“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                 

İRANLI PARLAMENTARİ YENƏ MEYDAN SULADI
Tarix: 14-01-2013, 11:28 | Çap et
İRANLI PARLAMENTARİ YENƏ MEYDAN SULADI
YAP-ÇI DEPUTATI DEBATA ÇAĞIRAN MƏNSUR HƏQİQƏTPURUN SAYIQLAMALARI

DİA.AZ: - Məlum olduğu kimi, İran parlamentinin deputatı Mənsur Həqiqətpur Azərbaycan Milli Məclisinin üzvü Siyavuş Novruzovu debata çağırmışdı və YAP-çı deputat iranlı parlamentarinin bu çağırışlarına müsbət reaksiya vermişdi. Onu da bildirək ki, Həqiqətpur debat fikrində yenidən qaldığını bəyan etməklə yanaşı, Azərbaycana qarşı İranın ərazi iddiası kimi qəbul ediləcək yeni açıqlama ilə də çıxış edib.

DİA.AZ olaraq «Arannyus» portalında yer almış həmin açıqlamanı olduğu kimi diqqətinizə təqdim edirik:

«Doktor Həqiqətpurun Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, xüsusilə də Siyavuş Novruzova xitab olaraq ünvanladığı üçüncü məktubunda azərbaycanlı həmkarlarına daha dərin mövzular təklif edilir.

Azərbaycan Parlamentinin deputatının açıqlamasına cavab olan məktubun tam mətni aşağıdakı kimidir:

Cənab Siyavuş Novruzov

Azərbaycan Respublikasının Milli Məclisinin hörmətli nümayəndəsi

Salam!

Cənab alinin münazirə və müzakirəyə hazır olması məni sevindirdi. İnanıram ki, Allahın lütfü ilə belə yazışmalar və hüzuri müzakirələr baş tutacaq, nəticədə hər iki dost və qonşu ölkənin xeyrinə olacaq.

Bir daha xatırladıram ki, insanlığın əsas sərmayəsi ədəbdir. Amma təəssüf olsun ki, bu günkü dünyada çox da qarşılanmır. Ona görə də ümid edirəm, siz bu insani sərmayəyə riayət etməkdə daha çox çalışacaqsınız ki, müzakirələr müsbət nəticələr versin.

Öncəki məktubların və sizin cavablarınızın məzmununa diqqət etməklə bir neçə mövzuya toxunmağı lazım bilirəm:

1. "Siyavuş" və "novruz" kimi iki gözəl sözün mənası və kökü barədə tədqiq etməyiniz nəzərdə tutulmuşdu. Tarix sahəsində bilginiz və üstünlüyünüzü təkid etmənizə rəğmən hələ indiyə qədər bu barədə bir söz deməmisiniz? Əgər tarixi qaynaqları tapmaq sizin üçün çətindirsə, yaxud əlifba dəyişildiyindən qədim sənədləri oxumaq mümkün deyilsə, bunu deyin və biz gücümüz çatan qədər kömək edək.

2. Cənab ali Azərbaycan Parlamentinin "Qarabağın azadlığı" və "İranla münasibətlərin möhkəmlənməsi və genişlənməsi" barədəki qərarlarının, əsasən də sizin təklifinizlə qəbul edlimiş qərarların siyahısını təqdim etməli idiniz. Hələ də gözləyirik.

3. Siz medianın ixtiyarında qoydyğunuz cavabınızda ölkələr arasındakı viza rejimini beynəlxalq standart və insanların şəxsiyyət və kimliyinin əlaməti adlandırmısınız. Onda belə sual çıxır ki, İran və Türkiyə, ya Almaniya və Fransa və s. avropa ölkələri kimi vizanı birtərəfli, yaxud ikitərfli ləğv etmiş bir çox ölkələr beynəlxalq standartları pozublarmı? Yaxud sizin nəzərinizcə insanların şəxsiyyət və kimliklərini təhqir ediblər?

Cənab Novruzov! Dünyanın qloballaşdığı bir dövrdə sərhədlər öz mənasını itirmişdir. Artıq kommunistlər kimi dəmir sərhədlər qurmaq olmaz.

Mən, sizin əksinizə olaraq belə düşünürəm ki, dövlətlər vasitəsilə viza rejiminin ləğvi onların insanlıq kəramətinə hörməti və öz xalqına və qonşu ölkələrin xalqlarına etimad əlaməti, həmçinin dövlətin digər ölkələrə məhəbbət, dostluq və qardaşlığın bəyan etməsidir. Bunun əksinə olaraq dövlət tərəfindən viza rejiminin qoyulması, bundan da pis (bizim məktublaşmağımıza səbəb olan) sərhədi asan keçilmənin ləğvi həmin dövlətin öz və qarşı ölkənin xalqına etimadsızlığı mənasınadır. Bir ölkədə hökumət edənlər ilə hökumət olunanlar arasında qarşılıqlı etimad olmasa, onu hansı aqibət gözlədiyi məlumdur.

Bundan əlavə, biz İslam ölkələrinin parlamentlərinin nümayəndələri sizin beynəlxalq standartlar adlandırdığınız qaydalar qarşısında sırf mütiyə çevrilməməli və öz beynəlxalq münasibətlərimizi tənzimlədikdə – həqiqət yox, sizin iddia etdiyiniz – standartlardan əlavə öz dini və milli dəyərlərimizi də nəzərə almalıyıq. Bizim islami dəyərlərimiz insani yaxınlaşmaya dəvət edir, ayrılıq və uzaqlaşmaya yox.

Əlbəttə, bu barədə izah etməyi lazım bilirəm ki, viza rejimi xarici siyasətin nəzarət vasitəsidir və özünə məxsus funksiyası vardır. Ondan düzgün istifadə etmək dövlətin beynəlxalq hüquqlarının bir hissəsi hesab edilir.

4. Cənab Siyavuş Novruzov! Öz cavabınızda "azəri türkləri"ndən söz açmısınız. İstəyirəm ki, elmi-tarixi faktlar əsasında bu barədə daha çox izah verəsiniz. Onların mənşəsini, tarixi və soy xüsusiyyətlərini, coğrafi mövqelərini və s. şərh edəsiniz.

5. Cənab Novruzov! Öz cavabınızda tarix mövzusunda tarixlə bərk maraqlandığınızı demisiniz və özünüzü tarix müəllimi kimi tanıdaraq, mənə tarixdən dərs verməyə hazır olduğunuzu bildirmisiniz. Bu mənim sizə marağımı artırdı. Elmi və universitet səviyyəsində tarixi mövzuda müzakirələrə hazıram.

Cənab Novruzov! Bu günləri strateji region olan Qafqazda bəzi problemlərin kökü, hətta Qarabağ münaqişəsi kimi bir problemin tarixdə mənbəsi yaradılmışdır. Hansı zülmlər, hansı xəyanətlər məntəqənin tarixi barədə rəva görülməmişdir? Bunu yüz dəfələrlə təəssüflə deyirəm ki, hazırkı rabitələr və danışıqlar əsrində yaşadığımız bir şəraitdə də bu təhriflər davam edir və sui-istifadlər üçün bir vasitəyə çevrilib. Bu təhriflərə son qoymaq olarmı? Bu məntəqənin günahsız övladlarına düzgün tarixi öyrətmək mümkündürmü? Öz keçmişini lazımınca öyrənmək olarmı? Və ...

Mənim konkret təklifim budur ki, yavaş-yavaş Novruza yaxınlaşdığımız bir vaxtda Novruzun ilk günündə sir və rəmzlə dolu Arazın sahilinə gələk və tarixi bir də gözdən keçirək. Bəlkə Arazdan duruluq və şəffaflıq öyrənək və biz də Araz kimi olaq, sadiqanə danışaq. Gəlin Arazın sahilində vətən yolunda canını belə əsirgəməyən öz ortaq əcdadlarımız Abbas Mirzənini, Cavad xanı və digərlərini xatırlayaq. Düşmənlərin xəyanətlərindən, yadların hiylələrindən, Arazın sənlə mənim aramda necə sərhədə çevrilməsindən söhbət açaq. Gülüstan və Türkmənçaya bir daha Araz güzgüsündə baxaq.

6. Təklif edirəm ki, Araz sahilində simvolik görüşdən sonra qarşılıqlı surətdə İran və Azərbaycan Respublikası universitetlərində bir araya gələk, iki ölkə müəllimlərin, tələbələrin və mediasının iştirakı ilə regionun tarixi barədə elmi danışıqlar aparaq. Belə olduqda bir çox məsələlərin aydınlaşacağına əminəm. Mən bu barədə öz qətiyyətimi göstərmək məqsədilə bir neçə mövzu təklif edirəm, siz də öz mövzularınızı qeyd edə bilərsiniz.

Təbiidir ki, tərtiblə gələcək bu və digər mövzuların hərtərəfli araşdırılması üçün iki tərəfli elmi komitənin təşkilinə ehtiyacı vardır. Mən sonrakı məktublarımda komitənin üzvlərini adını təqdim edəcəyəm. Onlar və sizin tərəfinizdən təqdim edilmiş komitə üzvləri birlikdə qarşıya çıxmış müxtəlif mövzuları elmi tədqiq etsinlər və onun nəticələrini hamının istifadə etməsi məqsədilə nəşr etsinlər.

Müzakirə üçün təklif etdiyim mövzular bunlardan ibarətdir:

- İslamın bu məntəqəyə gəlməsindən qabaq və sonra ta Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına qədər Arazın şimal və cənub sakinlərinin mədəni, ictimai, dini bağlılıqlarının araşdırılması.

- Həmin dövrlərdən vəzifəyə təyin edilmə, vəzifədən azad edilmə, Qafqaz məntəqəsinin yerli məsullarından maliyyət almaya aid qalmış sənədlərin araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin zəminələri, dəlilləri, məzmunu və nəticələrinin araşıdırılması.

- Arazın şimal və cənubunda coğrafi məkanların adının sənədlərdə, tarixi xəritələr, səfərnamələr, "Möcəmül-büldan", "Asarul-bilad və əxbarul ibad", "Hududul-aləm minəl-məşriq iləl-məğrib", "Nəzhətul-qulub" kimi tarixi və coğrafi kitablarda araşdırılması.

- Rusiya Ensiklopediyası və ustad Bartolidin əsərləri kimi rus dairələrinin və şəxsiyyətlərinin əsərlərinin mövzu üzrə araşdırılması.

- Arazın şimalında yaşamış Nizami Gəncəvi və s. kimi şəxsiyyətlərin əsərlərinin mövzu üzrə araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından qabaq və sonra şiə alimlərinin elmi əsərləri və ictimai davranışlarının araşdırılması.

- Azərbaycan Respublikasının "Ata Yurdu" kimi dərslik kitablarının araşdırılması və onun Arazın şimalında yaşamış keçmiş və müasir alimlərin mötəbər kitabları, o cümlədən Gülüstan müqaviləsinin şahidi olmuş Mirzə Abbasqulu Qüdsinin (Abbasqulu Ağa Bakıxanov) "Gülüstani-irəm", Mirzə Zeynəlabidin Şirvaninin "Riyazüs-səyahə", professor İqrar Əliyevin "Atropatların tarixi" və s. kitabları ilə uyğunlaşdırılması.

- 1918-ci ildə Azərbaycan Respublikasının bünövrəsini qoymuş Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Respublikası, onun necə formalaşması və hazırkı durumu" əsəri, həmçinin, İranlı şəxsiyyətlərə yazdığı məktublarının araşdırılması.

- Məntəqədəki memarlıq üslub və yazıları, İran və Qafqazdakı mövcud memarlıq əsərlərinin uyğunluğunun səbəblərinin öyrənilməsi.

- Qafqazın tarixi əlifbası və təqvimi və onda əsaslı dəyişikliklərin edilməsinin səbəblərinin araşdırılması.

- Azərbaycanın 1918-ci ildə ilk dövlətçiliyinin necə formalaşması, müxtəlif ölkə və şəxslərin burada rolu, qonşu ölkələrin əhalisinin münasibəti və s. mövzuların araşdırılması.

- Bu mövzulardan əlavə mədəni, ictimai, dini, söz azadlığı, müxtəlif etnik tayfaların vəziyyəti, Qarabağ qaçqınlarının vəziyyəti, siyasi münasibətlərin artırılmasında əməkdaşlıq, dini azadlığın durumu, dini tolerantlıq və digər mövzularda da müzakirələr aparmaq mümkündür.

Bəzi dairələrin qeyri-düzgün təbliğatının qarşısını almaq məqsədilə lazım bilirəm, aşkar elan edim ki, mən, İran İslam Respublikasının İslami Şura Məclisinin digər nümayəndələri və bütün İran xalqı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi surətdə tanıyır, bu ölkənin müstəqilliyinin möhkəmlənməsi və işğal olunmuş ərazisinin azadlığını İranın xarici siyasətinin ən önəmli mövzularından bilirəm və Heydər Əliyevin ölkə başçısı olduğu dövrdə Qarabağın erməni işğalından azad olunmasına çalışdığım kimi indi də Azərbaycanın Milli Məclisindəki həmkarlarım ilə bu mövzuda fikir mübadiləsi aparmağa hazıram. Mən, Qarabağı təkcə Azərbaycanın problemi bilmirəm, Qarabağ həm də İslam dünyasının problemidir. (Qarabağ bizim birgə müzakirələrimizin ayrıca mövzusu ola bilər.)

Həmçinin, mənim Azərbaycan Parlementinin nümayəndələrini səmimi və dostcasına müzakirəyə dəvətimi hansı dəlillər əsasında qətiyyətlə məhkum etməsini bilmədiyim cənab deputat Çingiz Qənizadəyə də təşəkkür etməyi lazım bilirəm.

Sonda imam Əlinin (ə) kalamını Azərbaycanın Milli Məclisindəki deputat dostlarıma, xüsusilə də cənab Siyavuş Novruzova xaıtrlayıram: "Qurtuluş doğruçuluqdadır".

Qarabağın azadlığını, Azərbaycan Respublikası xalqının bütün daxili və xarici ərsələrdə uğurlarını Allahdan diləyirəm.

Mənsur Həqiqətpur, İslami Şura Məclisinin nümayəndəsi»









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru