Zəngəzurla bağlı İranın Rusiyaya “tənqidi”… .....                     "İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" .....                     ABŞ-də namizədlər seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər .....                     “Kim qalib gəlsə, rəqib nəticə ilə qane olmayacaq” .....                     ABŞ seçkisinin ilkin nəticəsi .....                     "Əhval-ruhiyyəsi "təslimçilik" olanlar... .....                     Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK... .....                     Kreditlərin faiz ödənişində dəyişiklik olacaq? .....                     "Allahım, möhlət ver, ən azından doyunca görək" .....                     "Bizə kənar oyunçular lazım deyil" .....                     COP29 ən yüksək səviyyədə keçiriləcək .....                     Vüqar Musayev vəzifəsindən azad edildi .....                     Niyə ölkəmizə istirahətə gələnlər ancaq Bakını seçirlər? .....                     “Ermənistanın COP29-da iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək” .....                     Azərbaycanda çörək şirkəti .....                     Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək .....                     Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir .....                     Separatçını ”əsir” gözündə görən 52 avropalı... .....                     "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" .....                     “Rufo Gəncinski” Rusiyaya qayıtdı .....                     Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib .....                     İranın keçmiş nazirinin BAŞI QAÇIB .....                     Paşinyan indi "Tehranın dili" ilə danışır .....                     Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək .....                     ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar .....                     London-Ankara münasibətlərində nələr yaşanır? .....                     Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq .....                     Mesaj Ermənistandan gəldi .....                     İran təkzib etdi: .....                     SOCAR-da yeni təyinat .....                     "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." .....                     Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir .....                     Əliyevin təklif etdiyi format daha səmərəlidir .....                     İsrafil Məmmədov yeni vəzifəyə seçildi .....                     Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb .....                     Flora Kərimovanın .....                     Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar .....                     "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə .....                     "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir .....                     Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu .....                 

ÇOXMƏRTƏBƏLİ ÖLÜM
Tarix: 19-09-2011, 13:41 | Çap et
ÇOXMƏRTƏBƏLİ ÖLÜM

QATİL GÖYDƏLƏNLƏR ÖZ QURBANLARINI NECƏ MƏHV EDİR?

DİA.AZ: - Artıq bir neçə ildir ki, istər paytaxtda, istərsə də əyalətlərdə müxtəlif tikinti şirkətləri tərəfindən inşa edilən göydələn binaların sayı günbəgün artmaqdadır. Azərbaycan reallığında olduqca sərfəli biznes olan mənzil alqı-satqısının tikinti şirkətlərinə qazandırdığı külli miqdarda sərvətin nəticəsidir ki, bu gün orta məktəb və uşaq baxçasından tutmuş xəstəxana həyətlərinə qədər dövlət əhəmiyyətli torpaq sahələri də çoxmərtəbəli binaların tikinti meydançasına çevrilib.

Maraqlıdır ki, ölkə mətbuatı və tikinti üzrə mühəndis-ekspertlərin hamısı Azərbaycanda tikilən göydələnlərə münasibətdə yaınız bir faktın – onların keyfiyyətsiz inşası və bu səbəbdən də yeraltı təkanlara dayanıqlığının aşağı olması gerçəyinin üzərində dayanır ki, bu da problemin başqa tərəflərinin kölgədə qalmasına səbəb olur. Məsələ bundadır ki, bu gün zahiri əzəzməti və təntənəsi görünüşü ilə insanda rəğbət oyadan bu binaların böyük əksəriyyəti qatil funksiyasını yerinə yetirir. Çoxmərtəbəli ölüm maşınının insan həyatına necə və hansı şəkildə qəsd etdiyinə gəlincə, bu, xeyli maraqlı və bir o qədər də dəhşətlidir.

Kölgədə gizlənən ölüm

İlk öncə qeyd edək ki, ölçü və təyinatından asılı olmayaraq gerçəkləşdirilən hər bir tikilinin inşasında vətəndaşların çökmə və uçqun kimi təhlükələrdən sığortalanması üçün onların bilavasitə fiziki xəsarət almasını önləyən təhlükəsizlik tədbirləri həyata keçirilir. Bina inşasında istifadə olunan tikinti materiallarının keyfiyyətli olması, onların lazımi dəqiqlik və miqdarda istifadəsi bu cür təhlükələrin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Lakin bu cür binaların inşasında gözlənilən, daha doğrusu, gozlənilməli olan şərtlərdən biri də vətəndaşların gigiyenik təhlükəsizliyinin təminatı ilə bağlıdır. Hələ sovet dönəmində aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, yaşayış binalarının bir-birinə hədddindən artıq yaxın məsafədə tikilməsi olduqca təhlükəlidir. Yaşayış binalarının bu şəkildə inşasının ölümgül xəstəliklərə yol açdığı dünya elminin çoxdan bəridir ki, qəbul etdiyi həqiqətlərdən biri olsa da, Azərbaycanda bu məsəsləyə yetərincə diqqət yetirilmədiyi məlum həqiqətlərdən biridir.

“Dünya” İnformasiya Agentliyi (dia-az.site) tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, bir-birinə yaxın məsafədə tikilən binalar arasında məsafə həddindən artıq az olduğu üçün təhlükəli mikrob və bakteriyaların təbbi şəkilıdə məhvini həyata keçirən gün işığı sözügedən yaşayış obyektlərinin heç də hər tərəfini əhatə edə bilmir. Bu cür binalarda binaların bir və ya bur neçə hissəsi sutkanın bütün saatlarında gün işığı üçün keçilməz olur ki, bu da infeksion xəstəliklərin kölgə mühitində sürətlə artıb çoxalmasına gətirib çıxardır. Ümumiyyətlə, qəbul edilmiş standartlara əsasən binalar arasındakı məsafə onların hündürlüyündən iki dəfə çox aralı olmalıdır ki, gün ərzində lazımi qədər günəş işığı ilə təmin edilsin. Mütəxəssislərin hesablamasına görə, binaların kölgəsində artıb çoxalan mikrobların məhvi üçün onların kölgə saldığı əraziyə yay aylarında gündə ən azı 5 saat, yazda və payızda 3 saat, qışda isə 1 saat gün işığı düşməlidir. Lakin Azərbaycan reallığında inşa edilən binaların nəinki bu tələblərə qismən də olsa cavab vermədiyi, ümumiyyətlə, bu prinsiplərdən yerli-dibli uzaq olmasının nəticəsidir ki, bu gün həmin binalar ölüm yuvasına çevrilib. Hazırda ölkə paytaxtında istifadəyə verilən və demək olar ki, bir-birinə bitişik şəkildə inşa edilən binaların mikrob və infeksiya ocaqlarına çevrildiyi inkarolunmazdır. Ancaq təəssüflər olsun ki, ölkə göydələnləri ilə bağlı yeganə təhlükəli məqam yalnız bu deyil. Göydələnlərlə bağlı problemlərdən biri də onların əhatəsində əkilən ağaclarla bağlıdır.

Ölüm saçan yaşıllıqlar

Göydələn binların inşası ilə bağlı həyata keçirilməli olan kompleks tədbirlərdən biri də bu cür binaların tikildiyi ərazidə idman komplekslərinin və yaşıllıqların salınması ilə bağlıdır. Keçmiş sovet dönəmində qəbul edilmiş normativlərə görə, istənilən yaşayış rayonunun ərazisinin ən yaxşı halda yalnız 25%-ni göydələnlər təşkil etməli idi. Qalan ərazinin insanların sağlamlığı üçün idman kompleksləri və yaşıllıqlarla əhatə olunması vacib hesab edilirdi. O dövrün məlum standartlarına əsasən yaşayış binalarının mövcud olduğu rayonun ərazisinin 12,5%-ni uşaq meydançaları, 6,5%-ni idman meydançaları, 41,5%-ni yaşıllıqlar təşkil etməli idi. Xatırladaq ki, bugünki ekoloji böhran şəraitində yaşayış ərazisində yaşıllıqların artırılması ilə bağlı ötən illər üçün müəyyənləşən tələblər daha da artıb. Bu tələblərin hansı səviyyədə artırldığını müəyyən etmək üçün, təkcə bu fakta nəzər salmaq kifayətdir ki, bu da ABŞ-ın ümumi ərazisinin 25%-nin sonradan salınmış yaşıllıqlardan ibarət olması ilə bağlıdır. Bundan başqa, göydələnlər önündə əkilən ağacların növ və xüsusiyyətinə də ciddi şəkildə fikir verilməsi zəruridir. Belə ki, elmi baxımdan yaşayış binalarının qarşısında, çinar, söyüd kimi ağacların əkilməsi yolverilməz hesab edilir ki, bunun da çox ciddi səbəbi mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sözügedən ağacların yarpaqları ətrafdakı mikrob və bakteriyaları özünə cəlb edən və bu mikrobları öz yarpaqlarının alt hissəsində cəmləyərək artırıb çoxaldan ağaclar kimi, insanların gur məskunlaşdığı yerlər üçün arzuedilməzdir. Sıx yaşayış zonalarında daha çox iynəyarpaqlı ağacların əkilməsi məsləhət görülür ki, bu da məlum ağacların vərəm çöpləri də daxil bir sıra mikrobları özünə cəlb edib məhv etməsi ilə bağlıdır. Lakin bu gün Azərbaycanda tikilən göydələnlərə ötəri də olsa nəzər salmaq kifayətdir ki, binaların ən cüzi yaşıllığa belə həsrət qalması məlum olsun. Həmçinin, əkilən tək-tük ağaclar içərisində də söyüd və çinar kimi təhlükəli ağac növləri üstünlük təşkil edir ki, bu da həmin ağacların iynəyarpaqlı və digər növ ağaclara nisbətən daha tez böyüməsi ilə əlaqədardır. Bu isə tikinti və abadlıq işləri aparan şirkətlərin insanların sağlamlığından başqa hər şey haqqında düşündüyündən xəbər verir.

İkiqat tələ

Binaların bir-birinə yaxın məsafədə inşasını arzuedilməz edən məqamlardan biri də fövqəadə hallar – xüsusilə də zəlzələ zamanı insanların təxliyyə üçün toplaşa biləcəyi geniş, açıq bir sahəyə ehtiyac duyulması ilə bağlıdır. Qərb ölkələri və eləcə də qonşu Rusiyada göydələnlərin inşası zamanı nəzərə alınan amillərdən biri də binalar arasında kifayət qədər boş, geniş ərazinin olmasıdır ki, bu da təbbi və ya texnogen qəzalar zamanı insanların təhlükəli ərazidən tez və qısa zaman ərzində köçürülməsini təmin edir. Odur ki, sözügedən ölkələrdə binalar arasında park və xiyabanların salınması, idman meydançalarının yaradılması həm də bu məqsədə hesablanır. Xatırladaq ki, paytaxt Bakıda tikilən göydələnlərin inşasında bu amil də nəzərə alınmır ki, bu da istənilən orta ballıq zəlzələdə çox böyük itkilərə səbəb ola bilər. Qeyd edək ki, türkiyədə gerçəkləşən məşhur istanbul zəlzələsi zamanı on minlərlə insan məhz göydələnlər arasındakı park və meydançalarda gecələyərək zəlzələnin növbəti dalğalarını dəf etmiş və bunun sayəsində əlavə itkilərin verilməsinin qarşısı alınmışdır. Azərbaycandakı göydələnlərin əhatəsində bu cür yelərin olmadığını nəzərə alsaq o zaman, varılığı ölüm bəxş edən binaların təbii fəlakət zamanı yerlə bir olacaq divarlarının da gizlənməyə yer tapa bilməyən insanların üzərinə aşacağı məlum olar. Məhz bu baxımdan hazırda minlərlə insanın məskunlaşdığı göydələnləri vətəndaşlar üçün hazırlanmış ikiqat tələ kimi qiymətləndirmək mümkündür.


Pulla alınan ölüm

Yuxarıda qeyd etdiyimiz kimi, yaşayış binalarının inşası üçün gərəkli olan tələblər kifayət qədər böyükdür. Lakin pulun hər cür qayda-qanundan üstün mövqedə qərarlaşdığı Azərbaycanda bu amillərin yerli-dibli nəzərə alınmadığı insanların böyük əksəriyyəti üçün nəini məlum, həm da normal və təbiidir. Ancaq nədənsə insanlar unudur ki, uzun illər ərzində min bir əziyyətlə qazandıqları pulla aldıqları mənzil onlarda cəmi bir neçə ildən sonra amansız xəstəliklərə düçar edəcək. Rahat və geniş mənzillərdə yaşayaraq sağlam həyat tərzi keçirdiyini düşünən insanların bəlkə də bəlli bir qismi ömürlərinin sonuna üzləşdikləri xəstəliklərlə mübarizə aparacaq, lakin bu xəstəliklərinin kökünün yaşadıqları bina ilə əlaqədar olduğunu, hər işə gedəndə, hər işdən qayıdanda bu xəstəliyin düz ortasından keçib getdiklərini ağıllarına belə gətirməyəcəklər. İnsanlar bilməyəcək ki, apardıqları müalicə başa çatar-çatmaz yenidən xəstəliyə düçar olmaqlarının yeganə səbəbi onların gigiyenik baxımdan yararsız olan binada məskunlaşmaları, bu binanın ölüm qoxan nəfəsini içlərinə çəkmələridir. Və insanlar bilməyəcək ki, onların mənzil adı ilə aldıqları şey əslində ölümün ta özüdür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzurla bağlı İranın Rusiyaya “tənqidi”… - Rus ekspert ŞƏRH EDİR
Bu gün, 07:04
"İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" - deputat
Bu gün, 06:57
ABŞ-də namizədlər seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər - “Financial Times”
Bu gün, 06:54
“Kim qalib gəlsə, rəqib nəticə ilə qane olmayacaq” - Şanslar bərabərdir
Bu gün, 06:42
ABŞ seçkisinin ilkin nəticəsi - YENİLƏNİR
Bu gün, 06:31
"Əhval-ruhiyyəsi "təslimçilik" olanlar... Zəngəzur dəhlizinə nəzarətlə bağlı yararsız fikirlər paylaşırlar"
Bu gün, 01:28
Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:23
Kreditlərin faiz ödənişində dəyişiklik olacaq? - GƏLİŞMƏ
Bu gün, 01:21
"Allahım, möhlət ver, ən azından doyunca görək"
Bu gün, 01:16
"Bizə kənar oyunçular lazım deyil" - deputat
Bu gün, 01:13
COP29 ən yüksək səviyyədə keçiriləcək -ŞƏRH
Bu gün, 01:10
Vüqar Musayev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 01:07
Niyə ölkəmizə istirahətə gələnlər ancaq Bakını seçirlər? - AKTUAL
Bu gün, 01:02
“Ermənistanın COP29-da iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:59
Azərbaycanda çörək şirkəti - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:05
Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək - TOPLANTI
Bu gün, 00:02
Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Dünən, 19:00
Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 18:58
"ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Dünən, 18:14
“Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Dünən, 18:12
Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Dünən, 18:10
İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Dünən, 18:08
Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Dünən, 18:07
Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Dünən, 17:51
ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Dünən, 17:49
London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Dünən, 17:48
Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Dünən, 17:42
Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Dünən, 17:41
İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:37
"Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Dünən, 17:34
Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Dünən, 17:26
Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Dünən, 17:23
İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Dünən, 17:21
Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Dünən, 17:18
Flora Kərimovanın səhhəti pisləşdi
Dünən, 17:14
Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Dünən, 17:12
"Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Dünən, 17:09
"Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Dünən, 17:01
Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Dünən, 16:58
Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Dünən, 16:45
“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Dünən, 16:40
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Dünən, 16:36
Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Dünən, 16:30
"Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Dünən, 16:26
Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Dünən, 16:23
Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Dünən, 16:22
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Dünən, 16:19
Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Dünən, 16:14
Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru