Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib... - Daha kimlər yola salınır?
Tarix: 27-09-2016, 10:02 |
Çap et
DİA.AZ: - Referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının tutduqları vəzifələrindən azad olunacaqları haqda informasiyalar hələ xeyli əvvəlindən KİV-lərdə dolaşmaqda idi. Bu barədə artıq DİA.AZ-a ilk xəbər daxil olub.
Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda deyilir ki, 2 rayonun icra başçısına "hazırlaşın" xəbərdarlığı deilib.
Mənbənin dia-az.life-a söylədikləri: "Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq".
Mənbə onu da bildirib ki, proses tədricən xarakter daşıyacaq və icra başçıları ilə bağlı islahatlar ilin sonuna kimi davam edəcək.