Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                 

Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ
Tarix: 13-06-2019, 11:36 | Çap et
Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR...
Azərbaycan səhiyyəsində həkim səhlənkarlığı daha bir ananın ölümünə səbəb oldu. Neçə illərdir ki, KİV nümayəndələri Tovuz səhiyyəsinindəki “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadırlar. Buna baxmayaraq, bu gün də rayonun səhiyyə müəssisələrində yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisələrinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan sakinlərin narazılıqları “pik nöqtə”yə çatıb və sanki sakinlər arasında Tovuz səhiyyəsinə qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, Deryaz.az-ın əldə etdiyi məlumatlara görə rayonun səhiyyə müəssisələrində baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı rəhbər vəzifə sahiblərindən bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük! Adicə bir faktı qeyd edək ki, ötən il ilan vurması səbəbindən zəhərlənən şəxsin problemini aradan qaldırmaq üçün MRX-da zərdabın tapılmaması və belə bir səbəb üzündən də, həmin şəxsin ilk əvvəl Gəncə şəhərinə, az sonra Bakı şəhərinə gətirilməsi onu söyləməyə əsas verir ki, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsi “bataqlıq içindədir”.
Bu ilin iyun ayının 7-də baş verən növbəti faciəli olay da onu göstərir ki, artıq Tovuz səhiyyəsi idarəolunmaz vəziyyətə gəlib çatıb. Belə ki, bölgə müxbirimizin redaksiyamıza çatdırdığı məlumatda qeyd olunur ki, 7 iyin 2019-cu il tarixdə, saat təqribən 7-8 radələrində, rayonun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir. Ölümlə nəticələnən bu faciəli hadisə diqqətimizi cəlb etdiyindən, mərhumənin yaxınları ilə əlaqə saxlamağı, faciənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün, Aytac Tağıyevanın yaxınları ilə əlaqə saxladıq. İlk suallarımızı cavablandıran Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, mərhumənin qaynənəsi Məmmədova Məlahət Abbasəli qızı oldu. Adı çəkilən xanım ünvanladığımız suallara cavabında bildirdi ki, “Aytacı hamiləliyinin ilk günlərindən Tovuz MRX-ı, doğum şöbəsinin baş həkimi, ixtisasca mama-ginekoloq olan Xatirə Quliyevanın yanına aparırdıq. Yəni, o, Aytacı 15 gündənbir aparatdan keçirirdi və bu yöndə atdığı addımına görə, hər dəfə bizdən 20 manat pul alırdı. Sonuncu dəfə 31 mayda onun yanında olduq və Xatirə Quliyeva əvvəllər aparatdan keçirdiyi kağızlara, verdiyimiz analizlərin cavablarına baxıb “aparat doğuşun 23 iyunda olacağını göstərir, buna baxmayaraq 10 iyunda bir daha gəlin, təkrar baxacağam” dedi. 6 iyunda, təqribən axşam saat 18-19 radələrində Aytacın səhhətində müəyyən problem əmələ gəldiyindən, onu təcili Xatirə Quliyevanın yanına çatdırdıq. O, teztələsik Aytacı palataya yerləşdirdi və bizi 12 saat gözlətdikdən sonra “indi təbii doğuş olacaq, dilinin alt hissəsinə bir tabletka qoymuşam” dedi. Biz bir saat gözlədik, vaxt keçdi, amma heç bir xəbər çıxmadı. Az sonra o, “bir saat da gözləyin, hər şey yaxşı olacaq” dedi. Yenə bir xəbər çıxmad. Bir qədər vaxt keçdikdən sonra şöbə üdiri bizə “bəlkə cərrahiyyə yolu ilə uşağı götürək” dedi və tez zəng edib cərrah çağırdı. O halda biz əvvəllər tanıdığımız Cəlal həkimin, yaxud da Xanoğlan həkimin cərrahiyyə əməliyyatını həyata keçirmələrini ondan xahiş etsək də, Xatirə Quliyeva bizimlə razı olmadı. “Elə Çingiz həkim burdadır” deyib, Aytacı doğum şöbəsinin 3-cü mərtəbəsinə qaldırdılar. Onu da bildirim ki, bizdən belə bir haqq-hesablara görə, üstüstə 1200 manat pul aldılar. Cərrahiyyə əməliyyatından sonra Aytac dedi “mənim qarın hissəmdə bərk ağrılar baş verir”. Saat 11-də əməliyyat olunan Aytac, həmin günün axşam saatlarınadək bərk ağrıdı. Belə olan halda zəng edib cərrah çağırdıq. Düzdür, cərrah zəngimiz əsasında gəlib çıxdı və xəstəyə 10 ədəd sistem qoşdular. Həmin vaxtlarda mən də palatada idim və gecə saatlarında aparatla Aytacın təzyiqini ölçdüm. O halda gördüm ki, onun təzyiqi 60-a düşüb. Gecə saatları olduğundan hər kəs yatmışdı, yalnız bir tibb bacısı və bir də “narkoz” həkimi Şahin adlı şəxs şöbədə idi. Biz ikinci gecə idi ki, orada idik və cərrah da arabir gəlib gedirdi. Elə ki, gördüm sistem Aytacın bədəninə keçmir, o halda məcbur olub cərrahı çağırdım. Hətta, xəstənin tempraturunun qalxıb düşdüyünü də hiss etdim. Belə olan halda 7 iyunda səhər saat 6 radələrində Aytacı təkrar cərrahiyyə otağına qaldırdılar. Sən demə həmin gün səhər saat 7-8 radələrində Aytac dünyasını dəyişir və onlar baş verən faciəni bir neçə saat bizdən gizlətməyə məcbur olurlar. Onlar saat 11 radələrində bizə “xəstə dünyasını dəyişib” deyə bəd xəbəri çatdırdılar. Bütün bunlara səbəb, yalnız və yalnız həkim səhlənkarlığı səbəb oldu. Oğlum Məmmədov Fərid Fəzail oğlu 2016-cı ilin aprelində keçirilən “Lələtəpə” döyüşlərində yaxından iştirak edən şəxs olub və hal-hazırda onun bədəninin müxtəlif yerlərində neçə-neçə qəlpə yaraları var. Mən bu gün Mehriban xanım Əliyevadan, Qənirə xanımdan köməklik istəyirəm. Gəlinim Aytac Tağıyeva həkim səhlənkarlığının qurbanı oldu. Istəyirəm ki, heç olmazsa bu işdə günahı olan hər kəs lazımi cəzasını alsın. Ölüm faciəsi baş verdi, baş həkim Paşa Muradov və onun müavinləri bu işlə bağlı heç maraqlanmadılar və özlərini heç bir hadisə baş verməmiş kimi apardılar. Elə ki, kəskin iradımızı bildirdik, o halda onlar mənə “yaxşı həkim deyildisə, niyə gəlininizi onun yanına aparmışdınız” deyə cavab verdilər. Ümumiyyətlə, Tovuz MRX-nın doğum şöbəsində indiyə kimi neçə-neçə ölüm hadisələri baş verib, hər dəfə Paşa Muradov başda olmaqla, ölüm faktlarına cavabdehlik daşıyanlar faktları gizlətməyə çalışıblar. İndi Xatirə Quliyeva bizə hədə-qorxu gəlir, biz onu heç cür başa düşə bilmirik. Ölüm hadisəsinə səbəb olan odur, bu gün isə o, qabaqdan gəlmişlik edir. Yayılan söz-söhbətə görə dünən də ana və uşaq ölümü ilə nəticələnən növbəti hadisə baş verib”.
Deryaz.az-ın əldə etdiyi belə bir məlumatlar onu sübut edir ki, hal-hazırda Tovuz səhiyyəsi, ələlxüsus MRX-nın doğum şöbəsi insan həyatına “qənim kəsilən” bir ünvana çevrildiyindən, həmçinin rəhbərlik tərəfindən yarıtmaz idarəçilik həyata keçirildiyindən, sanki insan ölümü adi məişət məsələlərindən birinə çevrilib. Bəli, bu gün rayonun səhiyyə müəssisələrində çalışanları insanların taleyi deyil, daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Çünki bir anlığa diqqət yetirək ki, Tovuz rayonunun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir, rəhbərlikdən bir kimsə bu işlə maraqlanmır. Yaxud da, mərhumənin yaxınlarından üzrxahlıq edib, bu işdə günahı olan hər kəsin cəzalandırılacağına vəd də vermirlər. Deməli, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsinin öz qanunları, öz maraq dairələri olduğundan, bu gün belə bir olaylar yaşanmaqdadır. Düşünürük ki, məqalənin dərcindən sonra, “Lələtəpə” döyüşlərində yaxından iştirak edən və həyat yoldaşı Aytac Tağıyevanı erkən yaşlarında itirməsi səbəbindən, həyatın ağır sınağı ilə üz-üzə qalan Fərid Məmmədovun haqq səsinə “səs veriləcək” və günahkarlar qanun qarşısında da cəzalandırılacaqlar.

Bu və ya digər məsələlərlə bağlı Tovuz RMX-nın baş həkimi Paşa Muradovdan mövqe öyrənmək istəsək də, təəssüf hissi ilə qeyd edək ki, o, etdiyimiz telefon zənglərimizin heç birinə cavab vermədi. Baş həkimin müalicə məsələləri üzrə müavini Mahirə xanımın mövqeyinə gəldikdə isə o, “Bəli, ölüm hadisəsi baş verib və hal-hazırda hadisə ilə bağlı lazımi araşdırmalar aparılır. Odur ki, bir qədər gözləyək” deyə cavab verdi. Amma, sakinlər onu iddia edirlər ki, hər gün günorta saatlarından sonra xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilir. Baş həkim isə, ən “prestijnı” ünvanlarda yeyib-içməkdə olur. P.S. Hörmətli oxucuar! Bu yöndə araşdırmamızı davam etdirib, bəzi gizlinləri üzə çıxarmaqla, çox yaxın günlərdə hər kəsi daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru