MEHDİYEVİN QOVDUĞU ADAMA VƏZİFƏ VERİRLƏR
Tarix: 10-01-2013, 11:50 |
Çap et
NİZAMİ XUDİYEV YENİDƏN MƏTBUATDA OLACAQ
DİA.AZ: - Bir zamanlar Azərbaycan Dövlət Teleradio şirkətinə rəhbərlik edən, keçmiş millət vəkili Nizami Xudiyevin yenidən görəvə qaytarılması barədə xəbər almışıq. Bu barədə DİA.AZ-a məlumatı verən hökumət içindəki qaynaq iddia edir ki, əslində Xudiyev də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qurbanlarından biridir. Yəni onun «vurulmasında» PA şefinin müstəsna rolu olub.
Mənbəmiz bildirir ki, hələ də hakimiyyətdə dostları olan və keçmiş dostları ilə münasibətlərini qoruyan Nizami Xudiyev bu günə kimi iqtidar düşərgəsinin marağına zidd hansısa addımı atmaması və hansısa açıqlamanı belə verməməsi səbəbindən yenidən etimada layiq görülüb:
«Nizami Xudiyevin təkrar vəzifəyə gətirilməsini onun dostları təşkil edib. Bu da ki ancaq Ramiz Mehdiyevin zəiflədiyi bir məqamda ola bilərdi. Onun konkret olaraq hara təyin ediləcəyi deyilməsə də, yenidən mətbuata qaytarılacağı şübhəsizdir».