Əsas Səhifə > Ölkə, Manşet > Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...

Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...


27-09-2016, 10:02
Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...
DİA.AZ: - Referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının tutduqları vəzifələrindən azad olunacaqları haqda informasiyalar hələ xeyli əvvəlindən KİV-lərdə dolaşmaqda idi. Bu barədə artıq DİA.AZ-a ilk xəbər daxil olub.

Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda deyilir ki, 2 rayonun icra başçısına "hazırlaşın" xəbərdarlığı deilib.

Mənbənin dia.az-a söylədikləri: "Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq".

Mənbə onu da bildirib ki, proses tədricən xarakter daşıyacaq və icra başçıları ilə bağlı islahatlar ilin sonuna kimi davam edəcək.

Geri qayıt