Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                 

"Burada azərbaycanlılar məni buraxmaq istəmir"
Tarix: 31-03-2021, 11:25 | Çap et
"Burada azərbaycanlılar məni buraxmaq istəmir"
Əməkdar artist Mətanət İskəndərli Moderator.az-ın suallarını cavablandırıb.

- Mətanət xanım, hal-hazırda Moskvadasız. Orada işləriniz necə gedir?

- Öncə sizin saytınız vasitəsilə bütün Azərbaycanı, xalqımızı və dostlarımı salamlayıram. Onların keçmiş Novruz bayramını təbrik edirəm. Mən 35 ildir ki, bu sənətdəyəm, hər dəfə Moskvaya gəlib getmişəm. Sözün düzü hazırlaşırdım ki, Almaniyaya gedim, Moskvaya iki toya dəvət alıb bura gəldim, uzun müddət qalmaq fikrim yox idi. Mən Moskvaya qışda gəlmişdim, gəldiyim müddətdə toylar çox yox idi, amma çoxlu konsert proqramlarına dəvət aldım. Amma indi toylarımız var, çünki bizim həmvətənlərimiz dünyanın hansı ölkəsində olursa-olsun qədim toy adət ən-ənəmizi yaşadırlar. Burada azərbaycanlılar məni buraxmaq istəmir. Əllərinə elə düşmüşəm ki. Deyirlər ki, səni buradan buraxmayacağıq, güclə əlimizə keçmisən (gülür).

- Amma digər sənətçilərin biznesləri olduğundan heç Bakını tərk etmədilər. Heç vaxt fikirləşməmisiz ki, bir biznes qurasız?

- Mən hər zaman istəmişəm ki, özümə biznes qurum, amma buna vaxtım olmayıb. Sənətimə o qədər bağlı olmuşam ki, ancaq onu fikirləşmişəm. Mənim biznesim öz sənətim olub, toylardan qazandığımı da həmişə sənətimə yatırım etmişəm. 700-ə yaxın mahnım var mənim. Çox şadam və sevinirəm ki, hər zaman tamaşaçı tərəfindən tələb olunan sənətçi olmuşam. Məni Mətanət İskəndərli edən də tamaşaçılarım, onların mənə, repertuarıma, mahnılarıma olan sevgiləri olub. Nə yaxşı ki, mənim var-dövlətim əsərlərim, oxuduğum mahnılar. Mən bilirəm ki, sabah dünyada olmasam da onlar yaşayacaq. Hələ də mahnılar yazdırıram, hətta Moskvada bir neçə klip də çəkdirəcəm. Mən işləməsəm dayana bilmərəm. Ona görə də bura gəldim. Çünki Bakıda toy yox, konsert yox, qazanc yox! Nə etməli idim? Bir müğənni nə qədər işsiz dayana bilər! Moskvada həm sənətimi inkişaf etdirirəm, həm də toylardan qazanc əldə edirəm. Ruzini verən Allahdır. Pul arxasınca heç vaxt qaçmamışam, qazancımın bərəkətli olmasını Allahdan istəmişəm. Onun icazəsi olmadan ağacdan yarpaq da düşə bilməz. Burada pandemiya heç hiss olunmur, həyat öz axarı ilə gedir. Koronovirus burada çox da meydan sulamır, bizimlə “çiling-ağac” oynamır. Hətta xəstələnmişdim, qorxurdum ki, koronavirus olaram. Burada azərbaycanlılar sağ olsunlar, neçə-neçə gözəl ailə ilə tanış olmuşam, qonaq aparırlar məni. Xəstələnəndə mənə əriştəyə kimi, əvəlikli umaca kimi hazırlayıb gətirmişdilər, küpə qoydular, qan aldılar, sağaltdılar məni. Sağ olsunlar başıma dolanırlar.

- Ara-sıra Bakıya gəlib-gedirsiz?

- 3 aydır ki, gəlmirəm. Ən çox nəvələrim üçün darıxıram. Ən çox da qız nəvəm, adımı daşıyan Mətişim üçün darıxıram. Ruhlan nəvəm də arada nəsə istəyəndə deyir ki, “Çəpənçə, filan şey istəyirəm” görürəm ki, yazır (gülür). Mətanət nəvəm hər gün zəng edir ki, mən səni çox istəyirəm. Onlar mənə “Çəpəncə” deyirlər. Onlar mənim nəfəsimdir! Bütün dostlarım üçün, Bakı üçün darıxmışam. Vətəndən uzaqda olanda daha da çox istəyirsən oranı.

- Moskvaya getməyinizin səbəbi təkcə toy idi yoxsa başqa səbəblər də var idi?

- Xeyr, başqa nə səbəb ola bilər ki? Bəzi sözgəzdirən insanların bir çoxu yazır ki, “ayyy getdi Moskvaya”. Guya bir birinci dəfədir ki, Moskvaya gəlib gedirik. Bizim işimiz bundan ibarətdir də.

- Mətanət xanım, son aylar sizin ünvanınıza qarşı çox iddialar səslənir, qarayaxma kampaniyalarına start verilib. Siz bir dəfə də olsun ki, bir söz danışmamısız, təbii ki, sizi müdafiə edən sənət dostlarınız çox oldu. Bütün bunlara veriləcək cavabınız var?

- Təbii ki, mənə qarşı haqsızlıqlar hər zaman olub və indi də var. Yenə də şükür Allahın məsləhətin. Bizim dünyaya gəlişimiz imtahandır. Mən də belə anlarda Allahdan səbr və dözüm diləyirəm. Təki Allah bizi bundan da çətin imtahanlara çəkməsin. Hər şey Allahın qismətidir. İnsan yaşa dolduqca, həyatı başa düşdükcə gileylənmir. Təki ölüm-itim olmasın, can sağlığı olsun. İnsanın həyatında hər şey ola bilər. Taleyimizə nə yazılıbsa onu da yaşayacağıq. Mən naşükür bəndə deyiləm. Çətin anlarım olanda, haqsızlıqlarla üzləşəndə deyirəm ki, Allahım şükür sənin məsləhətinə. Dünya zülmlü, haqsız dünyadır, nahaq dünyadır. Belə şeylər təkcə mənim başıma gəlməyib ki. Tanınmış insanlara daş atanlar çox olur. Quyu qazmaq istəyənlər, qara yaxıb, gözdən salmaq istəyənlər olur. İbrahim Tatlısəs demişdi ki, tanınmış olmaq, alovdan don geyinmək kimi bir şeydir. Bu söz hər zaman mənim yadımda qalıb, hələ 20 il əvvəl demişdi. Allah bilir ki, kim necədir, kim nətərdir? Allah hamı üçün xeyirlisini qismət etsin. Çünki başqasının xoşbəxtliyini istəməyən insan heç vaxt özü xoşbəxt ola bilməz. Gərək sən bütün ətrafına xoşbəxtlik arzu edəsən ki, özün də xoşbəxt olasan! Hamını bəxtəvər, xoşbəxt görmək istəyirəm. Dərdli görmək istəmirəm, bir dərdli adam görəndə elə bilirəm ki, öz dərdimdir, özümə gələ bilmirəm. Mən həyatı belə başa düşürəm.

- Azərbaycana nə vaxt qayıdacaqsız?

- Arzu edirəm ki, tezliklə gözəl vətənimizdə, ölkəmizdəki o toylu-düyünlü, xoşbəxt günlər geri qayıtsın. Biz də köçəri durnalar kimi qayıdıb gələk öz elimizə, vətənimizə. Mənim bu mövzuda bir mahnım da var. “ Telli durna, sanmakı yaralı, sancılmış qanadı ötən buluda, bir gün gələr, uçar öz yurduna”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru