DİA.AZ: - Redaksiyamıza adının açıqlanmasını istəməyən Bakı sakini iki ilginc videoçəkiliş yollayıb. DİA.AZ-ın elektron poçtuna ünvanlanan məktubda videoçəkilişlərin müəllifi olduğunu bildirən Bakı sakini bildirir ki, o, Baş Dövlət Yol Polisində çox maraqlı bir faktı açıqlayıb.
Elə videoçəkilişlərdən də aydın olur ki, sən demə, bu gün özünü «yolların padşahı» hesab edən bəzi qanuna tabe olmayan sürücülər yanılırmış. Çünki videoçəkilişlərdən də bəlli olur ki, DYP əməkdaşları davamlı şəkildə bütün ölkə yollarını nəzarətdə saxlayırlar, hətta ən cüzi qanun pozuntusunu belə asanlıqla qeydə alırlar.
DİA.AZ-a göndərilən bu videoçəkilişin normal vaxtda girişin vətəndaşlar üçün qadağan olunmuş otaqda həyata keçirildiyi aydın şəkildə də görülür.
Burada önəmli olanı isə, təbii ki, daim yolların nəzarətdə tutulmasıdır. Yəqin ki, bu xəbərimiz daha çox yollarda sürət həvəskarı olan sürücülərin kefinə soğan doğrayacaq…