Azərbaycan iki il əvvəl yaradılmış .....                     Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri .....                     İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                 

“Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır”
Tarix: 15-04-2021, 10:31 | Çap et
“Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır”
Modern.az saytında “Art Time” rubrikası davam edir. Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovadır.

- Səbinə xanım, çalışdığınız teatr hazırda bağlıdır. Tamaşalar oynanılmır. Gənc aktrisa kimi özünüzü necə hiss edirsiniz?

- Hiperaktiv adam üçün hər zaman öyrəşdiyi hərəkət, enerji birdən-birə yoxa çıxır. Böyük böhrana düşürsən. Heç nə sənət enerjisini əvəz etmir. Hətta 12 kq da çəki alırsan. Amma düşünəndə ki, bunların hamsı sağlamlığımız, gələcək rifahımız üçündür, əlbəttə ki insane səbrlə gözləmək qalır.

Tez bir zamanda yenidən sağlam tamaşaçıya sağlam ruhumuzun qovuşacağını arzu edirəm.

- Karantin müddətini necə keçirdiniz?

- Reklam, sənədli və bədii film çəkilişlərim oldu. Amma demək olar ki, fasilələr də çox oldu. Maskamı taxıb, krassovkamı geyinib, qulaqcıqlarımı da qulağıma taxıb düşürdüm piyada küçələrin canına.Və gün ərzində hər janrda 4 bədii film izləyirdim.

- Bildiyimizə görə, “Ata ocağı”nda çəkilirdiniz. Hazırda çəkilişlər necə davam edir?

- “Ata ocağı” ailəsi bu il mənə mənəvi dayaq oldu. Tam 5 il öncə Rüfət müəllimin quruluşçu rejissor olduğu “Bir ailəm var” serialında Sevgi obrazını canlandırmışdım. Hətta Almaniyadan tamaşaçılarım yeni doğulan körpələrinə Sevgi adı da qoymuşdular.

İndi də Dilarə obrazım 19 yaşlı gənc, obyektiv, ağıllı, ailəcanlı, dostcanlı bir qızcığaz tamaşaçıların sevimli qəhrəmanına çevrilib. “Ata ocağı” ikinci ailəmə çevrildi.

- 12 kq çəki aldığınızı söylədiniz. Bu hal sizi narahat etmir?

- Stanislavskinin 4 cildlik “Aktyor sənəti” kitabında fit olmaq barədə heç bir yazıya rast gəlmirik.

Aktyor hər zamam formada olmağı bacarmalıdır!!!

“Aktrisa odur ki, lazım olanda kökəlsin, lazım olanda arıqlasın” - D.Krimov deyir.

Bəli, bunu çox tətbiq etmişəm öz orqanizmimdə. Hər obrazın öz çəkisi var zənnimcə. Və o obrazı canlandıracağım gün mütləq bir neçə gün öncə premyerada olduğum çəkiyə qayıtmaq üçün təbii və süni yollardan istifadə edirdim ki, bunu sizlərə məsləhət görmürəm.

Amma təəssüf ki, pandemiyanın ən böyük fəsadı mənim orqanizmimdə baş tutdu.

Hərəkətsizlik, stress və ən əsası enerjinin idarə olunmaması 12 kq surprizlə qarşıladı məni.

Beyin siqnalı olmadığı üçün bu çəkilərdən azad olmaq kimi istəyim yox idi! Hətta o çəkimlə yeni bir obraza da təsdiqləndim. Bu da bir təcrübə oldu həyatımda. Aktyor kimi şüuraltı yaddaşa həkk elədim hər şeyi.

Və Dilarəni belə sevdik, belə sevdirdik. Toppuş, şirin qızcığaz…

- Sizcə Səbinə Məmmədovanın özəlliyi nədir ki, rejissorlar onu öz filmlərinə çəksinlər?

- Mən bütün kodlarımı açmayacam . Amma mənə ən böyük özəlliyi artıq Allah verib.

Qaldı ki sonrasına, insan hər şeyi zəhmətlə əldə edir. Məsuliyyət və zəhmət ən birinci yerdədir mənim üçün.

- Ali təhsilli bir aktrisasınız və kifayət qədər teatr təcrübəniz var. Günümüzdə elə aktrisalar da var ki, bu sənətdən xəbərsizdirlər və filmlərə çəkilib kifayət qədər qazanc əldə edir, məşhurluq qazanırlar. Münasibətiniz maraqlıdır…

- Ali təhsilli aktrisa var ki, ali təhsilsiz aktrisa ondan bacarıqlıdır.

