Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                     DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı .....                     “Azər-Türk Bank” yenə də narazılıq yaradır... .....                     `Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                 

Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 08:20 | Çap et
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir?
44 günlük Vətən müharibəsində məğlubiyyəti ilə barışmayan Ermənistan informasiya müharibəsində qazanmağa çalışır. Müharibə bitər-bitməz Azərbaycan, Qarabağla bağlı ən müxtəlif şəkildə uydurma filmləri ilə dünyanı çaşdırmağa çalışan ermənilər bu dəfə Qarabağdan olan erməni uşaqla bağlı təxribatla dolu “Mənim şirin ölkəm” sənədli film hazırlayıblar.

Belə ki, 97-ci Oskara təqdim edilmək üçün erməni rejissor Sareen Hairabedianın filmi seçilib.

Sənədli film 11 yaşlı Vrejdən (“Vrej” ermənicədən tərcümədə “qisas” anlamındadır. Yəni uşağın adı Qisasdır) bəhs edir. Filmdə hadisələr təbii ki, təhrif olunur, Azərbaycanın “müstəqil artsax dövlətinə hücum etdiyi”, “erməniləri silah gücünə oradan çıxardığı” iddia edilir.

Film Nyu-Yorkda yaşayan erməni əsilli rejissor Hairabedianın debüt filmidir. “Mənim şirin ölkəm” filminin premyerası bu ilin əvvəlində Sheffield DocFestdə keçirilib, daha sonra iyul ayında Amman Beynəlxalq Film Festivalı da daxil olmaqla, bir neçə festivalda nümayiş etdirilib. Burada ən yaxşı sənədli film Münsiflər Heyəti Mükafatını və ən yaxşı bədii ərəb sənədli filmi üçün FIPRESCI mükafatını alıb.

Qeyd etdiyimiz kimi, Ermənistan bu kimi xeyli sayda “film” ərsəyə gətirib. Onlardan biri “Si le vent tombe” (“Əgər külək əsərsə”) adlanır. Xatırladaq ki, Qarabağ hadisələrinin təhrif olunduğu bu “film”in hazırlanmasına 12 milyon dollar xərclənib və Ermənistan, Belçika və Fransanın ortaq istehsalıdır. Rejissoru isə erməni əsilli Nora Martirosyan Fransa vətəndaşıdır. “Film” 73-cü “Kann film festivalı”na təqdim olunub və “ən yaxşı” 56 “film”dən biri olub.

Ermənilərin uydurma Qarabağ hadisələri ilə bağlı çəkdikləri daha bir film “45 Gün: millət uğrunda mübarizə” adlı sənədli filmdir. 2021-ci ildə ərsəyə gələn film Oskar mükafatına namizəd seçilmişdi. Filmin rejissoru britaniyalı Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessendir.

Ötən il uydurma “Qarabağ blokadası” haqda “film” ərsəyə gəlmişdi. Uydurma filmdə Ermənistanın bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın “Ağdam-Xankəndi” marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək “blokada” barədə yalanları əks olunub.

“Film” tamamilə yalan səhnələrdən ibarətdir. Filmin müəllifi yalanlarla yanaşı, Azərbaycan Silahlı Qüvvələrində xidmət göstərən yüksək rütbəli hərbçilərə də qara yaxmaqdan çəkinməyib. Onlar Laçın dəhlizinin “blokada”sında “mühüm rol oynamaqda” günahlandırılıb. Həmçinin Azərbaycanın aqressor kimi göstərilməsi, guya Qarabağda yaşayan ermənilərə zülm edildiyi göstərilib.

İki il əvvəl isə ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görüldü. Rejissor Roman Muşeqyan tərəfindən çəkilən “Bahar... ” 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. “Film”də ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərib.

Azərbaycana gəldikdə, nədənsə, bu məsələdə ölkəmiz bir qədər geridə qalır. Ermənilərin bu uydurmalarına cavab filmlərimiz o qədər də gözə dəymir. Yalnız ötən ay İtaliyada keçirilən 81-ci Venesiya Film Festivalında İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin çəkdiyi 52 dəqiqəlik “Tənha insanın monoloqu” adlı film nümayiş olunub. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.

İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.

Bununla belə, filmin festivalda əsas müsabiqədə, horizontlar, qısametrajlı filmlər müsabiqəsndə, müsabiqədənkənar baxışda, Venesiya klassikası, Sconfini və yaxud digər hansı proqramda təqdim olunması haqda ətraflı məlumat yoxdur.

Ümidverici xəbər isə ondan ibarətdir ki, zəfərimizin 5-ci ildönümü münasibətilə Bakı Media Mərkəzi rejissoru və prodüseri Orman Əliyevə, ssenari müəllifi İsmayıl İmana məxsus “Borc” filmini istehsal edəcək. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində qələbəyə həsr edilir.

Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...

Məlumata görə, “Borc” filmi zəfərimizin 5 illiyi ilə bağlı böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur.

Yazını hazırladı: Xalidə GƏRAY
Musavat.Com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru