İmişlidə narazılıq var... - Müraciət...
Tarix: 5-10-2019, 16:35 | Çap et
İmişli rayon sakini, 81 yaşlı Mahmud Qasımov “Cümhuriyət” qəzetinə müraciət edərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən halal əməkhaqqını ala bilmədiyini deyib.
Şikayətçi 20 ildir ki, şikayətinin təmin olunmadığını, məhkəmə qərarlarının icra edilmədiyini bildirib. Mahmud Qasımovun sözlərinə görə, illərdir nə şikayətinə obyektiv baxılır, nə də məhkəmə süründürməçiliyindən qurtulur.
Qeyd edək ki, ötən il də Mahmud Qasımov qəzetimizə müraciət etmişdi. “Cümhuriyət” qəzetinə bununla bağlı təkrar müraciət edən Mahmud Qasımov problem həll olunmayana qədər şikayətindən əl çəkməyəcəyini deyib. Onun sözlərinə görə, bu günədək 30-a yaxın məhkəmə prosesi keçirilib, amma hüququnu bərpa edəcək addımlar atılmır.
Mahmud Qasımov deyib ki, o, 1978-ci ildən 1999-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İdarəsində, sonra isə Aqrar Sənayə Kombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində fasiləsiz olaraq çalışıb. Ona bəlli olmayan səbəblərdən işlədiyi iki il müddətində, yəni 1997-1999-cu illərdə aylıq əməkhaqqını ala bilməyib. Baxmayaraq ki, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hamısına aylıq əməkhaqqı verilib. Həmin illərdə rayonda mövcud olan traktor və kənd təsərrüfatı maşınlarına texniki baxış aparılıb. Mahmud Qasımov 1997 və 1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinə illik hesabat təqdim etsə də, bunların heç biri nəzərə alınmayıb və iki illik maaşı nazirlik tərəfindən mənimsənilib.
Şikayətçi deyir ki, bütün bunlara baxmayaraq, nazirliklə 1998-ci ildə müqavilə bağlayıb. Amma 1999-cu ildə idarənin fəaliyyətinə xitam verilib və elə problemlər də bundan sonra başlayıb. İmişli rayon Aqrar Sənayə Kombinatının baş direktorunun verdiyi əmrdən əlavə nazirliklə bağladığı müqaviləyə baxmayaraq, aralarında heç bir mübahisə, münaqişə yaranmayıb. İdarə ləğv olunan günədək gündəlik tabelə imza atıb. Məhz əməkhaqqı ala bilməməyinin baiskarı Kənd Təsərrüfatı Nazirliyi olduğuna görə, İmişli sakini Səbail rayon məhkəməsinə müraciət edib:
“Səbail Rayon Məhkəməsinin hakimi Ziya Əliyev 2000-ci ildə qərar qəbul etdi ki, əməkhaqqın 07.01.97-ci ildən 04. 08.98-ci ilə kimi Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Hakimin ədaləti olsaydı, məsələyə birtərəfli baxmazdı. Nə üçün məhz ayın 14-nə qədər? Çünki həmin vaxt nazirliklə müqavilə bağlamışdım. Nazirlik, İmişli rayon İcra Hakimiyyətinin başçısı və hakim öz aralarında elə bir vəziyyət yaratdılar ki, indiyədək süründürməçiliyə məruz qalmışam. Qanuni qüvvəyə minmiş 2000-ci il tarixli qərar hələ də icra edilmir. 2006-cı ildə mənə 1 illik əməkhaqqı ödənildi. Bundan narazı qalıb Bakı Şəhər Məhkəməsinə müraciət etdim. Azərbaycanlı hakimdən fərqli olaraq Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jedkova 2000-ci ilin 27 yanvarında qətnamə çıxartdı ki, mənim əməkhaqqım 02.01.97-ci ildən 11.01.99-cu ilə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Amma uzun müddət keçməsinə baxmayaraq ayrı-ayrı məmurların məsuliyyətsizliyi ucbatından bu qərar da icrasız qaldı”.
Mahmud Qasımov bildirib ki, Nazirlik ona 562 manat ödəsə də, qalan məbləği ödəməkdən yayınır:
“Bunlar mənə yalnız 562 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov mənə və hakimlərə rəsmi məktub göndərdi ki, nazirliyin vətəndaşa borcu yoxdur. Bunlar öz aləmlərində siyasət işlədiblər. Dəfələrlə 562 manatın hansı ilə aid olduğu ilə maraqlansam da, buna cavab verilməyib. Vəzifədə oturublar, amma hesablamanı düzgün apara bilmirlər. Nazirliyin mənə 655 manat borcu qaldığı halda, bildirir ki, vətəndaşa borcları yoxdur. Hakim, icra məmuru, icra başçısı və nazirlik mütəmadi olaraq hüququmu kobud şəkildə pozmaqla məşğuldur. Dünyanın heç bir yerində icra məmuru özbaşına işə xitam verə bilməz. İcra məmurunun vəzifəsi ancaq məhkəmə qətnaməsini icra etməkdən ibarətdir. Özbaşına o icranı tam yerinə yetirməmiş, o adam icraata xitam verə bilməz”.
Şikayətçi söhbətin icra məmuru Toğrul Baxşəliyevdən getdiyini deyib:
“O, Səbail Rayon Məhkəməsinin hakimindən xahiş edib ki, bu işə xitam verilsin. Hakim də onun xahişini rədd edib və icra haqqında qanuna müvafiq olaraq göstərdi ki, icraata o vaxt xitam verilir ki, məsələ tam həllini tapsın. Lakin bununla barışmayan Toğrul Baxşəliyev özbaşınalıq edərək qanunu kobud şəkildə pozdu və məhkəmə qərarına məhəl qoymayaraq, öz yanından sərbəst qərar çıxarıb işə xitam verilməsini təmin etdi. Bundan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əsədov 2016-cı ilin 25 noyabrında işi ləğv etdi. Prezident dəfələrlə vurğulayıb ki, bütün məmurlar xalqın, vətəndaşların xidmətindədir. Dəfələrlə dövlət məmurlarına müraciət etmişəm. Hesab etmişəm ki, hüquq-mühafizə orqanları ümumi nəticəyə gəlib mənim halal əməkhaqqımın ödənilməsinə lazımi köməkliyi göstərəcəklər. Çox təəssüflər olsun ki, onlar yaşlı bir insanı məhkəmələrdə çarəsiz qoyublar”.
Mahmud Qasımovun tələbi birdəfəlik bu məsələnin həllidir:
“Anlamıram hüquq-mühafizə orqanlarının, məhkəmələrin, icra məmurlarının işi vətəndaşın hüququnu qorumaq və təmin etmək deyimi? Mən dövlətə qarşı xəyanət etməmişəm, niyə haqqım tapdanır? Əgər günahkaramsa, məhkum olunum, yox, günahkar onlardırsa, cavab versinlər. Mən haqqımı almayınca, əl çəkən deyiləm. Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi olaraq belə, məmurlar haqqında ciddi cəza tədbirlərinin görülməsini tələb edirəm”. “Cümhuriyət”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
|