"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                 

ŞOK: BİLƏSUVARDA MƏMUR KƏNDLİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜ
Tarix: 8-11-2013, 14:08 | Çap et
ŞOK: BİLƏSUVARDA MƏMUR KƏNDLİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜ
NARAZI VƏTƏNDAŞ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

DİA.AZ: - Biləsuvar rayonu Ovçubərə kənd sakini Süleymanov Elməddin Mirsəməd oğlu tərəfindən prezident İlham Əliyevə, baş prokuror Zakir Qarolova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira xanım Süleymanovaya şikayət ərizəsi ünvanlanıb. Ərizənin DİA.AZ-a daxil olan nüsxəsində deyilir:

“Möhtərəm prezident , hörmətli dövlət rəsmiləri, bu məktubu yazmağa vadar edən səbəb Biləsuvar rayon Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlunun özbaşınalığıdır.

Öncə sizə özüm haqqında qısa məlumat verirəm. Mən, Süleymanov Elməddin Mirsəməd oğlu Biləsuvar rayonunun Ovçubərə kəndində yaşayıram. Ailəliyəm, 4 övladım var. Heç bir yerdə işləmirəm. Həyat yoldaşım da heç bir yerdə işləmir. Dövlətimiz tərəfindən verilən ünvanlı sosial yardımla dolanırdıq. Üç ildən artıq idi ki, bu imtiyazdan yararlanırdıq. Bu il ünvanlı sosial yardımın sənədləşməsi kənd icra nümayəndəliyinə tapşırıldığından yenidən lazımı sənədlər almaq üçün kənd İcra nümayəndəsi olan Mikayılov Ağadin Baba oğluna müraciət etdim. O məni get-gələ salaraq həmin sənədləri mənə vermədi. Qardaşıma məxsus olan avtomobili mənim adıma çıxaraq mənə maşınım olduğu üçün sosial yardım düşmədiyini bəhanə gətirirdi. Mən məcbur olub Biləsuvar rayon İcra hakimiyyətinə ailəm və uşaqlarımla getməli oldum. 4 noyabr 2013-cü il tarixdə İcra hakimiyyətində vətəndaşların problemləri ilə bağlı iclasda iştirak edərək öz problemimi rayon rəhbərliyi qarşısında dedim. Icra hakiminin birinci müavini Akif Kazımov cənabları məsləhət bildi ki, mənim yaşadığım mənzilə , yaşayış tərzimə baxış keçirilsin. Əgər qanuna uyğun olarsa ünvanlı sosial yardım üçün lazım olan sənədlərin mənə verilməsinə köməklik ediləcəyini dedi.

Həmin günü Biləsuvar rayon İcra hakimiyyətindən iki nümayəndə yaşadığım mənzilə baxış keçirmək üçün gəlmişlər. Bu zaman əmək məzuniyyətində olan Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlu və onun müavini Mikayılov Allahşükür də onlarla birlikdə olmuşdur. Mən evdə deyildim. Onları həyat yoldaşım qarşılayıb. Ağadin Mikayılov yaşadığım mənzilə baxış keçirmədən həyat yoldaşıma deyib ki, mənə Elməddin özü lazımdır. Evdən telefon nömrəmi alaraq mənə zəng etdi. Mənə telefonda dedi ki “hardasan”? Dedim ki, qonşu kənd olan Ağalıkənd ərazisindəyəm. Dedi ki, “tez gəl kəndin girişində gözləyirəm səni”.

Mən tez bir zamanda kəndə qayıdaraq onlarla küçəmizin baş tərəfində görüşdüm. Ağadin Mikayılov mənə dedi, “ay oğraş, sən nə üçün məndən rayon rəhbərliyinə şikayət edibsən? Mənə nə edəcəksən ki?... Sənin özün yox e, nəslin hamısı şikayət eliyə, hara gedirsən get, sənə sosial yardım üçün sənəd verən deyiləm”. Gələn nümayəndələr isə kənarda durub sadəcə tamaşa edirdilər. Onunla mənim söhbətim mübahisəyə çevrildi. Mən onlara dedim ki, gəlin yaşadığım mənzilə gedək. Baxış keçirin. Bəs nə üçün gəlmisiniz? Onların yerinə yenə də kənd icra nümayəndəsi , əmək məzuniyyətində olan Ağadin Mikayılov dilləndi: “Ay bala, sənə dedim ki, sən sosial yardım üzünə həsrət qalacaqsan”. Daha sonra məni aşağılayan hərəkətlər də etdi. Sonra təhqiramiz ifadələr, küçə söyüşləri işlədərək məni təhqir etməyə başladı.

Bir az da özündən çıxaraq mənə fiziki təsir göstərərək məni vurdu. Sifətimin sağ nahiyəsinə yumruq, sol böyrümə isə təpiklə zərbə vurdu. Mən onun bu hərəkətlərinə çaşıb qalmışdım. O isə zərbə endirməkdə davam edir, məni söyərək döyürdü. Yanındakı nümayəndələr bizi ayırmaq istəsələr də, bu səs-küyü eşidib həmkəndlilərim Hacı və Rahim adlı şəxslər də məni onun əlindən aldılar. O bizi ayrışdıran şəxsləri də təhqir etdi.

Ağadin Mikayılov qabaqdan gəlmişdik edərək rayon polis şöbəsinə zəng etdi. Dedi “gör, səni şöbələrdə süründürəcəm”. Atam da bu səs-küyü eşidib hadisə yerinə gəldi. O atama da məhəl qoymayıb ailəlikcə bizim ünvanımıza nəlayiq ifadələr işlətməyə başladı. Sonra hadisə yerinə polislər gəldi. Ağadin Mikayılov onların avtomobilinə əyləşərək elə orada ərizəsini yazdı. Ürəyi soyumadığından onların, hüquq mühafizə orqanının işçilərinin yanında da söyüşlə danışır, yenidən üzərimə hücum çəkirdi. Sanki polisləri görüb arxayınlaşaraq mənə təsir göstərmək istəyirdi. Mən isə rayon mərkəzinə, polis şöbəsinə gedərək şikayət etdim. İzahatımı orada verdim. Rayon mərkəzi xəstəxanasının əməkdaşının yanına gedərək həkim müayinəsindən də keçdim. Sabahısı gün yenidən Rayon İcra başçısının müavini Akif müəllimlə görüşərək hadisəni ona da danışdım. Dedim ki, əmək məzuniyyətində olan bir şəxs nə üçün məni təhqir etməli, sizin yolladığınız nümayəndələrə də məhəl qoymayan, vətəndaşı yersiz yerə təhqir edib döyən . Ağadin Mikayılov haqqında nə üçün tədbir görmürsünüz ? O da rayon polis şöbəsinə zəng edərək məsələni öyrəndi. Aldığım xəsarətləri öz gözü ilə gördü.

Cənab prezident , hörmətli dövlət rəsmiləri, mən bu gün tapdanmış vətəndaş hüquqlarımın, alçaldılmış şəxsiyyətimin , şərəf və ləyaqətimin harayını sizə edirəm. Azğınlaşmış, qudurmuş, heç kimə məhəl qoymayan bir dövlət məmuru nəyin ki vətəndaşları saymır,hətda fiziki zorakılığa məruz qoyur, təhqir edir. Axı bu gün bizim ali qanunlarımız, möhkəm dövlətçiliyimiz var. Necə olur ki biz sadə vətəndaşlar qanunun aliliyinə hörmət bəsləyir, qanuna tabe oluruq. Bu cür insanlar isə dövlətdən , hökümətdən yararlanaraq dövlətin yeganə mənbəyi olan vətəndaşı təhqir edir, döyür, hörmətdən salır? Bizim güvəndiyimiz isə yenə sizlərsiniz.

Odur ki, sonda sizdən xahiş edirəm bu şəxsin barəsində qanunun aliliyi çərçivəsində müfaviq ölçü götürülməsi barəsində yerli hüquq və icra orqanlarına göstəriş verəsiniz. Mənim kobudcasına pozulmuş hüqularım bərpa edilsin.

Hal-hazır da ailə vəziyyətim ünvanlı sosial yardım verilməyəndən bəri ağırdır. Mənim iki məktəbli və iki az yaşlı övladım var. Onları dövlətimizin biz kasıb insanlara, sadə vətəndaşlara verilən ünvanlı sosial yardım hesabına böyüdürdüm. İndi ailənin dolanışığını heç bilmirik necə edək. Ünvanlı sosial yardımın sənədlərinin mənə verilməsinə də köməklik etməyinizi xahiş edirəm”.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru