Şəkidə icra başçısından narazılıqlar ərşə dirənib - Şikayətlər qulaqardına vurulur...
Tarix: 19-11-2014, 11:42 | Çap et
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun fəaliyyəti son zamanlar rayon sakinlərinin ciddi narazılığına səbəb olur. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, icra başçısı əhalini narahat edən problemləri həll etməkdə maraqlı görünmür. Belə ki, Elxan Usubovun əsas diqqətini məhz şəxsi maraqlarının təmin olunmasına yönəltdiyini qeyd edən mənbə iddia edir ki, icra başçısı elə bu səbəbdən də şəkililərə, daha doğrusu, onların problemlərinin həllinə lazımınca vaxt ayıra bilmir.
Elxan Usubovun 2007-ci ildən 2011-ci ilin may ayınadək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığını xatırladan məlumatlı şəxsin sözlərinə görə, ağstafalılar da onun əməllərinindən hər zaman şikayətçi olublar: "Elxan Usubov Ağstafanın icra başçısı olanda rayon sakinlərinin və ümumiyyətlə, rayonun başına hansı oyunlar açdığı artıq çoxlarına bəllidir. Onun Ağstafada törətdiyi əməllər və onlardan yaranan ciddi fəsadlar hələ də yerli sakinlərin yaddaşından silinməyib". Elxan Usubov Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin etdiyini deyən məlumatlı şəxs qeyd edir ki, icra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Şəki camaatına qarşı böyük haqsızlıqlar edir: "Şəki sakinləri də təsdiqləyə bilərlər ki, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin bir çoxu icra başçısına məxsusdur". Bundan başqa, Elxan Usubovun Şəkidəki süd zavoduna da şərik olduğu deyən məlumatlı şəxsin sözlərinə görə, M.F.Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də Şəki Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətindədir: "Ümumiyyətlə, Elxan Usubovun idarəçiliyi rayon camaatını qətiyyən qane etmir. İcra hakiminin bir-birini sıralayan qanunsuzluqları artıq şəkililəri təngə gətirib. Onu da qeyd edim ki, Gürcüstanın dövlət idarələrində çalışan bəzi şəxslərlə münasibət yaradan icra başçısı orda özünə böyük fındıq zavodu tikdirib. Şəkidə yetişdirilən fındıq və qozun böyük hissəsinin məhz Gürcüstandakı zavoda daşındığı deyilir. Təxmini hesablamalara görə, zavodun illik istehsal gücü 500 min tondan çoxdur". Hazırda Şəkidəki Xan Sarayına giriş üçün həm piyadalardan, həm də sürücülərdən pul alındığını vurğulayan mənbə bildirir ki, vaxtilə adıçəkilən tarixi məkana giriş pulsuz olub: "Şəhər ərazisindəki digər mədəniyyət və turzim məkanlarına da giriş pulludur. İlin istənilən vaxtında bu yerlərə turistlərin gəldiyini nəzərə alsaq, kifayət qədər məbləğ yığılır. Bəs, bu vəsaitlər hara və necə xərclənir?.." Şəki şəhər icra başçısının yerli sahibkarlarla yola getmədiyini, daha doğrusu, onlara göz verib işıq vermədiyini deyən məlumatlı şəxsin iddiasına görə, rayondakı bir sıra təmir-bərpa işləri məhz yerli sahibkarların hesabına görülüb: "İcra başçısı Şəkinin ən məşhur istirahət zonalarından olan "Marxal" istirahət mərkəzinin sahibinə normal fəaliyyət göstərməyə imkan vermir. Görünür, burada da Elxan Usubovun hansısa məqsədi var".
Bu arada, artıq bir müddətdir ki, Şəkinin icra başçısının böyük çətinliklərlə üz-üzə qaldığını qeyd edən dia-az.life-ın yaydığı informasiyada bildirilir ki, bu ilin iyul ayında ölkə başçısı Şəki rayonuna 3,3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalamışdı. Sərəncama görə, Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılırdı. Qeyd olunur ki, artıq bu ilin 9 ayının hesabatının verilməsi zamanı, habelə 2014-cü ilin yekun hesabatının hazırlanması prosesində böyük çətinliklər yaranıb: "Belə ki, Şəki rayonunun yerli maliyyə işçiləri heç cür büdcə vəsaitinin xərclənməsi ilə bağlı rəqəmləri uyğunlaşdıra bilmirlər. Söhbət təxminən, yarım milyon manata yaxın vəsaitin mənimsənilməsinin ört-basdır edilməsindən gedir". Həmin informasiyada iddia olunur ki, konkret olaraq icra başçısı tərəfindən məhz yol tikintisinin inşası üçün ayrılan vəsaitdən götürülən həmin yarım milyon manatlıq payın "rəsmiləşdirilməsinə", digər dövlət qurumları da heç də maraqlı görünmədiklərindən Elxan Usubovun maliyyəçiləri əməlli-başlı çıxılmaz vəziyyətə düşüblər. Bunun isə icra başçısına baha başa oturacağı heç şübhəsizdir...
Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, son vaxtlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısının yeni-yeni qayda və istəkləri ortaya çıxmağa başlayıb. Belə ki, məlumatlı şəxsin sözlərinə görə, Elxan Usubovun ən böyük hobbilərindən biri onun qardaş Türkiyədə çəkilməkdə olan "Kurtlar Vadisi Pusu" serialının heç bir bölümünü buraxmamasıdır: "Deyilənlərə görə, icra başçısı adıçəkilən serialın böyük həvəskarıdır. Hətta rayon camaatı arasında onun Polad Ələmdarın geyindiyi kostyumların eynisini aldırdığı və personajın istifadə etdiyi geyimlərdən yararlandığı da söylənilir. Bundan başqa, onun danışıqlarında serialdan götürülmüş ibarələrdən istifadə etdiyi də deyilir. Elxan Usubovun Polad Ələmdar vurğunluğu o qədər çoxdur ki, eyni adlı şirkət belə yaratdırıb. "Ələmdar P" MMC adlı həmin şirkət Şəkinin abadlaşmasından tutmuş, dəftərxana ləvazimatlarının alınmasına qədər əksər işlərdə iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin sifarişilə "Ələmdar P" MMC-nin hesabına dəftərxana ləvazimatlarının alınması üçün xeyli vəsait köçürülüb. Yəqin ki, müvafiq qurumlar bu məsələni ciddi və obyektiv şəkildə araşdırsalar, hələ bir çox mətləblərə aydınlıq gətirilə bilər". \\ gundelik-baku.com \\
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
|