İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                 

QİYAMÇI MİLYARDERLƏRƏ QARŞI DAHA BİR AÇIQLAMA
Tarix: 23-11-2012, 09:33 | Çap et
QİYAMÇI MİLYARDERLƏRƏ QARŞI DAHA BİR AÇIQLAMA
"ONLARIN YARARLI OLACAĞINI DÜŞÜNMÜRƏM"

"Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb". Bunu SalamNews-a müsahibəsində “Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri, hazırda Almaniyada yaşayan tanınmış jurnalist Mirzə Xəzər deyib.

- Azərbaycan mediasını izləyirsinizmi, ümumiyyətlə, ölkədə söz və mətbuat azadlığının səviyyəsini necə qiymətləndirirsiniz?

- Hakimiyyət mətbuata qalib gəlib. Mətbuatın azadlığını və müstəqilliyini məhdudlaşdıra bilib. Bu gün faktiki olaraq mətbuat hakimiyyətin cıdığı çərçivəyə sıxışdırılmış haldadır. Prezident Administrasiyası məqsədinə nail olmaq üçün bir neçə metoddan istifadə edib. Birinci metod, cəsur jurnalistləri təqib və təzyiqə məruz qoyaraq, bəzi hallarda həbsə ataraq susdurmaqdır. İkinci metod, maliyyə imkanları məhdud olan qəzetləri, portalları maddi yardım və reklam təklifləri ilə şirnikdirərək onları cilovlamaq, hakimiyyətin istədiyi istiqamətə yönəltməkdir. Üçüncü metod, dövlət və hökumət orqanlarını bürüyən korrupsiya xəstəliyini, bilərəkdən, qərəzlə, mətbuata yaymaqdır. Belə vəziyyətdə mətbuatın nə azadlığı qalar, nə də müstəqilliyi.

- Rusiyada yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı barəsində nə deyə bilərsiniz?

- Bu barədə iki dəfə şərh yazmışam. Mən bu, necə deyərlər, “milyarderlər” ittifaqına ciddi yanaşmıram. İnanmıram ki, milyardlarını SSRİ dağılan anlarda hərc-mərclikdən istifadə edərək “qazanan” insanlar öz variatını riskə atsınlar. Bu, necə deyərlər, “milyarder”lərin Azərbaycanda demokratik cəmiyyət yaratmaq üçün hansısa fədakarlığa hazır olduqlarını da düşünmürəm. İttifaqın yaranan kimi dağılması, buna sübutdur. Bizim “milyarder”lərin o biri xalqların milyarderlərindən böyük fərqi var. Bizimkilər üçün əvvəlcə pul və şöhrət gəlir...

- Siz hazırda Almaniyada yaşayırsınız. Bu ölkənin Azərbaycana münasibəti necədir?Beynəlxalq təşkilatlarda almaniyalı deputatların ölkəmiz haqqında söylədiyi fikirlərə münasibətiniz necədir?

- Mənim alman deputatları ilə əlaqəm yoxdur. Lakin onların mətbuatda çıxan bəyanatları ilə tanışam. Onların bəyanatlarına qiymət verə bilmərəm. Amma unutmamaq lazımdır ki, alman deputatların Azərbaycan haqqında söylədikləri Azərbaycanda fəaliyyət göstərən insan hüquqlarını müdafiə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının hesabatlarına və məlumatlarına əsaslanır. Bəzi hallarda isə bu məlumatlar Almaniyanın Bakıdakı səfirliyi vasitəsilə Berlinə gəlir.

- Regionun ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsinin 20 ildir həll olunmamasının səbəbi nədir?

- Münaqişənin həll olunmamasının bir çox səbəbi var. 1994-cü ildə Bişkək sazişi bağlanandan sonra, 18 ildir Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylər bəyanatbazlıqdan o yana getmir. Bununla yanaşı, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu 18 ildir yerində sayır və fikrimcə, hələ uzun zaman yerində sayacaq. Bu, böyük ədalətsizlikdir. Bir dövlətin ərazisi qonşu dövlət tərəfindən işğal edilir və dünya buna biganə yanaşır. Amma hesab edirəm ki, yalnız dünyanı qınamaq haqsızlıq olar. Rəsmi Bakının yeritdiyi Qarabağ siyasəti də süstlüyü ilə fərqlənir. Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb. Bu səbəbdən artıq 9 ildir hakimiyyət xəyalpərəstliyi ilə fərqlənən nikbin bəyanatlarla ictimaiyyəti sakitləşdirməyə çalışır. Belə siyasət xeyirdən çox, zərər gətirir. Qeyri-real müharibə bəyanatlarının təkrar-təkrar səsləndirilməsi Bakının niyyətlərinin ciddi olmadığını nümayiş etdirir. Ermənilər bunu başa düşürlər və gün keçdikcə daha da həyasızlaşırlar.

- İsrail və Fələstin arasında son vaxtlar yaşanan gərginliklər barədə nə deyə bilərsiniz. Bu məsələdə Azərbaycanın tutduğu mövqe sizi qane edirmi?

- Son vaxtlar İsrail ilə Fələstin, dəqiq deyilsə, Qəzzədəki HƏMAS rejimi ilə yaşanan gərginliyin kökündə əzəli bir məsələ durur. Bu məsələ, İsrailin mövcudiyyəti məsələsidir. HƏMAS Hizbullah, İslami Cihad və əsas etibarilə İranın maddi və mənəvi himayəsinə arxalanan radikal təşkilatlar İsraili xəritədən silmək üçün əlləşirlər. Bu fikir gizlində deyil, media vasitəsilə açıq bəyan edilir. İsraili xəritədən silmək çox asandır. İstənilən şəxs gedib bir xəritə alar və istədiyi ölkəni xəritədən silə bilər. Bunun üçün silahlı mübarizəyə ehtiyac yoxdur. Lakin, məqsəd İsrail dövlətinin yer üzündən silməkdir. Nəcib arzudur, bəlkə bir gün bacararlar, amma indilik bir az çətin işdir. 6-7 milyon əhalisi olan dövləti yox etmək elə də asan deyildir.

Son gərginliyə gəldikdə deyim ki, bu raket atışması hər iki tərəfdə mülki əhaliyə ağır günlər yaşadır. Mənim İsraildə 100-150 qohumum, o cümlədən bacılarım və qardaşlarım var. Təbiidir ki, onların vəziyyəti üçün, həyatı üçün nigaranam. Ancaq mən o biri tərəfin vəziyyətinə, ağrılarına anlayışla yanaşıram. Mən öz qohumlarım üçün nigaranamsa, hansısa bir ərəbin Qəzzədəki qohum-əqrabasının həyatı üçün nigaran qalması təbiidir. Bu sərsəmlik bir an əvvəl bitməlidir. Nə ərəblər israilliləri qova biləcək, nə də israillilər ərəbləri. İkisi də yanbayan yaşayacaqlar. Sülh içində yaşasalar hamı üçün yaxşıdır.

Azərbaycanın bu məsələdə tutduğu mövqe ağıllı mövqedir. Azərbaycan İranın təzyiqlərinə baxmayaraq, ərəb dövlətləri ilə yanaşı, İsraillə münasibətləri davam etdirməsi ən məqul siyasi xəttir və məni qane edir. Azərbaycan müstəqil dövlət kimi müstəqil xarici siyasət yeritməkdə davam etməlidir.

- Bu yaxınlarda Milli Məclis “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edərək cərimələri 30 dəfəyədək artırdı. Sizcə, bu, nə dərəcədə ədalətlidir?

- Burada ədalətdən söhbət gedə bilməz. Azərbaycanda irtica güclənir və bu dəyişikliklər ölkədə mürtəce diktaturanın güclənməsinə gətirib çıxarır. Diktatura gücləndikcə, xalqın hüquqları əlindən alınır və millət itaətkar kütləyə çevrilir. Milləti özünü hakimiyyətin zülmündən xilas etmək üçün hər fürsətdən, hər imkandan məhrum edirlər. Bunun axırı yaxşı olmayacaq…

- Siz uzun müddət Azadlıq radiosunda çalışmısınız. Maraqlıdır hazırda Mirzə Xəzər bu radionu fəaliyyətiniz izləyirmi? Əlaqələri mövcuddrmu?

Mən bu radionun fəaliyyətini izləmirəm. Əlaqələr də mövcud deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru