35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                 

Məktəb direktoru bazar açıb... - Özbaşınalıq
Tarix: 12-11-2019, 09:19 | Çap et
Məktəb direktoru bazar açıb...
Bəzi məmurlar, çinovniklər, idarə rəisləri, məktəb direktorları bəzən elə absurd, kuryoz addımlar atırlar ki, insan heyrətə gəlir.

Fikirləşirsən ki, bunun üçün gərək “şir ürəyi” yeyəsən, ya da tamamilə reallıq hissini itirəsən. Əks halda insan ağlının qavramadığı bir hərəkətdir.

Belə bir inanılmaz hadisə adı tez-tez qalmaqallarda hallanan Şamaxının A.Alxanov adına Sabir qəsəbəsində orta məktəbində baş verib.

Məktəbin direktoru qorxmadan, çəkinmədən elə bir qanun pozuntusuna yol verib ki, bu məsuliyyətsizliyin altından nə Şamaxı Rayon İcra Hakimiyyəti, nə yerli Təhsil Şöbəsi, nə də Təhsil Nazirliyi çıxa bilər.

Belə ki, A.Alxanov adına məktəbin direktoru Gülnurə Babaşovanın prezidentin tapşırığından sonra sökülən rayondakı E.Hüseynov adına 2 saylı məktəbin invertarlarını satdığı iddiaları üzə çıxıb.

Reportyor.info-nun əldə etdiyi məlumata görə, dövlət başçısının göstərişi ilə sökülən qəzalı məktəbin invertarları sözügedən A.Alxanov adına məktəbə gətirilib.

Məlum olduğu kimi, prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə Şamaxıda bir məktəbin zəlzələdən yararsız vəziyyətdə olduğunu açıqlamışdı.

Ölkə başçısı bu barədə telekanallardan birinə baxarkən xəbər tutduğunu qeyd etmişdi. Bundan sonra Baş nazir Əli Əsədov da E.Hüseynov adına 2 saylı məktəbə getmiş, tapşırıqları çatdırmışdı.

Artıq məktəb sökülüb, yenisi inşa olunur. Əldə etdiyimiz xəbərə görə, qəzalı məktəbdən çıxarılan stol, stul, partalar, şkaflar, bir sözlə, invertarlar A.Alxanov adına məktəbə çatdırılıb.

Lakin məktəbin direktoru Gülnurə Babaşova ehtiyat etmədən, qətiyyən narahat olmadan prezidentin diqqətində olan bir məsələnin üzərindən bazar açıb, iddialara görə, invertarları satmağa başlayıb.

Bildirilir ki, avadanlıqlar boş sinif otaqları üçün gönərilib.

Məlumata görə, hansı müəllif şkaf istəyirsə direktor G.Babaşova tərəfindən elan olunur ki, 5 manatdır, stul isə 1 manatdır.

Görün, özbaşınalıq hansı miqyasdadır ki, prezidentin nəzarətində olan bir məsələ ilə bağlı direktor təşvişə düşmür, əksinə, alver etməyə, pul qazanmağa çalışır.

Yeri gəlmişkən, Şamaxının A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova bir müddət əvvəl texniki işçilərə şəxsi avtomobilini yudurması ilə gündəmə gəlmişdi. Həmin faktın videosu yayılmışdı.

Bu yaxınlarda isə A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişdiyi kadrları tirajlanmışdı.

Şəkillərdən görünürdü ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Şəhid büstü isə baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu aydın görünürdü.

Bundan başqa, məktəbin adı sertifikat qalmaqalından tutmuş direktorun “qoçu dəstəsi” saxlamasına qədər hallanıb.

Bir neçə il qabaq isə onun səs yazısı yayılmışdı və müəllimlərdən pul tələb edirdi.Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

“Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi. Lakin araşdırma unuduldu. Belə imicə malik və qalmaqallı direktor isə hələ də vəzifəsində saxlanır. Sanki Şamaxıda layiqli kadr yoxdur…

Qarşı tərəfi dinləməyə hazırıq:
REPORTYOR.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru