3 SAHİBKAR İCRA BAŞÇISI HAQDA NƏLƏRİ AÇIQLADI?
Tarix: 25-04-2013, 14:04 | Çap et
PREZİDENTƏ AĞIZ AÇAN İŞ ADAMLARINI EŞİDƏN YOXDUR
DİA.AZ: - Lökbatan qəsəbəsi 4-cii massiv, 9-cu keçid ev 12 ünvanda yaşayan Ağayev Ağahüseyn Qulam oğlu, Məmmədov Elnur Sahib oğlu, Hüseynov Mirzəkərim Ağa oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin müraciətdə yenə də eyni qaydada haqlarını tələb edən sahibkarlar hələ də problemlərinin həll olunmadığını bildirirlər.
Müraciətdə deyilir: “Bizim ailə üzvlərimizə məxsus olan Lökbatan qəsəbəsi 28 may küçəsi 7 ünvanda yerləşən kolxoz bazarının qarşısında yerləşən ticarət cərgəsindəki mağaza bazarla birlikdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov tərəfindən Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmişdir.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2012-ci il tarixli qərarı ilə (iş N-2-inz (81)-746/2012) hüquqlarını təmsil etdiyimiz Şamilov Şamil Canməmməd oğlunun Azərbaycanlı Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı iddiası təmin edilərək "Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı bazarın alqı-satqısına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Qasımov Hüseyn Əlibala oğlu arasında imzalanmış 05 oktyabr 2010-cu il tarixli 30/01 saylı hərrac protokolunun Şamilov Şamil Canməmməd oğluna aid mağaza hissəsində etibarsız hesab edilməsi, həmin hissədə 7 saylı reyestr kitabının 695-ci vərəqində Şamilov Şamil Canməmməd oğlunun tikdirdiyi mağazaya aid qeydin etibarsız hesab edilməsi" qərara alınmışdır.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda göstərilən 26 sentyabr 2012-ci il tarixli (iş N-2-linz (103)-862/2012) qərarı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Qasımov Hüseyn Əlibala oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmamışdır.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının göstərilən qərarı maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə həmin qərara razı deyilik və bu səbəbdən də həmin qərarı tamamilə əsassız və qanunsuz hesab edirik:
Hər şeydən əvvəl qeyd edilməlidir ki, mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərmiş və onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.1994-cü il tarixli 1112 saylı sərəncamı olmuşdur.
Daha sonra, yəni Qaradağ rayon İcra Hakimiyyətinin 17.04.2000-ci il tarixli, 321 saylı sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilmiş və mağazanın tikintisi rayon İH-nin aparatının memarı ilə razılaşdırılmaqla layihə əsasında aparılmışdır. Mağazanın tikintisinə bazarın və ya bazar rəhbərliyinin heç bir vəsaiti xərclənməmişdir. Belə ki, həmin mağaza bilavasitə Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının şəxsi vəsaiti hesabına tikilərək fəaliyyət göstərmişdir.
Göründüyü kimi, mübahisəli mağaza fiziki şəxsin, dövlət əmlakı deyil.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Hüseynov və Məmmədovun işi baxılmaq üçün hal-hazırda 1 saylı İnzibati-İqtisad Məhkəməsindədir və göstərilən qurumlar işin düzgün baxılmasına maneçilik törədirlər.
Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Mülki Məcəllənin 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ hesab edilir və qanunla müdafiə edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayn növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.
Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılımır.
Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etməli olsa da tətbiq etməmiş, bununla da maddi hüquq normaları pozulmuşdur.
Ən başlıcası odur ki, bizə məxsus mağaza bazarın ərazisində deyil. Bazarın ərazisinin hüdudları kənardadır. 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsasən, bazarın içərisində mağaza olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı kolxoz bazarı 1983-cü ildə inşa edilmişdir (texniki pasportun göstəricisinə əsasən). Lakin həmin bazarın tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması, ilkin tikinti-layihə sənədləri və s. sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
Bir sözlə, bazarın ilkin sənədləri məhkəməyə təqdim edilmədiyindən 1997-ci ildə tərtib edilmiş texniki pasportun məhkəməyə təqdim edilmiş surətini qanuni hesab etmək düzgün olmasa da, apelyasiya instansiyası düzgünlüyü tərəfimizdən mübahisələndirilən həmin saxta texniki pasporta istinad edərək iddia lobbimizi rədd etmişdir.
Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, öz vəsaiti hesabına tikilmiş və sahibi olduğu mağazanın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bazarın tərkib hissəsi kimi 2010-cu ildə pasportlaşdırılaraq hərraca çıxarılmasını və bazarla heç bir əlaqəsi olmayan şəxsə satılmasını, hərrac protokolunu, nəticə etibarilə özəlləşdirməni qanuni hesab etmişdir.
Birinci instansiya məhkəməsində inzibati icraat zamanı olduğu kimi apelyasiya icraatı zamanı da kolxoz bazarının ilkin sənədlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin zəruriliyi barədə tərəfimizdən dəfələrlə vəsatət qaldırılsa da və bununla bağlı cavabdehə məhkəmə tapşırığı verilməsi dəfələrlə məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsindən fərqli olaraq cavabdehə məhkəmə tapşırığı verilməmiş, cavabdeh ilkin sənədləri birinci instansiya məhkəməsində olduğu kimi yenə də məhkəməyə təqdim etməmişdir.
Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.
Lakin məhkəmə kollegiyası tərəfindən sadalanan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, apelyasiya instansiyası məhkəməsi inzibati icraat zamanı birtərəfli, yəni cavabdehin xeyrinə mövqe tutaraq ümumiyyətlə dəlil və vəsadətlərimizə heç bir əhəmiyyət verməmişdir.
Mübahisənin mahiyyəti üzrə ən başlıca məsələlərdən, yəni mağazanın bazara yox, yalnız bizə məxsus olduğunu sübut edən əsas hallardan biri aşağıdakılardan ibarətdir:
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə "Azərittifaq"ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, "Azərittifaq"ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə "Azərittifaq"ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdır:
1. Ticarət mərkozi-1 ədəd. 2. Poviliyon gürcü tipli- 6 ədəd. 3. Televizor-1 ədəd. 4. Soyuducuşkaf-1 ədəd 5. Soyuducu prilavka -1 ədəd. 6. Translyasiya qurğusu -1 ədəd. 7. Kondisioner BK - 1500 -1 ədəd. 8. Kondisioner qurğusu-1 ədəd.
Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, həmin mağazalar da bu siyahıda yoxdur.
Hal hazırda Azərittifaq tərəfindən bazarın tikinti pasportunun surəti tapılmış və təsdiq edilərək 1 saylı İnzibati İqtisad Məhkəməsinə verilmişdir.
Ən başlıcası, mağaza bizim hesabımıza tikilmişdir kolxoz bazarına aidiyyəti yoxdur. Qaradağ Rayon İcra Hakimiyyətinin balansına keçdikdən sonra onun yox, İcra hakimiyyətinin vəsaiti hesabına tikilmişdirsə, onda həmin mağazanın tikilməsi haqqında müvafiq sərəncam və layihə-smeta sənədləri olmalı və mağazanın tikintisinə dövlət büdcəsindən pul vəsaiti ayrılmalı idi. Hansı ki, bu barədə heç bir sənəd yoxdur.
Bunun üçün verdiyimiz vəsatət əsasında məhkəmə kollegiyası ən azı yerində baxış keçirməli idi. Əgər yerində baxış keçirilsəydi şübhəsiz ki, Neft Şirkətinə məxsus qarajın sərhədi ilə bazarın sərhədini müəyyənləşdirmək mümkün olardı. Çünki Neft Şirkətinə məxsus qaraj bu gün də yerindədir, bazar isə Neft Şirkətinə məxsus olan və neft mədənlərinə xidmət üçün yaradılmış at arabası qarajının yerində tikilmişdir. Həmin dövrdə bazar üçün də ayrılmış həmin sahənin, yəni at arabası qarajının bir hissəsi, Bakıelektrikşəbəkənin inzibati binası olmadığı üçün onlara, bir hissəsi isə OADKYC-nin motosikletlərinin qarajı kimi həmin cəmiyyətə verilmişdir.
Bütün bunları biz məhkəməyə izah etsək də məhkəmə kollegiyası bizim həmin dəlillərimizə də etinasız yanaşmış və həmin izahat protokola da əlavə edilməmişdir.
Birinci instansiya məhkəməsində Qaradağ rayon Icra Hakimiyyətinin baş memarı Naiq Səmədov ifadə verərkən bildirmişdir ki, vaxtilə Qaradağ Rayon İH tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılmış və 11 nəfərə orada mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, bizə də ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir.
Lakin hakim Valeh Ağayev nümayəndəmin (vəkilimin) təkidli xahişlərinə baxmayaraq nə memarın ifadəsini nəzərə almış, nə də ki, onu yenidən dindirmiş, digər tərəfdən isə mübahisəli obyektə yerində baxış keçirməmişdir. Əksinə, hakim cavabdehin vəkili kimi çıxış edərək Öz hakimlik borcunu unutmuş və onları istiqamətləndirmişdir.
İş üzrə 3-ü şəxs Qasımov Hüseyn Əlibala oğlu həmin ticarət cərgəsində yerləşən mağazaların bir hissəsini öz əvvəlki sahiblərinə qaytarmış, qalan hissəsini isə dayısı Paşayev Adil Süleyman oğlunun adına keçirmişdir ki, hakim V.Ağayev bunu öz qərarında da göstərmişdir. Necə ola bilər ki, eyni ticarət cərgəsində olan mağazaların bir hissəsi sahiblərinə qaytarılır, bizə məxsus mağaza isə qaytarılmır? 12 ildən yuxarı bir müddət ərzində işlətdiyimiz mağaza əgər bazara məxsus idisə, bu halda necə ola bilər ki, biz bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlamamış və heç bir icarə haqqı ödəməmişik, əksinə, vergilər idarəsində fiziki şəxs kimi uçota durub fəaliyyət göstərmişik?
Məhkəmə kollegiyası digər bir iş üzrə, yəni mübahisəli kolxoz bazarının ümumi alqı-satqısının və özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında başqa bir inzibati işin olması, bu səbəbdən də iş üzrə icraatın dayandırılması barədə vəsatətimizə də əhəmiyyət verməmiş və onu təmin etməmişdir (həmin iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir).
Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
Lakin bütün bu məsələlər apelyasiya instansiyasının məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da, məhkəmə kollegiyası heç bir tədbir görməmiş, əksinə birinci instansiyası məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini formal mülahizələr əsasında ləğv etmişdir.
Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Məhkəmənin belə qərəzli mövqeyini əvvəlcədən bildiyimizə görə (belə ki, apelyasiya instansiyasında icraat hələ başa çatmamış və qərar qəbul edilməmişdən bir neçə gün əvvəl Qaradağ rayon İcra Şöbəsindən bizə mağazam boşaltmaq xəbərdarlığı edilərək bildirilmişdir ki, onsuz da bir neçə gündən sonra məhkəmə qərarı olacaq və onlar mağazanı boşaltmağa gələcəklər!?) tərəfimizdən "Dünya İnformasiya Agentliyi"nin saytında və "Gündəm xəbər" qəzetinin 25 sentyabr 2012-ci il tarixli sayında məqalə dərc edilmiş və həmin yazılarda məhkəmənin ədalətsiz qərar qəbul ediləcəyi barədə əvvəlcədən məlumat verilmişdir.
Bütün şərh edilənlərdən göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin işə baxan məhkəmə kollegiyası tərəfindən formal qərar qəbul edilmiş, sübutlar kifayət qədər araşdırılmamış, maddi v prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, belə olan halda həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.
Lakin, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hakimi Xanım N.Rəsulbəyova işə baxarkən iş üzrə dəlillər yəni vəkil R.İbrahimovun və nümayəndə A.Ağayevin Dövlət Əmlakının İdarəetməsi Dövlət Komitəsində birgə araşdırmalar zamanı sübut olundu ki, həqiqətən bizı məxsus mağaza bazara heç bir aidiyyəti yoxdur və bizim öz tərəfimizdən öz vəsaiti hesabına RİH-nin müvafiq sərəncamı ilə tikilmişdir.
Məhkəmə prossesində iştirak edən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin vəkili xanım Esmira Hüseynova və nümayəndə Lalə Hüseynova çıxış edərək Şamilov Şamilin kassasiya şikayətini düzgün hesab etmiş və aqı-satqı müqaviləsinin qismən ləğv edilməsini 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı qüvvədə saxlamağını və Bakı Apelyasiya Məhkəmsinin 26 sentyabr 2012-ci il tarixli (iş N-2-linz (103)-862/2012) qərarım ləğv etməsini xahiş etmişdir. Lakin hakim bunlara əhəmiyyət verməmiş, çıxışlar protokola qeyd edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Cənab Prezident Siz sahibkarlara sahib çıxdınız. 12 fevral müşavirənizdə məmurlara öz sərt ifadənizlə bunu bəyan etdiniz. Məmurlar problemə biganə yanaşırsa, insanların rəğbətini qazana bilmirsə, ədalətdən uzaqdırlarsa onlar haqqında ciddi ölçü götürüləcək. Artıq buna başlanmışdır. Korrupsiya bütün cəmiyyətlərdə olur, rüşvət unikal cinayətdir. Hakimin satmağa nə malı var, nə başqa bir şeyi. O. dövlətin Konstitusiyasını satır və Ədaləti satır.
Ali Məhkəmənin sədri Süleyman Mikayılova yaxın olduğu üçün onu müdafiə edir.
Süleyman Mikayılov hər yerdə özünü Ali Məhkəmənin Sədri R.Rzayevə qohum kimi qələmə verir və məhkəmənin sonluğunu belə bitəcəyini əvvəldən deyirdi. Bu da, həm apelyasiya və həm də Ali Məhkəmədə öz təsirini göstərdi.
Xahiş edirəm komissiya yaradasız və bu iş komissiya tərəfindən araşdırılsın. Onda ədalət bərpa olunacaqdır.
Harada görünüb ki, iddiaçının tələbini cavabdeh qəbul edirsə və bu qanunla tənzimlənirsə bunun hakim əksinə getsin.
Hazırda baxılması 02 may 2013-cü il tarizinə saat 11:00 radələrinə təyin edilmiş bazarın ümumi alqı-satqısının ləğvi məsələsi 1 saylı İnzibati-İqtisad Məhkəməsində baxılmağa təyin edilmişdir. Ali Məhkəmənin təsiri burada özünü göstərir.
Xahiş edirik bu məsələ nəzarətə götürülsün və ədalətlə baxılması təmin edilsin.
Cənab Prezident bəzi hakimlər bunu bilərəkdən və yaxud da bilməyərəkdən etməklə əhali arasında narazılıq yaradırlar.
Cənab Prezident Siz siyasi fəaliyyətinizə Qaradağ rayonundan başlamısınız. 5 il müddətinə bizi Milli Məclisdə layiqincə təmsil etmisiniz. Həmin dövrdə mən RİH-nin başçısının müavini olmuşam. Rayonun 1 illik büdcəsi indiki pul ilə 800 000 manat olduğu halda, biz Sizin rəhbərliyiniz altında 2 yeni park tikmişik və 130-a yaxın şəhid və Qarabağ əlillərini evlə təmin etmişik. 600 km yaxın qəsəbə arası və qəsəbə daxili yol təmir etmişik. Xeyli miqdarda digər abadlıq işləri görmüşük. Siz bizi tanıyırsınız, biz həmişə Sizinləyik.
Hörmətli Cənab Prezident xahiş edirik Respublikanın Baş Prokuroru Zakir Qaralova bu məsələnin araşdırılması üçün tapşırıq verəsiniz ki, o, AR CM-nin 186, 186.1, 186.2.1, 309.1 və 309.2-ci maddələrilə tədqiqat işi başlasın və günahkarlar öz cəzasını alsın, sahibkarlar isə öz əmlakına sahib çıxsın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|