Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                 

HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
Tarix: 20-09-2013, 10:56 | Çap et
HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
PREZİDENTİN XƏBƏRDARLIĞI SEÇKİDƏN SONRA ÖZÜNÜ NƏZƏRƏ ÇARPDIRACAQ

DİA.AZ: - Bu gün Azərbaycanda oliqarx-məmurlar problemi cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biri olmasına rəğmən, həm də getdikcə adiləşən və artıq insanların iradəsinə zidd olsa belə normal qəbul edilən hala çevrilməkdədir. Buna səbəb isə addımbaşı rast gəldiyimiz məmur özbaşınalıqlarının qarşısının alınmasının mümkünsüzlüyüdür. Digər tərəfdən də mövcud şəraitdə “məmur özbaşınalıqları” ifadəsini təkcə vəzifəli şəxslərin bilavasitə özləri tərəfindən törədilən qanunsuz əməllərə şamil etmək düzgün deyil.

Hamıya məlumdur ki, bu şəxslərin yaxın qohumları, onların himayəsində olanlar bəzən həmin məmurun özündən belə daha artıq ambisiyalarını ortaya qoymaqla daha ciddi hüquq və qanun pozuntularına yol verirlər. Onlar özlərini daha imtiyazlı hiss etdiklərindən, hətta aşağıda hesab etdikləri vətəndaşları əzməkdən belə çəkinmirlər. Bunun adına isə qudurğanlıq, harınlıq deyilir. Ki, bu problemə prezident İlham Əliyev də dəfələrlə toxunub. Elə son Bərdə səfəri zamanı da bu barədə danışan dövlət başçısı yenidən mövqeyini “cəzalandırılacaqlar” xəbərdarlığı ilə təkrarlamış oldu.

Keçən günlərdə DİA.AZ olaraq ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun biznes imperiyasını idarə etməkdə ona kömək edən bəzi qohumlarının yol verdikləri müxtəlif qanun pozuntularından bəhs edən ilginc faktları diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi Y.Camalov “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Bundan başqa nazirin malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir.

Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğunu bildirirlər.

Təbii ki, bu qədər sərvətin qarşısında özünə, davranışına nəzarəti qoruyub saxlamaq hər adama nəsib olmur. Elə ötən yazılarda da biz Y.Camalovun qardaşı oğlu Samir Camalovun misalında bu mülahizəni kifayət qədər araşdırmışıq. Lakin bu yaxınlarda ölkə mətbuatı üçün yeni müzakirə mövzusuna çevrilmiş digər bir olay Camalovların başqa, fərqli bir simasını da ictimaiyyətə təqdim etmiş oldu. Bu dəfə isə söhbət Yavər Camalovun qardaşı Əlikram Camalovdan gedir. Bu xüsusda mətbuatda yayımlanan məlumatlarda bildirilir ki, hələ 2010-cu ildə Ə.Camalov “Dəmirbank”dan 3 milyon 950 min manat məbləğində kredit götürüb. Bunun müqabilində isə nə əsas borc nə də həmin məbləğə hesablanmış 386 min manat məbləğində faiz borcu banka ödənilməyib. Bu səbəbdən də artıq sentyabrın 24-də Əlikram Camalov məhkəmə qarşısına çıxa bilər.

Qeyd edək ki, məlumatlarda Ə.Camalovun “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və direktoru olması, həmçinin “Dəmirbank”dan aldığı krediti də məhz bu müəssisəyə rəsmiləşdirdiyi bildirilir. Lakin təəssüflər olsun ki, biz hamımız milyonlarla vəsaitin bir məmurun əlində necə sürətli və müəmmalı şəkildə “yoxa çıxmasının” dəfələrlə şahidi olmuşuq. Yaxınlarının tutduğu yüksək vəzifə, günbəgün sürətlə artan var-dövlət və digər bu kimi məqamlar belə insanlarda özlərinin cəzasızlıq və toxunulmazlıqlarına dərin inam yaradır. Sirr deyil ki, bəzi oliqarx məmurların şəxsi sərvətləri hətta elə bir həddə gəlib çatır ki, onlar özlərini artıq dövlət daxilində ikinci bir dövlətdə hiss edirlər. Bu isə istənilən halda gec-tez acı nəticələrə gətirib çıxaran bir haldır...

Elə YAP-ın icra katibi Əli Əhmədovun də harınlamış məmurlara qarşı tədbirlərin görüləcəyi barədə fikirlər yürütməsi çox ciddi siqnal kimi qəbul edilməlidir. Əslində bu kateqoriyada icra başçısından tutmuş, nazir postuna qədər hər kəsə ciddi siqnal ötürülmüş olsa da, kimlərsə bunu ciddiyə almamaqdadır. Amma DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə bir təəssürat yaranır ki, nahaq yerə…

Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərindən dərhal sonra çox ciddi mənsəb sahibləri də daxil olmaqla təxminən 20-yə yaxın məmurun sərt formada cəzalandırılması gözlənilir: «Onların siyahıları tutulub və əksəriyyəti barədə çox ciddi faktlar da toplanılaraq birbaşa olaraq dövlət başçısına təqdim edilib. Kimdir onlar? Bu bardə təxminlər yürütmək asandır. Amma zamana ehtiyac var və seçkilərdən sonra onlarla bağlı sərt tədbirlərə ictimaiyyət şahidlik edəcək».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru