Milli Məclisin aparatında yeni təyinat baş tutub. Bakupost.az -ın əldə etdiyi məlumata görə, parlamentin aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib. Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu "Dövlət qulluğunda fərqlənməyə görə" və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib. Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.