MƏMURLARIMIZIN ELŞAD ABDULLAYEV KABUSU
Tarix: 11-01-2013, 12:12 |
Çap et
KEÇMİŞ REKTORA İSMARIC GÖNDƏRƏNLƏR DƏ VAR
DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rəhbəri Elşad Abdullayev bu gün bir çoxlarının qorxulu röyasına çevrilib. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, onların arasında məmurlar, məhkəmə hakimləri, polis işçiləri, MTN əməkdaşları və hətta millət vəkilləri də var.
Mənbəmizin sözlərinə görə, hansısa formada Elşad Abdullayevlə ünsiyyətdə olmuş hər kəs bu gün videosunun yayılma ehtimalının xofu altında yaşayır: «Hətta onlar öz aralarında zarafatla bir-birilərinə «Elşad görən hər yerə kamerasını aparıb?» deyə suallar da verirlər. Hətta biri Elşad Abdullayevlə kef məclisində olduğunu xatırladaraq, videosunun yayılacağı təqdirdə biabır olacağını da ehtimal etdiyindən indidən keçmiş rektorun yaxın qohumları ilə indidən təmasa keçərək, özü ilə bağlı videonun yayılıb-yayılmamasından əmin olmağa çalışıb».
Mənbəmiz bildirdi ki, konkret olaraq iki millət vəkili - 78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədov və 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat Ülvi Quliyev bu gün bərk narahatçılıq keçirirlər: «Hətta bəziləri də var ki, ABU-nun diplomu ilə vəzifə başındadırlar. Onlar hətta Elşad Abdullayevə rüşvət verib diploma aldıqlarını etiraf edəcək səviyyədə də olmadıqlarından, baş verənləri böyük narahatçılıq içində izləməkdədirlər».