RAMİL USUBOV YENİ İLİ HARADA QARŞILADI?
Tarix: 1-01-2013, 14:32 |
Çap et
DİN ŞEFİ BAŞ PROKURORLA GƏZİNTİDƏ2013-cü ilin gəlişi ilə bağlı Milli Parkda keçirilən böyük atəşfəşanlığı ölkənin iki yüksək çinli məmuru – Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov birlikdə izləyiblər.
Milli Parkda olan əməkdaşımızın sözlərinə görə, Ramil Usubov və Zakir Qaralov hazırda da Milli Parkdadırlar. Bərabər addımlayan və Milli Parkı gəzən nazirlə baş prokuror xüsusi qoruma ilə əhatə olunublar. Əməkdaşımız xəbər verir ki, Yeni il bayramını qarşılayan və şənlənən insanların əhatəsində gəzən Usubovla Qaralovu müavinləri müşayiət edir.
Gecə yarıdan 1 saat ötməsinə baxmayaraq, yüksək çinli məmurların hələ də Milli Parkda olması suallar yaratsa da, əməkdaşımıza onlara yaxınlaşmağa və şəkil çəkməyə imkan verməyiblər. Yaxınlıqda olan DİN-in yüksək vəzifəli rəsmisi naziri narahat etməməyi xahiş edib. \AzNews.az \