Allah rəhmət eləsin. Fuad Poladov səhv etmirsə belə deyirdi: “Küçədən keçən uzaq başı bir və ya iki uğurlu obraz oynaya bilər.”

Və Bəhram Osmanovun sözü ilə davam etmək istəyirəm: “İstedad sözünü unudun. Hər şey zəhmətdir”.

Qaldı ki qazanca, Lars Nurenin sözləri ilə davam edim: “Həqiqət insanı yüngülləşdirir, amma elə həqiqətlər var ki, gərək onu deməyəsən, susasan”.

- Azərbaycan aktrisaları arasında pərəstiş etdikləriniz olubmu?

- Karifeylərimiz haqqında maraqlanıram, baxıram , öyrənirəm. Leyla Bədirbəyli, Hökümə Qurbanova, Leyla Şixlinskaya, Nəsibə Zeynalova, Nəcibə Məlikova və bir çoxu.

İndi sevdiklərim də az deyil. Mehriban Zəki, Zemfira xanım, Münəvər xanım, Kəmalə xanım, Gülzar Qurbanova və bir çoxu.

- Aktrisa kimi, yoxsa qadın kimi özünüzü daha xoşbəxt hiss edirsiniz?

- Əlbəttə ki aktrisa kimi.

- Bəzi gənc aktrisalar yaşlandıqda unudulmaqdan qorxurlar. Belə bir qorxularınız varmı?

- Hər yaşın öz gözəlliyi var və hər yaşa uyğun obraz var. Düşünürəm ki, öz yaşımın rollarını uğurla oynayandan sonra belə bir qorxum da olmayacaq. Sənətimi çox sevirəm. İnsan sənətə nə qədər çox sevgi verəcəksə, bir o qədər də qəlblərdə yuva quracaq.

- Sizcə yaratdığınız ən uğurlu obraz hansı olub və nəyə görə?

- Zəhmətlə, səbrlə, sevgi ilə yaratdığım bütün obrazlar uğurlu olub.

Səbəb isə öncə dramaturji materialın güclü strukturu və ya ssenarinin gücü, sonra isə rejissorun inamı, kollektivin enerjisi və əlbəttə ki zəhmət. Bunlar varsa, obrazlar da seviləcək.

- Son olaraq bilmək istərdik ki, öz izləyici kütlənizi formalaşdıra bilmisiniz, yoxsa hələ də formalaşdırmaqdasınız?

- Tamaşaçılarımı iki kateqoriyaya bölərdim: birinci teatr tamaşaçıları. İkinci serial və filmlərdən qazandıqlarım. Serialdan bəyənib sonra tamaşalarıma gələn də var.Yalnız teatrdan məni sevən, seriallara çəkilyimə etiraz edən tamaşaçım da var. Deməzdim hazırda yüzlərlə tamaşaçım var. Heç inandırıcı da çıxmaz.

Amma mənə əziz, sevimli, indinin özündə belə səhnəyə qovuşmağı mənim qədər arzu edən dəyərli tamaşaçəlarım var. Allaha şükürlər olsun ki, bu günə kimi ortaya qoyduğum yaradıcı fəaliyyətim özfəaliyyət səviyyəsində qalmayıb. Bu gün mənim ən böyük qazancım məhz bu pandemiya dövründə mənimlə maraqlanan tamaşaçılarımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan iki il əvvəl yaradılmış - LİZİNQ ŞİRKƏTİ LƏĞV EDİLİR
Bu gün, 00:05
Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 00:02
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Dünən, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Dünən, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Dünən, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Dünən, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Dünən, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Dünən, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Dünən, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Dünən, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Dünən, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Dünən, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Dünən, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Dünən, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Dünən, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Dünən, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Dünən, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Dünən, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Dünən, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Dünən, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Dünən, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Dünən, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Dünən, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Dünən, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Dünən, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Dünən, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Dünən, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Dünən, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Dünən, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Dünən, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Dünən, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Dünən, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Dünən, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Dünən, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Dünən, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Dünən, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Dünən, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Dünən, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Dünən, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Dünən, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Dünən, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Dünən, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Dünən, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Dünən, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Dünən, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Dünən, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Dünən, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru