"Həyatda düz-əməlli əxlaqı olmayan adamlar dərdini danışana əxlaq dərsi keçirlər" - PROBLEM
Tarix: 14-04-2021, 09:10 | Çap et
Bu gün ölkə telekanallarının böyük bir hissəsini sosial yönümlü verilişlər əhatə edir. Həmin verilişlərdə əsasən ailə-məişət mövzuları, kimlərinsə həyatları müzakirə olunur. Bəzən bu müzakirələr öz sərhədlərini aşır desək, heç də yanılmarıq. Ən acınacaqlısı da odur ki, həmin verilişlərə 7-dən 77-yə qədər hər kəs baxır. Hər gün evlərimizin "çağrılmamış qonaqlar"ı gələcək nəsillərin tərbiyəsinə necə təsir edə bilər? Sputnik Azərbaycan olaraq bu məsələni müzakirə etdik.
Media eksperti, professor Qulu Məhərrəmli deyir ki, əgər orada azyaşlılar üçün zərərli informasiyalar varsa, qəbul olunmuş qaydaya görə, onlar müəyyən rənglərdən istifadə etməli və yaş məhdudiyyətini göstərməlidirlər: "Həmin verilişlər daha çox reklam qazandıran verilişlərdir. Ona görə də barəsində danışdığımız verilişlər həmin saatlarda efirə gedirlər. Dünya təcrübəsində də bu var. Məsələn, "18+", "12+", "16+", "7+" kimi işarələr qoyulur ki, bu yaşlarda olan uşaqlar və yeniyetmələr baxmasınlar. Amma təəssüf ki, bizim telekanallar buna riayət eləmirlər. İkinci bir məqam - niyə bu tipdə verilişlər efirlərdə çox gedir".
Məhərrəmlinin dediyinə görə, indi həmin verilişlər nisbətən azalıb:
"İki il əvvəl bu tipli verilişlər hədsiz çox idi. Qeyri-normativ hərəkətlər çox idi. İnsan talelərini şouya çevirmək, ədəbdən kənar situasiyalar baş verirdi. Etikadan kənar mövzular qoyulurdu. Qismən azaldılsa da, hələ də qalıb. Bunlar televiziyalarımızın "qara yarası"dır. Bunu şüurlu şəkildə, bilərəkdən edirlər ki, guya bununla insanların diqqətini ciddi verilişlərdən, ciddi problemlərdən uzaqlaşdıracaqlar. Amma görünən odur ki, bu, olduqca yanlış yanaşmadır. Cəmiyyətə çox ciddi ziyan verən, yeniyetmələrin psixologiyasını pozan, ictimai əxlaqa mənfi təsir edən nəticələr var. Milli Televiziya və Radio Şurası (MTRŞ) da bununla bağlı tədbirlər görür, amma görünür ki, bu tədbirlər kifayət deyil. Televiziyaların qanunda müəyyən olunmuş məhdudiyyətlər var, onlar buna mütləq əməl etməlidirlər". Psixoloq Aytən Ələkbərova bildirir ki, bu tipli verilişlər uşaqlar üçün olduqca zərərlidir: "Bəzən həmin verilişlərə uşaqlar öz dayələri, anaları və ya nənələri ilə birlikdə baxırlar. Bəzən onlar öz işlərini tez bitirib otururlar televizorun qarşısında ki, həmin verilişlərə baxsınlar. Orada baş verən hadisələr uşaqların, yeniyetmələrin psixologiyasına təsir edir. Bəzən valideynlər deyirlər ki, uşaqlar verdiyimiz tərbiyəyə uyğun yox, başqa cür hərəkət edirlər, danışırlar. Araşdıranda görürsən ki, həmin verilişlərdən qaynaqlanıblar. Oradakı "qəhrəmanlar" kimi danışırlar, onlara bənzəyirlər. Buna görə də azyaşlılar həmin saatlarda ekran başında olmamalıdırlar".
Psixoloq bildirir ki, həmin verilişlərin müsbət tərəfləri də var: "Bəzən yeniyetmələr həmin verilişə baxır və oradan nəticə çıxarırlar. Tutaq ki, oradakı "qəhrəman"ın səhvi nəticəsində başına bədbəxt hadisə gəlib. Eyni səhvi etməyə çalışan yeniyetmə yolundan çəkinir. Oradakı ekspertlərin – hüquqşünasların, psixoloqların, həkimlərin fikirlərindən yararlananlar da var. Mən özüm də bir sosial yönümlü verilişdə ekspert kimi iştirak etmişəm. Mən görürdüm ki, hansısa problemi olan şəxs o veriliş sayəsində öz dərdinə çarə tapıb".
Bir çox televiziyalarda rejissor kimi fəaliyyət göstərən rejissor Elçin Elxanlı bildirir ki, həmin verilişlərdə ciddi mövzular müzakirə olunsa, bu, yeniyetmə və uşaqlara mənfi təsir göstərməz: "Ötən əsrin 80-ci illərindən başlayaraq dünyada sosial yönümlü verilişlər yaradılmağa başlandı. Azərbaycanda isə 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başladı. Sosial yönümlü verilişlərimizdə daha çox ailə-məişət mövzusu qabardıldığı üçün, daha çox əxlaqında problem olan insanların həyatları müzakirə olunduğu üçün bu, uşaqların əxlaqına mənfi təsir göstərə bilər. Övladını atan, evdən qaçan və digər bu kimi əxlaqında problemlər olan insanların həyatı gündəmə gəlməsə, daha ciddi mövzular müzakirə olunsa, yeniyetmə və uşaqlarda fəsadlar törətməz".
Elxanlı əlavə edir ki, həmin verilişlərdə ekspert qismində iştirak edən insanlara diqqət edilməlidir: "Onlar son 10-12 ildə daha çox vüsət almağa başladı. Həmin verilişlərlə böyüyən uşaqlar indi gəncliyi təşkil edirlər. Gördüyünüz kimi, hazırda 18-20 yaşlı uşaqların intiharına daha çox rast gəlirik. Və yaxud rayondan gizlin qaçıb gələn xeyli gənc var. Bu problemlərin yaranmasında həmin verilişlərin də rolu var. Əslində həmin verilişlər elə həmin saatlarda getməlidir. Sadəcə olaraq, müzakirə olunan mövzulara, oraya çıxarılan insanlara diqqət edilməlidir. Ən vacib məsələ də orada ekspert qismində çıxış edən insanlardır. Hansı ki, mövzunu müzakirə edir, gələn qəhrəmanı mühakimə edir. Bax o insanlara diqqət yetirilməlidir.
Çarəsiz, hansısa bir dərdinə dərman axtaranları müzakirə və mühakimə edənlərə diqqət etmək lazımdır. Baxırsan ki, həyatda düz-əməlli əxlaqı olmayan adamlar dərdini danışana əxlaq dərsi keçirlər. Bu kimi şeylərin qarşısı alınmadır. Hətta aparıcılar özləri də hakim obrazını alıblar. Məhkəmə qururlar, sanki. Və insanları aşağılayırlar. Buna baxan azyaşlı, əlbəttə, bir dərs almayacaq. Etik qaydalara riayət edilməlidir. Bundan əlavə, verilişlərin xronometrajları (müddəti - red.) həddindən artıq çoxdur. Hər gün 3-4 saat insanları bu qədər yükləmək olmaz".
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov da məsələyə münasibətini bildirdi:
"Həmin verilişlər kateqoriyalara bölünür: "6+", "12+", "16+", "18+". Yayıma biz baxırıq, amma həmin proqramların bölgüsünə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Onların nəzdində yaradılan ekspert qrupları həmin proqramları kateqoriyalaşdırmalıdır. Mövcud durumda o kateqoriyalaşdırılma hazırda olmadığından biz təyin edə bilmərik ki, həmin veriliş hansı kateqoriyaya daxildir və ya daxil deyil. Ümumi qəbul olunub ki, ümumi baxış üçün nəzərdə tutulub. Qanunvericilikdə həmin saatlarda o verilişlərin getməsini qadağan edən tələb yoxdur. O tələb olmadığına görə biz hələlik həmin verilişlərə müdaxilə edə bilmirik. Əgər hansısa verilişə "16+" kateqoriyası qoyulursa, həmin veriliş axşam saat 21-dən sonra göstərilməlidir. Yox əgər kateqoriya qoyulmayıbsa, həmin veriliş efirə gedirsə, burada heç bir qanun pozuntusu yoxdur. O verilişi siz "16+" kimi qiymətləndirirsinizsə, bu o demək deyil ki, bu "16+"dur. Bunu subyektiv yanaşma ilə təyin etmək olmaz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kateqoriyalaşdırma aparmalıdır. Filmləri, şou-proqramları, verilişləri kateqoriyalara ayırmalıdırlar. Bu olmadığından, hələlik ümumi qəbul olunur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan iki il əvvəl yaradılmış - LİZİNQ ŞİRKƏTİ LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 00:02 |
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Dünən, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Dünən, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Dünən, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Dünən, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Dünən, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Dünən, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Dünən, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Dünən, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Dünən, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Dünən, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Dünən, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Dünən, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Dünən, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Dünən, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Dünən, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Dünən, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Dünən, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Dünən, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Dünən, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Dünən, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Dünən, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Dünən, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Dünən, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Dünən, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Dünən, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Dünən, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Dünən, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Dünən, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Dünən, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Dünən, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Dünən, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Dünən, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Dünən, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Dünən, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Dünən, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Dünən, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Dünən, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Dünən, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Dünən, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Dünən, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Dünən, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Dünən, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Dünən, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Dünən, 09:19 |
|
|
|
|