"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                 

Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Tarix: Bu gün, 17:46 | Çap et
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki...
Qərbi Azərbaycana qayıdış xalqımızın mənəvi və tarixi haqqıdır. Tarixən bu bölgədə azərbaycanlılar geniş şəkildə məskunlaşıb, öz mədəniyyətlərini, ənənələrini qoruyub saxlayıblar. Əfsuslar olsun ki, tarixin müəyyən dövrlərində erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz yaralara səbəb olub. 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisindən hissə-hissə və planlı şəkildə soydaşlarımız öz tarixi torpaqlarından deportasiya olunub, tarixi-memarlıq incilərimiz erməni vandalizminin qurbanına çevrilib.

Uzun illər bu cinayət əməlləri sistemli hal alıb. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses bir neçə mərhələdə həyata keçirilib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-21-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSRİ-nin 1987-91-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları saxta erməni toponim adları ilə dəyişdirilib. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Məsələn, İrəvanda Göy məscid var. Azərbaycanlılara məxsus olan bu islam dini məbədi 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvandakı məscidlərin arasında ən böyüyüdür. Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdiyi 8 məscid olub. XX yüzildə ermənilər bu məscidi iki dəfə 1918 və 1955-ci illərdə yandırıblar. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas alıb. 1991-ci ildə müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatıb.
Ona görə də Qərbi Azərbaycana qayıdış dövlət siyasətində mühüm yer tutur. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Məhz ölkə başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Dövlət başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı. Ölkə rəhbəri mütəmadi olaraq Qərbi Azərbaycanlıların qayıdış məsələsini gündəmə gətirir, soydaşlarımızın mütləq öz yurdlarına geri dönəcəklərini əminliklə bəyan edir. Prezident Bakıda böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında da Qərbi Azərbaycanlıların qayıdışından danışdı. Dövlət başçısı vurğuladı ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalıb: "1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük". Prezident diqqətə çatdırdı ki, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: "Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Azərbaycan xalqı tarixi ədalətin bərpasını və Qərbi Azərbaycana dinc qayıdışı tələb edir. Bu, təkcə ərazi məsələsi deyil, həm də mədəniyyətimizin, tariximizin və ənənələrimizin yenidən dirçəlişidir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdirilib. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Beynəlxalq hüquqdan kənar burada heç bir əsaslandırma yoxdur. Ermənilər Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını milli təhlükəsizliklərinə "təhdid" kimi gördükləri üçün ona müxtəlif formada don geyindirərək "ərazi iddiası" kimi qəbul edirlər. Halbuki, dünyanın heç bir yerində qeyri-hökumət təşkilatı başqa bir ölkəyə ərazi iddiası ilə çıxış edə bilməz. Azərbaycanın Ermənistana "ərazi iddiası" olduğunu deyirlər. Bu da həm siyasi nöqteyi nəzərdən, həm də hüquqi baxımdan Qərbi Azərbaycan İcmasının və rəsmi Bakının mövqeyinin siyasi baxımdan şantaj edilməsidir. İrəvan hökuməti 1987-1991-ci ilədək Ermənistan vətəndaşı olmuş, orada mal-mülkə, digər hüquqlara sahib olan azərbaycanlıların və yeni nəsillərin geri qayıtmasını qəbul etməzsə, Qərbi Azərbaycan İcması yeni təşkilatlanma haqqında düşünə bilər. Bununla bağlı İcmanın bəyanatı var. Yeni forma İcma statusundan daha ciddi təşkilatlanmaya, institutlaşmaya doğru gedə bilər. İrəvan bunu istəmirsə, yaxşı olar ki, Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını normal beynəlxalq hüquqi prosedur kimi görsün və bununla bağlı müvafiq qərarlar qəbul etsin.
Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsi fonunda yeni reallıq yaranıb. Bu reallıq tarixən azərbaycanlıların yaşamış olduğu ərazilərdə xalqımızın yenidən yaşamaq hüququnu gündəmə gətirib. Bu mənada Qərbi Azərbaycan yəni, indiki Ermənistan ərazisində mövcud olmuş tarixi Azərbaycan torpaqları, toponimləri, milli dəyərlərinə sahib çıxmağın, o ərazilərə qayıdaraq yenidən öz köklərimiz üzərində inkişafa nail olmağın zamanı çatıb. Vaxtilə o ərazilərdə yaşamış və sonradan zorla deportasiya edilmiş vətəndaşlarımız indi öz yurd-yuvalarına qayıtmaq istəyir. Əslində bu onların fundamental haqqıdır. Beynəlxalq hüquq da buna təminat verir. Çünki hər bir insan aid olduğu yerə, torpağa, orada yaşamaq, fəaliyyət göstərmək hüququna malikdir. Bu mənada Qərbi Azərbaycandan zorla deportasiya edilmiş sakinlərimiz, onların övladları, nəvə və nəticələri bu gün öz ata-babalarının yurdlarında yaşamaq niyyətindədir. Vətən müharibəsindən sonra Qərbi Azərbaycandan olan insanların da öz torpaqlarına geri dönmək ümidləri çoxalıb. Güclü Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımız Qərbi Azərbaycana qayıtmaq niyyətlərinin reallaşacağı günün heç də uzaqda olmadığına əmindirlər. Qərbi Azərbaycan İcmasının mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün önəmlidir. Bu həm Qərbi Azərbaycandan olan insanlar həmçinin bütövlükdə xalqımız üçün vacibdir. Sözsüz ki, bu uğurlu iş bundan sonra daha məqsədyönlü şəkildə aparılacaq. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirir. Bu mənada İcmanın gördüyü işi Azərbaycan reallıqlarını, tarixi faktları dünya ictimaiyyətinə, təmsil oldunduğumuz təşkilatlara çatdırmaq üçün da səmərəli fəaliyyət ortaya qoyulacaq. Çünki bu bizim tariximizdir və bunu dünya ictimaiyyəti mütləq ki, bilməlidir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Sherg.az-a deyib ki, 1805-ci ildə rus qoşunları Gümrüdə yerləşiblər. Lakin həmin əraziyə ermənilərin kütləvi surətdə axını 1829-cu ildə imzalanmış Ədirnə müqaviləsindən sonra başlayıb. Alimin sözlərinə görə, ən az 90 min erməni Cənubi Qafqaza köçürülüb:

"Ermənilərin köçürüldüyü ilk ərazi Şörəyildir. 1928-ci il Türkmənçay müqaviləsinədək rəsmi sənədlərdə göstərilir ki, 16 min kişi, bunu da ikiyə vursaq, 32-35 min erməni İrəvan xanlığının süqutuna qədər bu ərazidə məskunlaşdırılıb. 1837-ci ildə çar I Nikolayın Qafqaza səfəri zamanı Tiflisdən sonra Gümrüyə gəlib. Gümrüdə qədim qala var idi. Çarın Gümrüyə gəlməsi şərəfinə Gümrünün adını dəyişdirib I Nikolayın arvadının şərəfinə Aleksandropol qoydular. Orada Gümrü qalasının əsası qoyulur. Bizim kəndimiz (Güllübulaq - red) Gümrüdən təxminən 10 km aralıda idi və biz bazarlığımızı Gümrüdə edərdik. Ən azı həftədə bir dəfə Gümrüyə bazara gedərdik. Təpənin üzərində qara daşlardan tikilmiş Qara qala var idi. Orada hündürlükdən, Arpaçayın üzərindən Türkiyə görünürdü. Hərbi-strateji obyekt kimi həmin qala tikilmişdi. Çar Rusiyası dövründə şəhərlərin gerbləri təsvir olunmuşdu. Aleksandropol adı ilə təsvir edilən Gümrü şəhərinin gerbində maraqlı məqam var idi. Dağlıq ərazi təsvir edilib, bir pilləkən əks olunub, pilləkənin üzərindən "xaç" yuxarı qalxır, "ay-ulduz" isə aşağı enir. Yəni burada xristianlar çoxalır, müsəlmanlar isə azalır".

N.Mustafa vurğulayıb ki, 1639-cu ildə Osmanlı-Səvəfi arasında bağlanmış Qəsri-Şirin müqaviləsi ilə sərhəd xətti Arpaçay müəyyən edilmişdi. İndi Amasiya adlanan bölgə Arpaçayın sağ sahilində, sıldırım qayaların üzərində yerləşir:

"Eldə, obada Amasiyaya "Hamasa" deyərdilər. Ruslaşma dövründə ruslarda "H" səsi olmadığına görə "Amasa" kimi yazıblar. Sonra ermənilər bunu Amasiya edərək guya öz qədim çarlarından birinin adı olduğunu iddia etdilər. Təbii ki, uydurmadır. "Hamasa" sözünün mənası yaranışdan gələn igidlik, qəhrəmanlıq deməkdir. Görünür, çox sıldırımlı qayanın üzərində yerləşdiyinə görə, kənar hücumlardan özünü qoruyub. Bəzən Türkiyənin Amasiya şəhəri ilə bizim Amasiyanı qarışdırırlar, orada olmuş hadisələri gətirib bura ilə bağlayırlar. Halbuki, iki bölgənin nə coğrafi, nə də tarixi baxımdan əlaqəsi olmayıb".
Tarixçi bəyan edib ki, 1300-1400 il öncənin toponimləri həmin arealda öz əksini tapıb: "Məsələn, "Kitabi Dədə Qorqud" dastanında bir boyda "kafər sərhədi", "Cızıqlar", "Ağlağan", "Göyçə dağı" ifadələri var. "Kafər sərhədi" dedikdə o dövrdə müsəlmanlığı qəbul etməmiş qıpçaq türkləri nəzərdə tutulurdu. "Cızıqlar" indiki Qukasyan (Qızılqoç) rayonunda kənd adıdır. "Ağlağan" da indiki həmin bölgədə dağdır. Göyçə dağ (Göy dağ) indiki Amasiya rayonunun Türkiyə-Gürcüstan sərhədindəki dağın adıdır. Adların dəyişdirilməsi məsələsi bizim ən yaralı yerimizdir. Ermənilər bizim izimizi silmək üçün təkcə yaşayış məntəqələrini deyil, bizə məxsus bütün dağların, dərələrin, çayların, göllərin, təpələrin adlarını dəyişdiriblər. Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki, onlar dəyişdirilib. Mərhələ-mərhələ dəyişdiriblər. Bugünki dövrə qədər orada adların dəyişdirilməsi prosesi davam edir. Əgər bu yer-yurd adı onlarındırsa, niyə dəyişdirirlər? Deməli, ermənilərin deyil və onlardan əvvəl buranın sahibi olub".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Bu gün, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Bu gün, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Bu gün, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Bu gün, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Bu gün, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Bu gün, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Bu gün, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Bu gün, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Bu gün, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Bu gün, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Bu gün, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Bu gün, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Bu gün, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Bu gün, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru