Azərbaycan iki il əvvəl yaradılmış .....                     Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri .....                     İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                 

"Telekanallarda səviyyəsizlik baş alıb gedir, bəzi verilişlər ancaq hırrraxana, məzhəkə..."
Tarix: 6-04-2021, 08:57 | Çap et
"Telekanallarda səviyyəsizlik baş alıb gedir, bəzi verilişlər ancaq hırrraxana, məzhəkə..."
Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı Moderator.az-ın suallarını cavablandırıb.

- Rövşanə xanım, uzun illər əvvəl çalışdığınız "Space" telekanalına yenidən qayıtmısız. Hal-hazırda bu telekanal sizə necə təsir bağışlayır?

- 11 il əvvəl Speys telekanalını necə qoyub getmişdiksə elə də qalıb. Biz köhnə komandamızla çalışırıq ki, yenidən yığışaq və yeni layihələrlə tamaşaçıların görüşünə gələk. Çünki televiziyada elə də bir dəyişiklik olmayıb. Biz də çalışırıq ki, daha müasir formada telekanala yenilik gətirib, tamaşaçının zövqünü oxşayaq, daha ciddi, aktual problemlərə toxunaq. Əvvəlki dönəmdə biz işləyə bilmədik, getdik. İndi artıq hesab edirəm ki, yeni rəhbərlik, yeni nəfəs, yeni komanda gəlib, hər şey dəyişəcək.

- Bu xəbəri bir çox istaqram səhifələri paylaşmışdı və izləyicilər də rəylərdə yazmışdılar ki, Vaqif Mustafayev Speys telekanalından uzaqlaşan kimi Rövşanə xanım geri qayıtdı. Vaqif müəllimlə həqiqətənmi münasibətiniz yox idi?

- Vaqif Mustafaev Speysə rəhbər təyin olunanda ən son olaraq orada çalışan komanda nümayəndələrindən biri də mən idim. Vaqif Mustafayev məni işdən çıxarmamışdı, öz ərizəmlə getmişdim. Hətta Etibar Babayevin komandası gedəndən sonra 3 il Vaqif Mustafayevlə çalışdım. ANS telekanalı bağlananda Vaqif Mustafayev şəxsən məni efirə dəvət etdi, veriliş verdi, 1 ilə yaxın Speysdə çalışdım. Bizim Vaqif Mustafayevlə heç bir şəxsi qərəzliyimiz, düşmənçiliyimiz olmayıb, normal münasibətlərimiz olub. Sadəcə olaraq Vaqif Mustafayevin təqdim etdiyi formatla mənim düşündüyüm format tamamilə əks idi. Ona görə mən televiziyadan ayrıldım. Vaqif Mustafayev yaxşı rejissordur, gözəl sənətkardır, amma təbii ki, televiziya tamam başqa aləmdir. Hesab edirəm ki, o artıq televiziya dönəmini başa vurub. 11 ildən sonra Speys telekanalından dəvət gələndə çox sevindim, çünki oranın daşı, torpağı, pilləkənləri, bir sözlə, hər şeyi mənə doğmadır.

- Biz sizi hər zaman baxımlı tok-şoularda görmüşük. Hər zaman çox aktual mövzulara toxunursunuz. Hətta mədəniyyətə də. Toxunmadığınız mövzu qalıb?

- Maksimum dərəcədə çalışıram ki, tamaşaçını maraqlandıran suallara cavab axtarım. Bəlkə də verilişlərimin reytinqli olmasının səbəbi budur. Çünki tamaşaçı evdə televizor qarşısında əyləşir və özü-özlüyündə hansısa suala cavab tapmağa çalışır. Bu anda Rövşanə efirdə artıq həmin sualı qonağına ünvanlayır. Tamaşaçı da deyir ki, bax mən elə bunu bilmək istəyirdim, nə yaxşı ki, aparıcı həmin məsələyə toxundu. Mən tamaşaçının nəbzini tuturam, ürəyinin səsini eşidirəm. Düzə-düz insanam, çalışıram ki, haqqı göstərim. Heç vaxt dəvət etdiyim qonağımı yalandan tərifləyə bilmərəm. Dəfələrlə olub ki, qonaqlar gəlib deyiblər ki, mənim titullarımı sadala, amma mən bilirəm ki, bəzi qonaqlar var ki, onların bir çoxu bu sadalanan titullara layiq deyillər. Bu titullara, fəxri adlara hansısa yollarla nail olublar. Əslində teleaparıcı neytral olmalıdır, mən bir az bu qanunları pozuram. İstər-istəməz mən biləndə ki, efirə dəvət etdiyim insan məndən haqqı olmaya-olmaya tələb edəndə ki, məni belə təqdim et, məni elə təqdim et, mən o zaman əsəbləşirəm. Onları yağlayıb, yaltaqlana bilmərəm. Bəlkə də məni Rövşanə edən bu xüsusiyyətimdir. Bəzən küçədə insanlar məni görəndə yaxınlaşıb deyirlər ki, “nə ürəyimizdən tikanı çıxardın”. Həmişə çalışıram ki, sözün düzünü deyim. Bu da nədən irəli gəlir? Kifayət qədər mütaliəliyəm, qonağım haqqında məlumatlı biriyəm.

- Bəzən görürük ki, teleaparıcı qonağı dəvət edir, amma onu necə təqdim edəcəyini bilmir.

- Heç bir aparıcı məndən inciməsin, amma indiki aparıcıların bir çoxu məlumatlı deyillər, Azərbaycan dilini yaxşı bilmirlər. Efirə qonaq çağırır, gözləyir ki, redaktor bunun qulağına
nəsə deyəcək və bu sual verəcək. Efirə hazırlaşmırlar. 90 faiz aparıcıların bir çoxu efirə paltarını, üzünü, gözünü, kipriyini göstərməyə çıxır. Sulları da ancaq budur ki, mən efirdən necə görünürəm? “Mən efirdən necə görünürəm?” deyən aparıcı jurnalist deyil. Bu gün hansı aparıcı ilə olursa-olsun mən debata da hazıram. Ola bilər ki, onlar məndən daha gözəl geyinib, saç düzümündə efirə çıxsınlar. Mən uzun illərdir eyni imicdəyəm, fərqli makiyajda efirə çıxmıram. Aktrisa, müğənni deyiləm ki, gündə bir imiclə tamaşaçı qarşısına çıxım. Mən danışığımla, sözümlə, verdiyim sualla hər zaman gündəmdə qalmışam. Bu gün telekanallarda da vəziyyət ürəkaçan deyil. Səviyyəsizlik baş alıb gedir, telekanallardakı verilişlərə baxıram, ancaq hırrraxana, məzhəkə. Reytinq xatirinə bu qədər yerin dibinə enmək olmaz. Ona görə də sənətkarlarımız efirlərdən uzaq qaçır. Özünə, sözünə güvənən insanlar bu gün efirə çıxmaq istəmir. Düşünür ki, mənim yanımda hansısa mənasız, hırıltıya xidmət edən bir insan oturacaq. Mən maksimum çalışacağam ki, “Olduğu kimi” verilişim vasitəsilə efirlərdən uzaq düşən ziyalıları yenidən televiziyaya qaytarım.

- Bu gün tamaşaçını aldatmaq olur?

- Təəssüf edirəm ki, bəzən tamaşaçını teleaparıcılar görünüşü ilə aldadırlar. Siz baxın mənimlə birgə neçə illərdir çalışan teleaparıcılara, tamaşaçını görünüşlə, saç düzümü ilə, makiyajla aldada-aldada hara qədər gəlib çıxa bilirlər ki? Bir yerə qədər. Bir yerdən sonra tamaşaçı istəyir ki, teleaparıcı efirdə normal danışsın, qonağı ilə söhbət etsin. Nə qədər reklamla götürülmüş geyimlərlə teleaparıcı efirdə özünü göstərə bilər?

- Adətən sizin haqqınızda deyirlər ki, sualı da özü verir, cavabı da.

- Təəssüf edirəm ki, bəzən bizim hörmətli tamaşaçılar aqressiyalarını düzgün şəkildə hara ünvanlayacaqlarını hesablaya bilmirlər. Biri daş atır, 5 nəfər də onun dalınca gedir. Bəzən mənim müsahiblərim, qonaqlarım efirdə səsləndirdiyim suala doğru-dürüst cavab vermirlər, sualdan yayınırlar. Mən bilirəm ki, həmin qonaq sualdan yayınır. Mən də həmin sualın cavabını bilirəm və cavablandırıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan iki il əvvəl yaradılmış - LİZİNQ ŞİRKƏTİ LƏĞV EDİLİR
Bu gün, 00:05
Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 00:02
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Dünən, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Dünən, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Dünən, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Dünən, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Dünən, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Dünən, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Dünən, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Dünən, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Dünən, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Dünən, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Dünən, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Dünən, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Dünən, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Dünən, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Dünən, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Dünən, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Dünən, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Dünən, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Dünən, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Dünən, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Dünən, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Dünən, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Dünən, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Dünən, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Dünən, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Dünən, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Dünən, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Dünən, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Dünən, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Dünən, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Dünən, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Dünən, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Dünən, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Dünən, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Dünən, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Dünən, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Dünən, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Dünən, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Dünən, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Dünən, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Dünən, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Dünən, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Dünən, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Dünən, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Dünən, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru