-2024, 13:02 |
Çap et
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik.
"Report"un yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının Baş katibi Kaxa Kaladze deyib.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə danışıqlar dayandırılıb, amma bu qərarın bəzilərini niyə təəccübləndirdiyi anlaşılan deyil.
"Aİ-yə üzvlük üçün müəyyən meyarlar var, ancaq bu meyarlara çatmaq üçün sülh və iqtisadi inkişaf lazımdır. Biz 2028-ci ilə qədər fərqli iqtisadi artım göstəriciləri ortaya qoymağa hazırıq və 2030-cu ildə Aİ-nin tamhüquqlu üzvü olmağa hazırıq. Biz danışıqlara da hazırıq, amma şantaj yolu ilə deyil”, - deyə K.Kaladze bildirib.
O, həmçinin bütün xalqa çağırış edərək Gürcüstanın sadəcə bir ərazi deyil, bir ölkə olduğunu qəbul etmələrini və hamının hökumətin qərarlarına, gürcü mədəniyyətinə və ənənələrinə hörmət etməli olduğunu vurğulayıb.