Trampın reytinqi ən aşağı səviyyəyə enib
Tarix: 3-08-2017, 08:54 |
Çap et
ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi ən aşağı həddə düşüb.
APA-nın xəbərinə görə, bu barədə Kvinnipeks Universitetinin apardığı sorğunun nəticəsində qeyd olunur.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 33%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 61%-i isə mənfi qiymətləndirib.
Yanvarın 22-də keçirilən ilk sorğuda Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.