Rusiyadan şok iddia: Amerikalılar vəhabiləri İlham Əliyevin üzərinə qaldıra bilər - "Azərbaycanda vəhabilərə qarşı şiələr dayanıb"
Tarix: 17-01-2015, 11:46 |
Çap et
“Heç bir şübhə yoxdur ki, ABŞ-ın Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq Azərbaycanda müstəsna olaraq qərbmeylli qüvvələrə əsaslanmaq perspektivsizdir, çünki bu qüvvələr tamamilə heçdir və İlham Əliyevin hakimiyyətinə qarşı fəal mübarizə aparmağa qadir deyil. Amerikalıların ilk baxışdan təəcüblü olsa da liberalların və nasistlərin ittifaqını təcrübədən keçirdiyi Ukrayna ilə müqayisə aparsaq belə görünür ki, Azərbaycanda da onlar liberalların və vəhabilərin alyansını istifadə edə bilərlər”.
DİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion mövqe ilə rusiyalı politoloq və şərqşünas Yevgeni Baxrevski ABŞ-ın Azərbaycana qarşı son zamanlar artan kampaniyasına dair məqaləsində çıxış edib.
Məqalə Rusiyanın nüfuzlu “Lenta.ru” portalında yer alıb. Obama administrasiyası ilə Azərbaycan hökuməti arasında qarşıdurmanın mənbələrini analiz edən müəllif belə qənaətə gəlir: “Azərbaycanda son illər vəhabilik xeyli güclənsə də, onlar ayrıca olaraq situasiyanı dəyişdirmək gücündə deyillər. Çünki vəhabilərə qarşı Azərbaycanın kifayət qədər təşkil olunmuş, güclü və xeyli dərəcədə İranın təsiri altında olan şiə çoxluğu dayanıb. Ancaq Əliyevə qarşı taran rolunda vəhabilər tamamilə işə yaraya bilər”.