AB liderlərindən “Brexit” təminatı
Tarix: 5-07-2016, 08:51 |
Çap et
Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi ("Brexit" ) blokun genişlənməsinə təhlükə yaratmayacaq. Bu barədə Fransa və Almaniya liderləri AB üzvlüyünə can atan Balkan ölkələrinə təminat veriblər.
“Britaniyanın qərarı öhdəliklər götürülmüş Balkan ölkələrilə bağlı sual yaratmayacaq. Onlara sayqı göstəriləcək”, Fransa prezidenti Francois Hollande iyulun 4-də Parisdə keçirilən Balkan sammitindən sonra deyib.
Almaniya kansleri Angela Merkel isə söyləyib ki, AB-nin genişlənmə strategiyası “Britaniyanın qərarıyla dəyişməyib”.
Hollande və Merkel Balkan regionundan olan həmkarlarıyla görüşüblər.
Britaniya AB-dən çıxmağa səs verəndən sonra blokun gələcəyilə bağlı suallar yaranıb.