KEÇMİŞ NAZİRİN QARDAŞI OBYEKTİNİ SATIŞA ÇIXARDI
Tarix: 13-11-2013, 17:51 |
Çap et
“JALƏ” KAFESİNƏ GÖRƏ 450 MİN MANAT İSTƏNİLİR
DİA.AZ: - Keçmiş müdafiə naziri Səfər Əbiyev və onun yaxınları haqqında, ictimaiyyətdə böyük maraq doğuran məlumatlar əldə etmişik. DİA.AZ-a xəbər verən mənbənin bildirdiyinə görə Səfər Əbiyevin qardaşı Nazim Əbiyevə məxsus Yasamal rayonu, H.Məcidov küçəsində yerləşən “Jalə” adlı kafe 450 min manata satışa çıxarılıb.
Mənbənin bildirdiyinə görə Nazim Əbiyev kafeni ona təcili pul lazım olduğuna görə satışa çıxarıb. Qeyd edək ki, həmin kafe uzun illərdi elə sahibi olan Nazim Əbiyev və onun oğlu tərəfindən işlədilib. Müştərilərin dediyinə görə həmin kafenin mətbəxində hazırlanan xörəklər bir çox kafelərdən yaxşı mənada fərqləndiyinə görə nahar vaxtı müştəri əlindən orda oturmağa yer tapılmırdı.