Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                 

HAKİMİYYƏTİN 3 AY VAXTI QALIB...
Tarix: 23-01-2012, 12:23 | Çap et
HAKİMİYYƏTİN 3 AY VAXTI QALIB...

BAKI BÖYÜK SINAQ QARŞISINDADIR: TƏK MAHNI YARIŞMASI DEYİL...

Gənc müğənnilər Eldar Qasımov və Nigar Camal 2011-ci iilin may ayında “Eurovision” mahnı yarışmasında qalib gəldikdə Azərbaycanda sevincin həddi-hüdudu yox idi. Hakimiyyət də vaxt itirmədən bu qələbəni əlində rupora çevirərək, musiqi yarışmasındakı birinciliyi aparılan siyasətin tərkib hissəsi kimi qələmə verməyə başladı. Ancaq günlər keçdikcə qələbə sevincini beyinlərdə dolaşan suallar əvəz etməyə başladı.

Azərbaycanın bu ilin may ayında “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsi rəsmi Bakını nə qədər sevindirirsə, bir o qədər də düşündürür. Çünki, musiqi yarışmasıyla bağlı Qərbin Azərbaycana diqqəti bir az daha artıb. ABŞ və Avropanın siyasi dairələri və mediası Azərbaycandakı insan haqları və demokratiyanın mövcud durumunu araşdırır, tənqidi hesabatlar yayınlayırlar.

Azərbaycanın musiqi yarışmasına ev sahibliyinə yiyələndiyi bəlli olduqdan sonra ilk reaksiya Almaniyanın “Şpigel” jurnalından gəlmişdi. Jurnal «Eurovision»dakı qələbəmizlə yanaşı, Azərbaycanda insan haqlarının pozulmasından, siyasi məhbuslardan və sosial şəbəkələrdə aktiv olanların həbslərindən, varlılarla kasıblar arasındakı dərin təbəqələşmədən yazmışdı. Bundan sonra Qərbin müxtəlif nəşrlərində bu səpgili məqalələrin sayı daha da artdı.

Avropanın gözü və qulağı Azərbaycandadır. Avropa bu kimi mötəbər tədbirin insan haqlarına və demokratiyaya hörmət edən, Avropaya sözdə deyil, əməldə inteqrasiya olunmaq istəyən dövlətdə gerçəkləşməsini istəyər. Təsadüfi deyil ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia “Eurovision”dakı qələbə ilə bağlı yaydığı açıqlamada Azərbaycan xalqını təbrik etməklə yanaşı, zəruri əlavəsini də unutmamışdı: “Mən əminəm ki, 2012-ci ildə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə olacaq. Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir”. Azərbaycan hakimiyyəti hələ ki, bu fürsətdən istifadə etmir.

Musiqi yarışmasının başlamasına cəmi 3 ay vaxt qalıb. Ancaq Azərbaycandakı problemlər bir il öncəkindən heç nə ilə fərqlənmir, bəlkə də əksinə bir az daha dərinləşib. Siyasi, iqtisadi və sosial müstəvidə qarşıdurma güclənib. Həbsxanalar siyasi məhbuslarla “zənginləşib”, müxalifətin toplaşmaq hüququ əvvəlkitək tanınmır, inhisarçılıq və korrupsiyanın miqyası azalmayıb, musiqi yarışmasının keçiriləcəyi məkanda insanların evləri sökülüb, şəhərin mərkəzində bağ salınması adı altında mülkiyyət hüquqları kütləvi şəkildə pozulub, Bakıya London taksiləri gətirilib ki, digərlərinin fəaliyyətinə qadağa qoyulub və bu da minlərlə insanın işsiz qalması deməkdir.

Müxalifətin mitinq və küçə yürüşü keçirmədiyi bu aylarda narazı vətəndaşlar fəallaşaraq haqlarını tələb etməyə başlayıblar. Evləri sökülənlər, mülkiyyət hüquqları pozulanlar, işsiz qalan taksi sürücüləri haqlarını dövlət instansiyalarının qarşısında axtarmağa çalışırlar. Və bu prosesin musiqi yarışmasının keciriləcəyi may ayında qədər səngiyəcəyini söyləmək çətindir. Çünki, iqtidar Avropaya “modern” Bakını göstərməyə tələsdikcə, haqları pozulan vətəndaşların sayını da sürətlə artırır.

Bu arada, İctimai Palatanın yaxın aylarda mitinq keçirməyə qərar verməsi xəbəri də hakimiyyətin başağrısını artırmalıdır. Hakimiyyətin müxalifətin 2011-ci ilin aprel mitinqini dağıtmasından fərqli olaraq, musiqi yarışması öncəsində opponentlərini yenə polis dəyənəyi ilə həbsxanalara doldurması asan olmayacaq.

May ayındakı tədbirə tələsən hakimiyyət söküntü və quruculuq işləri ilə yanaşı, yaxın aylarda “etiraz dalğasının miqyasını necə azaltmaq olar” sualı ətrafında da düşünmək məcburiyyətində qalacaq, əks halda Bakıya gələn on minlərlə qonaq və media nümayəndəsi musiqi yarışması ilə bərabər Azərbaycandakı narazılığın təfərrütları ilə də maraqlanacaq, bu haqda mənfi rəy bildirəcəklər. Bu halla üzləşməmək üçün ilk növbədə may ayına qədər siyasi məhbus kateqoriyasına aid edilən insanlar azad edilməlidir.

Turan Analitik Xidməti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Dünən, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Dünən, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Dünən, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru