Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                 

Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir? - VİDEOLAR
Tarix: 22-12-2016, 09:05 | Çap et
Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?
Bu gün ölkə mətbuatında DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun 65 yaşının tamam olmasıyla bağlı təqaüdə göndəriləcəyi haqda məlumat yayılıb. LEGİON bu və digər məlumatları şərh etmir, lakin “Qaynarinfo”-da dərc olunan bu məlumatla yanaşı, R.Zeynalovun qardaşı oğlu Qoşqar Zeynalovla bağlı dərc etdiyimiz araşdırmanı oxuculara bir daha xatırlatmaq istərdik. Belə ki, dekabrın 20-də Legion.az saytında “Ramiz Zeynalovun polis qardaşıoğlu sələmçiliklə də məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, LEGİON-a müraciət edən İsmayıl Hüseynov adlı vətəndaş oğlu Rahib Hüseynovun əsassız olaraq həbs olunmasından şikayətlənib. O, R.Hüseynovun noyabrın 4-də Qoşqar Tofiq oğlu Zeynalovun DİN-ə şikayəti əsasında tutulduğunu bildirib. İsmayıl Hüseynov onu da qeyd etdi ki, Qoşqar Zeynalov Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu, Respubika Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğludur.
İ.Hüseynovun sözlərinə görə, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları”nda şöbə müdiri çalışan Rahib Hüseynovun barəsində DİN Baş MCMİ-də iş açılmış, daha sonra isə işə xitam verilmişdi. “O vaxt müəyyən olundu ki, bu, mülki məsələdir. Qoşqar Zeynalov özü də ifadəsində bildirmişdi ki, Rahib Hüseynova qarşı heç bir iddiası yoxdur. Sonradan oğlum borclu olduğu hər kəsə pullarını qaytardı. Rahibin Qoşqara cəmi 728 min dollar borcu qalıb və bu, onun kitabçasında da qeyd olunub. Lakin Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, guya oğluma 7 milyon dollar borc verib və hazırda Rahib ona 3 milyon 900 min ABŞ dolları qaytarmalıdır”, - deyə İ.Hüseynov bildirib. R.Hüseynovun vəkili Sevil Hacıyeva isə LEGİON-a açıqlamasında qmaraqlı məqamlara – nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun Qoşqar Zeynalov və Rahib Hüseynovla olan qohumluq və “işgüzar” münasibətlərinə toxunub: “Məsələ ondadır ki, istintaqa Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, - deyə S.Hacıyeva qeyd edib. S.Hacıyeva əlavə edib ki, Qoşqar Zeynalov Baş DYPİ-də şöbə müdiridir: “Heç kim bu suala cavab vermək istəmir ki, necə olur, hüquq mühafizə orqanlarında çalışan 30 yaşlarında gənc bir şəxs başqalarına 7 milyon dollar sələmə pul verir? Bunu mən özümdən demirəm... Qoşqar Zeynalov özünün DİN-də verdiyi ifadəsində bildirib ki, Rahib Hüseynova 10 faizlə 7 milyon dollar pul verib”. Qeyd edək ki, özünü Qoşqar Zeynalovun köməkçisi Ruhin kimi təqdim edən şəxs LEGİON-a zəng edərək (Q.Zeynalovun mobil telefon nömrəsindən – red.), bildirib ki, həqiqətən də Qoşqar Zeynalov Rahib Hüseynova 7 milyon dollar borc verib və pul geri qaytarılmayıb. DİN-in İstintaq və Təhqiqatlar İdarəsinin müstəntiqi Teymur Ağamirov da məhz Qoşqar Zeynalovun şikayəti əsasında cinayət işti açıldığını təsdiqləyib: “Hazırda istintaq gedir. Mən sizə iş materialları barədə məlumat verə bilmərəm”. Oğlunun qazanc mənbəyi barədə şübhəli məqamlara aydınlıq gətirməsi üçün, Tovuz RİH başçısı Tofiq Zeynalovun da fikrini öyrənməyə çalışdıq. Lakin Tovuz RİH başçının köməkçisi Fuad Zeynalov bizim sualımıza sualla cavab verib: “Siz kimsiniz ki, Tofiq Zeynalovdan müsahibə almaq istəyirsiniz?”. Biz kim olduğumuzu yaxşı bildiyimizə görə, araşdırmanı davam etdirmək qərarına gəldik və dekabrın 21-də həm nəqliyyat nazirinin müavini Arif Əsgərovun, həm də onun oğlu Elnar Əsgərovun mobil nömrələrini əldə etdik. A.Əsgərovun mobil nömrəsinə zəng etdiyimizdə, “Bəli, eşidirəm, kimdir?” deyə soruşan həmsöhbətimizə LEGİON-dan narahat etdiyimizi bildirdik, əvəzində isə “qısa və konkret” bir cavab aldıq. “Arif müəllim yoxdur. Bir azdan olajax... Sonra zəng edərsiniz”, - deyən “Arif müəllim olmayan şəxs” dəstəyi asdı. Sonradan dəfələrlə Arif Əsgərovun mobil nömrəsinə zəng etdik, hətta SMS yazaraq, Rahib Hüseynovun vəkili Sevil Hacıyeva tərəfindən Elnar Əsgərovun adının da hallandırılmasına münasibət bildirməyini xahiş etdik... Lakin hörmətli nazir müavini “naməlum səbəblərdən” şübhəli məqamlara aydınlıq gətirmək istəmədi. Həmçinin, Elnar Arif oğlu Əsgərovla da əlaqə saxladıq. Xoşbəxtlikdən, Elnar Əsgərov özünün Elnar Əsgərov olduğunu danmadı. “Sizə bir məsələyə bağlı sual vermək istəyirik”, - deyə söhbətə giriş aldıq. “Bəli, buyurun, - deyə E.Əsgərov cavab verdi. “Sizin hazırda həbsdə olan qohumuzun Rahib Hüseynovun vəkili Sevil Hacıyeva bizə açıqlamasında sizin də adınızı hallandırıb və bildirib ki, siz də istintaqa cəlb olunmalısınız”, - deyə qeyd etdik. “Mən buna münasibət bildirmək istəmirəm”, - deyə Elnar Əsgərov cavab verdi. “Siz haqqınızda yayılan iddialara aydınlıq gətirmək istəmirsiniz?”, - deyə soruşduq. “Bəli, mən bu mövzuda heç nə bildirmək istəmirəm. Xahiş edirəm, məni daha narahat etməyin”, - deyə Elnar Əsgərov dəstəyi asdı. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nda 2013-cü ildə yaşanmış 48 milyon manatlıq qalmaqal ilə bağlı ovaxtkı marketinq şöbəsinin müdiri Rahib Hüseynovla bərabər, onun qardaşı Emin Hüseynov da yenidən Qoşqar Zeynalov və başqalarının şikayəti əsasında saxlanılıb. Lakin “Azərbaycan Dəmir Yolları” QSC-nin ovaxtkı sədri Arif Əsgərov və həmin qalmaqalda birbaşa adı hallanan “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərov hələ də hüquq mühafizə orqanları tərəfindən dindirilməyiblər. Əlbəttə, oxucularda da sual yarana bilər: Görəsən, Arif Əsgərov öz oğlu naminə bacanağının övladlarını qurban verir? Yoxsa, əslində məsələ başqa cürdür və sadəcə, ictimaiyyətə dolğun açıqlama vermək lazımdır? Ümid edirik ki, istər qaranlıq məqamlar silsiləsi, istərsə də üç ildir bəzi məmurları izləyən 48 milyonluq qalmaqalın kabusu tezliklə sona yetəcək... Araşdırmamız davam edir.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru