ANASINI DÖYDÜYÜNƏ GÖRƏ ATASINI QANINA QƏLTAN ETDİ
Tarix: 28-09-2013, 11:02 |
Çap et
Sentyabrın 27-də Astara rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı yeni məlumat yayılıb. Lent.az-ın rayon prokurorluğundan əldə etdiyi məlumata görə, Maşxan kənd sakini 1966-cı il təvəllüdlü Mahir Əhmədovu arvadı deyil oğlu qətlə yetirib. Belə ki, axşam saatlarında M.Əhmədov evdə həyat yoldaşı ilə dalaşıb və arvadını döyüb. Buna dözməyən oğlu İlkin isə mətbəx bıçağını götürərək atasına hücum edib. İlkin Əhmədov bıçaqla atasına bir neçə zərbə endirib. M.Əhmədov xəstəxanada keçinib.
Faktla əlaqədar cinayət işi açılıb. İ.Əhmədov tutulub.