Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Tarix: 20-12-2019, 09:10 | Çap et
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər
Dekabrın 19-da ölkə mediası Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, onun birinci müavini Ramiz Tatarovun və humanitar məsələlər üzrə müavin Lalə Eyyubovanın həbsi xəbərləri ilə çalxalandı.

Xəbərlərdə bildirilib ki, icra başçısı və müavini dekabrın 18-i axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Nizaməddin Quliyev - medianın “ulduzu”

Nizaməddin Quliyev Azərbaycan mediasına yaxşı tanışdır. O, 1954-cü il sentyabr ayının 1-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqtisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib.

1972-ci ildən əmək fəaliyyətinə başlayıb, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Prezidentin 5 aprel 2019-cu il sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib . 2014-cü ildə - “Şöhrət” ordeni ilə təltif edilib. YAP-ın üzvü, iqtisad elmləri namizədidir. Ailəlidir, 3 övladı var.

Quliyev hələ illər öncə o zamankı nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı. N.Quliyevin 10 il icra başçısı işlədiyi doğma rayonunda dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatdan yayındıraraq özünə böyük biznes şəbəkəsi yaratdığı iddia edilirdi. N.Quliyevin rayon ərazisində iki şadlıq sarayı tikdirdiyi də bildirilirdi. Onun həmçinin rayonun mərkəzində hazırda da böyük bazarı var ki, camaat arasında “Nizaməddinin bazarı” kimi tanınır. Bundan savayı, həbs edilən başçının Goranboyun gözəgəlimli yerlərində marketləri, avtoyuma məntəqələri və digər ticarət obyektləri hələ də fəaliyyət göstərir.

Onun Bakıda, “Vorovski” deyilən ərazidə də iki böyük villası olduğu barədə xəbərlər var. Hansı ki, həmin mülklərin qiyməti milyonlara bərabərdir.

Maraqlıdır ki, onun iş yerini Ağstafaya dəyişəndən sonra bu ilin noyabrında Maliyyə Nazirliyi Goranboyda N.Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlamışdı.

Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əmək haqqı vermək şərti ilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlanması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.

Tatarov: YAP-ın təşkilat sədri və...

Ramiz Tatarov da media üçün “yad məmur” deyil. O, 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. 1974-cü ildə ovaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, 1979-cu ildə həmin fakültəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub.

1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından həbs edilənədək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.

İnternet resurslarında onun Ağstafada hansı əməl sahibi olması barədə onlarla şikayətlərə rast gəlmək mümkündür. Onun da rayonda rüşvət yığması, rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satması, talançılıqla məşğul olması barədə çoxsaylı iddialar var. Həmin iddiaların birində vurğulanır ki, Ramiz Tatarov bələdiyyələrə ayrılan dotasiyaları da mənimsəyib.

Ramiz Tatarov Ağstafada ən imkanlı vəzifə sahiblərindən hesab olunurdu. Rayon ərazisində ona məxsus böyük heyvandarlıq təsərrüfatı, geniş biznes şəbəkəsi, neçə-neçə yaşayış mənzilləri və s. olduğu bildirilir.

Antikorrupsiya həbsləri-Prezidentin iradəsidir

Yada salaq ki, ötən ayın sonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanmış, Quba şəhər bələdiyyəsinin sədri vəzifəsini icra etmiş şəxs barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Bu həbslər də onu göstərirdi ki, tezliklə daha bir sıra nazirliklərdə mənimsəməyə və korrupsiyaya bulaşmış şəxslər barəsində də ciddi tədbirlər görüləcək. Korrupsiyaya yol verən məmurlar kimliyindən asılı olmayaraq həbs ediləcək.

Şübhəsiz ki, həbs edilən icra başçısı ilə bağlı əvvəldən əməliyyat məlumatları olub və bu birbaşa dövlət rəhbərliyinin razılığı ilə həyata keçirilib. Seçki ərəfəsi və həbs edilən müavinin YAP-ın Ağstafa rayon təşkilatının sədri olmasına baxmayaraq, ilk dəfə olaraq həm icra başçısı, həm müavini əməliyyat nəticəsində qandallanıb.

Prezident xəbərdarlıq etmişdi: “Layiqli cəzalarını alacaqlar...”

Dövlət başçısı ictimai rəyin böyük üstünlüklə onun tərəfində olduğunun, həm kadr, həm struktur islahatlarını dəstəklədiyinin fərqindədir və bunu məmnunluqla dilə də gətirir. Bu səbəbdən də dövlət başçısı parlament seçkiləri ərəfəsi hətta YAP-ın ziyanına ola biləcək qərarı belə ertələməyib ki, bu da şübhəsiz, Prezidentin bu məsələdə nə qədər qətiyyətli olduğunu göstərir. Bu, həm də hələ də məmur görəvindən və Prezidentin etimadından sui-istifadə edən dairələrə açıq mesajdır.

Dövlət başçısı İlham Əliyevin son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkməsi bunun arxasında ciddi hadisələrin olacağına işarə idi. Məsələn, oktyabrın 15-də iqtisadi sektoru kurasiya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə Prezident demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. “Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı sonrakı günlərdə yeni təyin olunan icra başçıları ilə söhbətində bu məsələni konkret qoyub. Bu görüşlərdən biri ilə bağlı sitata diqqət edək: “Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.

Başqa bir sitata diqqət yetirək: “Rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Dekabrın 6-da Şamaxıda “ASAN xidmət”in açılışında da Prezident bir daha bu məsələyə qayıtmışdı: “Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq”.

Aydındır ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada prezident İlham Əliyevin iradəsinin olduğu aşkar görünməkdədir. Bu səbəbdən Prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, “islahatlara qarşı olanlar” “özlərini yığışdırıb”, ona görə də onların antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər. Həbslər isə davam edə bilər...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru