Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasında “özünütəmizləmə prosesi” gedir. Baş nazir Nikol Paşinyan seçkilər öncəsi komandanı süzgəcdən keçirir, ümid edir ki, bu, partiyasının nüfuzunu artıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” yazır.
Nəşr bildirir ki, Paşinyan partiya elitasına komandanı təmizləməyi və bu və ya digər şəkildə qalmaqalın mərkəzində olanları, qaydalara tabe olmayanları və komandanı nüfuzdan salaraq, onu zəif vəziyyətə salanları xaric etməyi əmr edib:
“Paşinyan həm partiyanın sıravi üzvləri, həm də elitasının nümayəndələrini hədəfə alıb”.