Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Elçin Qurbanov İqtisadçı ekspert - OVQAT.COM
Bəzi deputatlara tənqidi fikirlərinə görə xəbərdarlıq edilməsini və onlara KİV vasitəsilə hücum planlaşdırıldığını eşitdim və çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, belə basqılar dövləti öz mahiyyətindən uzaqlaşdırmaqdır.
Millət vəkillərinə konkret göstərişlər vermək , onların fəaliyyətini senzuraya salmaq heç bir hakimiyyət orqanı tərəfindən həyata keçirilə bilməz. Deputat Siyavuş Novruzov Sahil Babayevə kəndlilərə verilən inəklərin bəzən xəstə olduğunu bildirdiyinə görə xəbərdarlıq edilməsi Mİllət vəkilini , onun mandatını təhqir etməkdir. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığı barədə Konstitusiyamızın 91-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz”. Heç intizam məsuliyyətinə də cəlb oluna bilməzlər.
Dövlət yalnız icra hakimiyyətindən ibarət deyil. Azərbaycan Respublikası dövlət olaraq hakimiyyət bölgüsünə əsaslanır. Nazir təyinatlı vəzifədir. Millət Vəkili seçkili hakimiyyət orqanının nümayəndəsidir. Xalqın mandat verdiyi şəxsdir. Dövlət barədə sağlam anlayışı olmayanlara xitabən bir tarixi nümunəvi yanaşmanı diqqətə ərz etmək istəyirəm.
Hakimiyyət bölgüsünü obrazlı şəkildə təsvir edən Amerika konstitusiyasının müəlliflərinin fikrincə, yaxşı idarəçiliyin xarakterik cizgiləri ondan ibarətdir ki, dövlətin gücü qanunverici hakimiyyət konqresin əlində cəmləşir, dövlətin enerjisi icra hakimiyyətnə prezident rəhbərlik edir, dövlətin müdrikliyi sayılan məhkəmə hakimiyyəti isə ali məhkəmə və aşağı məhkəmələr tərəfindən həyata keçirilir. Bu da dünyanın super dövlətinin dövlətçilik prinsipləri.
Bu günümüzdə də hüquq ensiklopediyası kimi qəbul olunan , “Qanunların ruhu” kitabının müəllifi Şarl Lui Montseke deyirdi ki, vətəndaşların siyasi azadlıqlarının təmin olunması üçün elə etmək lazımdır ki, vəzifə daşıyan istənilən hakimiyyət nümayəndəsi öz səlahiyyətlərindən sui istifadə edə bilməsin. Döğrudur, təcrübə göstərir ki. istənilən hakimiyyət nümayəndəsi öz səlahiyyətlərindən sui istifadə etmək imkanına malikdir, lakin onun qarşısını almaq üçün bütün hakimiyyət qollarının biri-birinə nəzarətetmə mexanizmi müəyyən edilməli, biri digərini qanunsuz fəaliyyətdən çəkindirməlidir. Amma çoxluğun və xalqın iradəsinin ifadəsi kimi qanunverici hakimiyyət digər hakimiyyət qolları üzərində daha çox nəzarət imkanına malik olmalıdır.O xalq qarşısında hesabatlı olmalıdır.
Dünya şöhrətli Con Lokk isə deyirdi ki, əgər hakimiyyət orqanları hüquqları və dövlətin qəbul etdiyi qanunları pozmaqla fəaliyyət göstərərsə onda nəinki dövlətin normal idarə edilməsi və insan haqqları pozular, xalq köləyə çevrilər və məhv olar. Çox yaxşı olardı ki, millət vəkillərinə basqı etmək fikrinə düşən vəzifəli şəxslər , televiziyalar bir az dövlət barədə zəruri biliklərə sahiblənsinlər. Bilsinlər ki, millət vəkili öz seçicisinin iradəsini ifadə edə bilmirsə o millət vəkili deyil. Əgər hər hansı icra hakimiyyəti orqanının fəaliyyətini tənqid etməyi ölkə Prezidentinə qarşı atılan addım hesab edib yersiz siyasi xal qazanmaq firkinə düşüblərsə bu özü elə dövlətə xəyanət etmək deməkdir. Belə hallar üçün mərhum Heydər Əliyevin çox mükəmməl bir kalamını xatırlamaq yerinə düşər: “Yalançını, oğrunu və rüşvətxoru qəhrəman etmək öz xalqına xəyanət etməkdir!”. Bu qədər sadə.
Daha bir sözünü də xatırladım ki, bir az daha anlaşılan olsun “Mənə şirin yalanları yox , acı həqiqəti söyləyin”. “Problem varsa , deməli həll olunmalıdır!” Yoxsa problemi gizlətmək , gözə kül üfürmək yox. Təyinatlı vəzifə tutan şəxslərin fəaliyyətindəki qüsurlar belə çıxır ki, Prezidentdən və ictimaiyyətdən gizlədilməlidir. Mİllət vəkili danışarsa Prezident və Xalq eşidər deyə qüsurlar örtbasdır edilməlidir? Bu xəstə təfəkkür dövlətin normal fəaliyyətinə, cəmiyyətin dövlətçilik təfəkkürünə ciddi xələl gətirir, pis nümunə kimi insanları dövlətə və xalqa xəyanət ruhunda tərbiyə edir. Tənqidi fikirlərinə görə millət vəkillərinə yalnız təşəkkür düşür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
|