Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                 

Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur... - Keçmişimizə atılan güllə...
Tarix: 18-11-2019, 11:55 | Çap et
Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur...
Kələxana kəndi Şamaxı şəhərindən 6 kilometr uzaqlıqda yerləşir. Amma buna baxmayaraq, kəndə normal yol olmadığı üçün Şəhriyar qəsəbəsi ərazisindən keçərək, Kələxana kəndinə getmək mümkündür. Yollar hər tərəfdən bağlı olduğuna görə, kəndə getmək üçün dəfələrlə sakinlərdən yolu soruşmaq lazım gəlir.

Yollar kələ-kötür, dağınıq vəziyyətdədir. Bir qədər irəlilədikdən sonra qarşımızda böyük bir ərazi açılır. Ərazidə 8 böyük türbə var. Deyilənə görə, əvvəllər bu türbələrin sayı 9 olub. Amma həmin türbə zamanın sınağından çıxa bilməyib, dağılıb.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, Şamaxı rayonu tarixi abidələrlə zəngindir. Onlardan biri də Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında qərbdən şərqə uzanan sahədə yerləşən türbələr kompleksidir. Bu abidələr orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil edirlər:

"Hələ 1703-çü ildə Samaxıda olmuş niderlandlı səyyah Kornelis de Bruin (Cornelis de Bruijn) öz kitabında bu kompleksi təsvir edib. Onun yazdığına görə, kompleksə doqquz türbə daxil idi. Doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilib. Ən kənarda yerləşən türbə isə ikiqat divarla əhatə olunub. Türbələrin içində qəbirlər mövcüd idi".

F.Nəsibov bildirir ki, səyyah birinci türbədə 5 qəbir, ikinci türbədə isə 3 qəbir olduğunu qeyd edib.

"De Bruin həmçinin türbələr kompleksinin yerində əvvəllər bir qalanın olduğunu və yaxınlıqda bulağın mövcud olduğunu qeyd edib. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatıb ki, onlardan da biri ciddi dağıntılara məruz qalıb. Türbələrdən yalnız birinin üzərində daş kitabə qalıb. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilib. Yazıda deyilir: "Bu məzarda Çilgər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək Tanrı tərəfindən bağışlanmış şeyx İbrahimin oğlu Əmir Əhməd dəfn edilib. Sərkar Əmir Əli oğlu Əbdüləzim. Allah bağışlasın onu! İl min yetmiş dörd", - Nəsibov açıqlayıb.

Tədqiqatçı hesab edir ki, digər türbələrin də təxminən həmin illərdə, mümkündür ki, eyni memar tərəfindən inşa edilməsini düşünmək olar.

Onun sözlərinə əsasən, Kələxana türbələri planda eyni səkkizguşəli türbə tipinə aid edilsə də, hər biri özəl simaya malik olub. Türbələrin özünəməxsusluğu əsasən onların hər birinin fərqli giriş portalı ilə vurğulanıb. Bu, Şirvan memarlarının peşəkarlığı və yetkinliyini göstərir.

"Bəzi tədqiqatçılar, bu ərazidə, yerin altında başqa tikililərə aid qalıqların olmasını nəzərə alaraq, kompleksin daha əvvəlki dövrə - XIV-XV əsrlərə aid olmasını güman edirlər. Bu tikililər karavansaray və ya sufi xanəgahına aid ola bilər. Bunu isə arxeoloji tədqiqatlar nəticəsində dəqiqləşdirmək mümkündür. Kələxana türbələr kompleksi dövlət tərəfindən qorunan abidələr siyahısına daxildir (inventar nömrə 4961). Lakin türbələr hazırda baxımsız qalıb və abidələrin əsaslı bərpaya və təmir işlərinə böyük ehtiyacı var", - deyə F.Nəsibov vurğulayıb.

Hazırda türbələr acınacaqlı vəziyyətdədir. Bəzilərinin tavanında və divarlarında dağıntılar müşahidə edilir. Bəziləri isə yeni deformasiyaya uğramağa başlayıb. Bu gün isə orada göyərçinlər yuva salıb, yumurta qoyub.

Kənd sakinlərinin sözlərinə görə, türbələr XIV-XV əsrlərdən qalıb. Və burada dəfn edilənlər müqəddəs insanlar olublar. Elə buna görə də, bir zamanlar bu türbələrə pir kimi ziyarətə gəlir, qurbanlar deyilirdi. Arzusu həyata keçən insanlar türbənin həyətində olan əncir ağaclarına parça bağlayaraq, nəzir verirmiş.

Türbələrin müqəddəs olduğunu kənd sakinləri türbələrin ətrafında olan əncir ağaclarının olması ilə də izah edirlər. Onların fikrincə, əncir ağacı müqəddəs ağacdır və əgər bir yer müqəddəsdirsə, orada əncir ağacı bitir.

Ərazinin sehrli, sirrli olduğunu iddia edənlər də az deyil. Sakinlər deyir ki, türbələri dağıtmaq, içəridə yuva salmış göyərçinləri qovmaq olmaz. Əks halda, bu, bədbəxtliklə nəticələnə bilər.

Bu abidələrdən bir qədər aralıda isə bulaq var. Elə bulağın ətrafındakı tikili də böyük tarixə malikdir. Bulağın yanında oturub türbələrə baxanda qarşında qəribə mənzərə açılır. Sanki burada nə isə bir sirr var.

Türbələrin hazırkı vəziyyəti və onlara aparan yollar heç də ürəkaçan deyil. Gözdən uzaq qalan tarix, könüllərdən də uzaq düşüb. Nə yada salıb xatırlayanı var, nə də məhv olmasının qarşısının alınması üçün bir tədbir görən.

Mütəxəssislərə görə, abidə XIV-XVI əsrlər Xəlvətilik Sufi məktəbinə məxsus türbələrlə oxşardır. Onları fərqləndirən hər hansı əlamət yoxdur. Ərazidə başqa bir tikilinin də qalıqları var. Sakinlərin dediyinə görə, bu köhnə hamamın qalıqları ola bilər.

Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur...
Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur...
Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru