ELMAN RÜSTƏMOVUN ÇƏTİRİ ALTINDA MAXİNASİYALAR
Tarix: 9-12-2013, 15:37 |
Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl Milli Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanov barəsində məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Abdulla Məlik-Aslanovu öz qaynatası adlandıran Dəmir Bankın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov bir çox qaranlıq işlərini elə qaynatasının köməkliyi ilə həyata keçirir. Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, Müşfiq Tükanov öz şəriki, Dəmir Bankın “Mərkəz” filialının keçmiş kassiri olan İlqar Usubovun vasitəsi ilə respublikaya briliant daş-qaşların qaçaqmalçılıq yolu ilə gətirilməsinə yardımçı olur.
Bu iki şərikin briliant alverindən başqa kontur biznesi edərək “depozit silmələri” və “obnaliçka” ilə də məşğul olmaqları aşkar olunub. Ancaq bu barədə araşdırma başa çatmadığı üçün gələn yazımızda bəhs edəcəyik. Gələn yazımızda həm də Abdulla Məlik-Aslanovun bir çox ticarət obyektlərinin foto və video çəkilişlərini oxucularmıza təqdim edəcəyik.
Qeyd edək ki, aldığımız məlumata görə Abdulla Məlik-Aslanov “Loqofon” şirkətinin sahibidir, bu şirkət mobil telefonların satışını və "Nar Mobile"-ın kontur satışını regionlarda və ölkə paytaxtında təşkil edir.Bizi izləyin, araşdırmamız davam edir.