İki dövlət qurumu ilə bağlı mühüm qərar yaxın günlərdə rəsmən elan olunacaq - Vəzifələrini itirənlər var…
Tarix: 24-02-2015, 10:43 |
Çap et
DİA.AZ: - Son günlər adları müxtəlif qalmaqallarda hallandırılan iki məmurla və daha bir neçə vəzifəli şəxslə bağlı qərar verilə bilər. Bunu DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə söyləyib.
Xəbəri verən qaynağın iddialarına görə, hakimiyyət, ümumiyyətlə, öz düşərgəsində bir sıra «təmizləmə» işlərini həyata keçirmək niyyətindədir. Mənbənin dia-az.life-a söylədikləri:
«Təbii ki, struktur islahatları fonunda işlərini itirənlər də bu əsnada «vurulacaqlar». Onlardan biri «Azenerji»nin rəhbəri Etibar Pirverdiyevdir. Eyni zamanda Energetika nazirliyinin ləğvi də gözləniləndir ki, bununla da Natiq Əliyevin vəzifəsi ilə vidalaşacağı şübhəsizdir. Amma Etibar Pirverdiyevdən fərqli olaraq, Natiq Əliyevin Dövlət Neft Şirkətində vəzifəyə gətirilməsi planlaşdırılır».
Məlumatı verən mənbə dia-az.life-a bildirib ki, bütün bunlar rəsmi Bakının yaranmış neft böhranı ilə əlaqədar vəziyyətdən çıxa bilməsi üçün tədarükü kimi qiymətləndirilməlidir: «Təbii ki, iki dövlət qurumunun ləğvi çox ciddi addımdır. Amma çrxdan bu qərarlar verilə bilərdi. Hətta neftin baha olduğu vaxtlarda belə. Çünki Energetika nazirliyi artıq öz «sənayesini» itirəndən sonra kifayət qədər əhəmiyyətsizləşmişdi. Eləcə də son olaraq kifayət qədər səlahiyyətlərə malik «Azərişıq»ın fonunda «Azenerji»nin saxlanılması bir növ əlavə xərc kimi görünür».